Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

zəlzələnin maqnitudası

lat. magnitudo – mühümlük, möhtəşəmlik

Zəlzələ zamanı seysmik dalğalar şəklində yayılan enerjini səciyyələndirən kəmiyyət.

Z.M.-nı seysmoqrafın qeydə aldığı titrəyişlər əsasında xüsusi şkala üzrə hesablayırlar. Seysmik dalğalar növlərinə görə fərqlənir, ona görə onların enerjiləri (maqnitudaları) də müxtəlif olur: səth dalğalarının maqnitudası, eninə və uzununa dalğaların maqnitudası, lokal maqnituda. Təbii ki, bu maqnitudalar ayrı-ayrı şkalalar üzrə hesablanır. Ən çox istifadə edilən şkala lokal maqnituda şkalasıdır. Həmin şkala zəlzələnin episentrindən seysmik dalğanı qeydə alan stansiyaya qədər olan məsafədə maqnitudanı hesablayır və 1-dən 9-a qədər dərəcələrə bölür. İlk dəfə bu şkalanı 1935-ci ildə amerikalı seysmoloq Çarlz Rixter təklif edib. Lokal maqnituda şkalası sonradan təkmilləşdirilsə də, onun qeyri-rəsmi adı Rixter şkalası qalıb.

See also:

Coğrafiya terminləri lüğəti