Reklam
Reklam

Tarix terminləri lüğəti

yanki

ing. yankee

Öncə ABŞ-ın şimal-şərqində yerləşən Yeni İngiltərə regionunun əhalisinə verilən, sonradan daha geniş məna kəsb edərək bütün ABŞ sakinlərinə şamil olunan ad.

Bu termin XVIII əsrdə yaranıb. Ehtimallara görə, onu ilk dəfə 1758-ci ildə Britaniya generalı J.Vulf Yeni İngiltərədən olan əsgərlərinə münasibətdə işlədib.

Tarix terminləri lüğəti