babil. sigguratu – zirvə, dağ zirvəsi
Qədim Mesopotamiyada çoxpilləli dini tikili.
Belə tikililər Şumer, Assuriya, Babilistan və Elam memarlığı üçün xarakterik olub. Z. bir-birinin üzərinə qoyulmuş paralelepipedlərdən, yaxud kəsik piramidalardan (onların sayı 3 ilə 7 arasında dəyişib) ibarət qüllə formasında ucaldılıb. Müxtəlif rənglərə boyanan (qara, qırmızı, ağ) terraslar bir-biri ilə pilləkənlər, yaxud panduslar vasitəsilə birləşdirilib. Z.-da ibadətgahın yerləşdiyi sonuncu qat istisna olmaqla aşağı qatlarının heç birində daxili boşluq olmayıb. Ondan rəsədxana kimi də istifadə edilib.
Tarix terminləri lüğəti