Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

zol1

Bakı, Cənubi Azərbaycan, Gədə­bəy, İmişli, Kürdəmir, Qax, Salyan, Şamaxı, Tovuz

Həmişə, daima. □ İşə zol məyi yolleyırsan (İmişli); O, zol köntö-köntö danı­şır (Bakr); Zol sən gileylənersən mənnən (Gədəbəy); Sənə zol dimişəm, küçədə oyna­ma (Salyan).

zol2

Bərdə, Daşkəsən, Dəvəçi, Füzuli, Gədəbəy, Kürdəmir, Meğri, Salyan, Tovuz

Göndən uzununa kəsilmiş müəyyən hissə. □ Bir zol gönnən üş cüt çarıx çıxır (Bərdə); Bu gönnən neçə zol çıxartmağ olu? (Gədə­bəy); O gönnən bi zol mə: kəs (Salyan).

zol3

Şəki

Baramaqurdunun üzərinə yarpaq döşəyərək düzəldilmiş ara. □ Qurt (baramaqurdu) bir az bö.yənnən sora yeyif <yayıb> zol düzəldiylər.

zol4

Cənubi Azərbaycan, Göyçay, Kəlbəcər, Quba, Mingəçevir

Düz, birbaşa. □ Qulaməli zol getdi, heç qayıtmadi (Cənubi Azərbaycan).

Azərbaycan dilinin dialektoloji lüğəti