Mərkəzi və Orta Asiya, eləcə də Cənubi Sibirin köçəri maldarlıqla məşğul olan türk və monqol xalqlarında alaçıq tipli səyyar ev.
Belə ev dairəvi şəkildə yerə basdırılan, yuxarı ucları günbəzvarı birləşdirilən, üzərinə keçə salınan çubuqlardan qurulur. Y.-nın tavanı monqol və buryatlarda – konusvarı, qazax, qırğız və türkmənlərdə isə yarımsferik formada olur. Onun ortasında ocaq yerləşir. Keçmişdə Y.-nın qadınlara aid hissəsində qab-qacaq, kişilərə aid hissəsində qoşqu vasitələri saxlanılıb. Y.-dan köçəri maldarlar yaylaqda müvəqqəti ev kimi istifadə ediblər. Bu terminin türk dillərində “ev”, “məskən” anlamı verən “yurd” sözündən yarandığı ehtimal olunur.
Tarix terminləri lüğəti