Yulian təqvimi (köhnə üslub) ilə noyabrın 26-sı; hər il kənd təsərrüfatı işlərinin qurtarması ilə əlaqədar müqəddəs Georginin şərəfinə kilsə bayramı keçirilən gün.
XIV–XVI əsrlərdə Rusiyada kəndlilərin Y.G.-ndən bir həftə əvvəl və bir həftə sonra feodalın yanından çıxıb getmək hüququ olub. 1649-cu ildə həmin hüquq birdəfəlik ləğv edilib.
Tarix terminləri lüğəti