Müəyyən ərazidə (akvatoriyada) ekoloji komponentlərin, canlı orqanizmlərin, yaxud bütövlükdə ərazinin (akvatoriyanın) təbii şəraitinin mühafizəsi məqsədilə təsərrüfat fəaliyyətinin və ya onun ayrı-ayrı növlərinin qanunla qadağan olunduğu, dövlət tərəfindən mühafizə edilən sahə.
Y.-lar daimi və müvəqqəti (5-10-15 il və s.) olur. Onların landşaft, ornitoloji, faunistik, floristik, göl və bu kimi tipləri var. Azərbaycanda 20-dək daimi Y. mövcuddur.
Coğrafiya terminləri lüğəti