çukot. yaranı – ev, tikili
Şimal-Şərqi Sibirin köçəri xalqları (çukçalar, yukagirlər, evenlər və koryaklar) arasında geniş yayılmış müvəqqəti ev tipi.
Y.-nın karkası ağac çubuqlardan qurulur və onların ucları yuxarı hissədə birləşdirilir. Bu səbəbdən Y.-nın tavanı konus və ya günbəz formasında olur, karkasın üstü isə maral və ya morj dəriləri ilə örtülür. Adətən, hündürlüyü 3,5-4,7 m, diametri 5,7-8 m olan Y. piy lampası ilə qızdırılır və işıqlandırılır. Daxildə o, yaşayış və anbar hissələrinə bölünür.
Tarix terminləri lüğəti