Bakı, Cənubi Azərbaycan, Gədəbəy, İmişli, Kürdəmir, Qax, Salyan, Şamaxı, Tovuz
Həmişə, daima. □ İşə zol məyi yolleyırsan (İmişli); O, zol köntö-köntö danışır (Bakr); Zol sən gileylənersən mənnən (Gədəbəy); Sənə zol dimişəm, küçədə oynama (Salyan).
Bərdə, Daşkəsən, Dəvəçi, Füzuli, Gədəbəy, Kürdəmir, Meğri, Salyan, Tovuz
Göndən uzununa kəsilmiş müəyyən hissə. □ Bir zol gönnən üş cüt çarıx çıxır (Bərdə); Bu gönnən neçə zol çıxartmağ olu? (Gədəbəy); O gönnən bi zol mə: kəs (Salyan).
Şəki
Baramaqurdunun üzərinə yarpaq döşəyərək düzəldilmiş ara. □ Qurt (baramaqurdu) bir az bö.yənnən sora yeyif <yayıb> zol düzəldiylər.
Cənubi Azərbaycan, Göyçay, Kəlbəcər, Quba, Mingəçevir
Düz, birbaşa. □ Qulaməli zol getdi, heç qayıtmadi (Cənubi Azərbaycan).
Azərbaycan dilinin dialektoloji lüğəti