Böyük Fransa inqilabı dövründə (1793–1794) yakobinçilərin tərkibindən çıxmış sol siyasi qruplaşma.
Əsasən, kənd və şəhər yoxsullarının maraqlarını müdafiə edən bu qrup öz rəhbərlərindən birinin – fəal inqilabçı Jak-Rene Eberin (1757–1794) adı ilə tanınıb. E. terrorun sərtləşdirilməsi, «maksimum» prinsipinə (qiymətlərin və maaşların maksimum yol verilən həddinin müəyyənləşdirilməsi) ciddi riayət olunması, dinlə mübarizənin gücləndirilməsi kimi tələblərlə çıxış ediblər. Onlar sağ mövqedə dayanan digər qruplaşmaya – dantonçulara qarşı mübarizə aparıblar. İctimai Qurtuluş Komitəsini qiyamla hədələyən E.-lərin əsas liderləri 1794-cü il martın 14-də həbs edilib, on gündən sonra inqilabi tribunalın hökmü ilə edam olunublar.
Tarix terminləri lüğətialm. Operation Edelweiß < operation – əməliyyat + edelweiß – edelveys (dağ çiçəyi)
II Dünya müharibəsi gedişində Qafqazın, ilk növbədə, Bakı və Qroznı neft yataqlarının ələ keçirilməsini nəzərdə tutan hərbi direktivin kod adı.
Hitler tərəfindən 1942-ci il iyunun 23-də imzalanmış E.P.-nın həyata keçirilməsi almanların “A” ordu qrupuna həvalə olunub. İlkin mərhələdə almanlar xeyli irəliləyərək Qafqazın əsas dağ keçidlərini ələ keçiriblər. 1942-ci il avqustun 21-də Üçüncü Reyxin bayrağı Qafqazın ən uca zirvəsində – Elbrusda ucaldılıb. Lakin almanların hücumu davam etdirərək Cənubi Qafqaza girmək və Bakını ələ keçirmək planları uğursuzluqla nəticələnib.
Tarix terminləri lüğətilat. aedili, aedes – məbəd
Qədim Romada xalq tribununun köməkçiləri.
Bu vəzifə e.ə. 494-cü ildə təsis olunub. İlk vaxtlar plebey E.-i fəaliyyət göstərib, e.ə. 367-ci ildən başlayaraq xalq tribununun patrisilərdən də köməkçiləri seçilib. E. məbədlərin, ictimai binaların, su kəmərlərinin, yolların tikintisi və saxlanmasına, şəhərin ərzaqla təminatı məsələsinə, bazarlara nəzarət edib, eləcə də müxtəlif bayramların və kütləvi tədbirlərin təşkili ilə məşğul olublar. Həmin vəzifə eramızın IV əsrində ləğv olunub.
Tarix terminləri lüğətilat. ephoroi – nəzarətçilər
Spartada xalq məclisi tərəfindən bir il müddətinə seçilən 5 nəfər ali vəzifəli şəxs.
E.-dan ibarət kollegiya (eforat) hakimiyyət qurumları üzərində ali nəzarət orqanı funksiyasını yerinə yetirib. 30 yaşından 60 yaşadək hər bir tamhüquqlu spartalının həmin vəzifəyə seçilmək imkanı olub. Lakin E.-a ikinci dəfə öz namizədliklərini bu vəzifəyə irəli sürmək yasaq edilib. Eforat təqribən e.ə. VIII əsrin ortalarında yaranıb və Spartadakı oliqarxiya rejiminin dayağı olub.
Tarix terminləri lüğətiyun. aigis – qalxan
Qədim yunan mifologiyasında Zevsin keçi dərisindən hazırlanmış qalxanı.
Qədim Yunanıstanda E. allahların himayədarlıq və qəzəb rəmzi sayılıb: Zevs ondan təkcə müdafiə məqsədilə deyil, həm də dəhşətli qasırğalar yaratmaq üçün istifadə edib. Hazırda E. termini məcazi mənada – «müdafiə», «himayə» anlamında işlənir; məs.: Avropanın futbol üzrə klub turnirləri UEFA-nın E.-sı, yəni himayəsi altında keçirilir.
Tarix terminləri lüğətiEhkamlara əsaslanan, mücərrəd, sxematik və donuq təfəkkür tərzi.
E.-ın əsasında ehkamlara (doqmalara) qeyri-tənqidi münasibət, avtoritetlərə kor-koranə inam və köhnəlmiş təsəvvürlərin müdafiəsi durur. Daha çox dini təfəkkürdə özünü büruzə verən E. məhz dini təsəvvürlərlə, dini ehkamlara məcburi inamla əlaqədar yaranıb. E. (doqmatizm) termini ilk dəfə e.ə. V–IV əsrlərdə qədim yunan filosofları Pirron və Zenon tərəfindən işlədilib.
Tarix terminləri lüğətiər. ahrām – toxunulmaz
1. Daşdan düzgün piramida formasında inşa olunmuş pilləli, yaxud qülləvarı monumental tikili.
Belə tikililər Qədim Misir memarlığı üçün xarakterik olub: fironlar e.ə. III–II minilliklərdə nəhəng sərdabələr – E.-lar ucaldıblar. Onlardan ən nəhəngi, hündürlüyü 146,6 m olan Xeopsun E.-ı qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilir. Eramızın I minilliyində isə indiki Meksika, Qvatemala, Peru və Hondurasın ərazisində məbədlər üçün postament rolunu oynayan E.-lar inşa olunub.
2. Zəvvarların Kəbəni ziyarət müddətində büründükləri tikişsiz libas, xüsusi geyim.
Tarix terminləri lüğətilat. expansio – yayılma, genişlənmə
Bir dövlətin, xalqın, yaxud mədəniyyətin öz nüfuz dairəsini və yayılma arealını genişləndirməsi.
E. həm iqtisadi, həm də qeyri-iqtisadi (işğalçılıq müharibəsi, diplomatik təzyiq və s.) üsullarla həyata keçirilir. Müasir dünyada inkişaf etmiş ölkələr “yumşaq güc” adlanan mədəni-ideoloji E. formalarından istifadəyə daha çox üstünlük verir. Bütün hallarda E. başqa dövlətləri və xalqları iqtisadi, siyasi, ideoloji, mədəni sahələrdə özündən asılı vəziyyətə salmaq, yeni bazarlar, kapital qoyuluşu üçün ərazilər əldə etmək və xammal mənbələri ələ keçirmək məqsədi daşıyır.
Tarix terminləri lüğətilat. exponatus – nümayiş etdirilən, göstərilən
Muzey və ya sərgi salonlarında nümayiş etdirilən əşya.
Rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri (zərgərlik, xalça, keramika məmulatı, bədii tikmə və s.), eləcə də fauna və flora nümunələri, tarixi və etnoqrafik xarakterli əşyalar E. ola bilər.
Tarix terminləri lüğətilat. expropriatio < ex – zəbtetmə, məhrumetmə + proprius – mülkiyyət
Xüsusi mülkiyyətçinin əmlakının məcburi qaydada (əvəzsiz, bəzən haqqı ödənilməklə) özgəninkiləşdirilməsi.
E.-nın obyekti həm daşınmaz, həm də daşınan əmlak ola bilər. E., bir qayda olaraq, mülkiyyətçinin razılığı olmadan həyata keçirilir. 1917-ci il oktyabr çevrilişindən sonra bolşeviklər xüsusi mülkiyyəti ləğv edərək hakimiyyətləri altında olan bütün ərazilərdə kütləvi surətdə iri və orta mülkiyyətçilərin əmlakının E.-sını həyata keçiriblər.
Tarix terminləri lüğətilat. exterritorialis < ex – zəbtetmə, məhrumetmə + territorialis – əraziyə aid olan
Fiziki və hüquqi şəxslərə, obyektlərə faktiki yerləşdikləri və fəaliyyət göstərdikləri ölkənin deyil, ancaq öz dövlətinin yurisdiksiyasına tabe olmaq hüququ verən xüsusi status.
Dövlətlərin xarici diplomatik nümayəndəliklərə qarşılıqlı surətdə xüsusi immunitet və imtiyazlar (şəxsiyyət və mənzilin toxunulmazlığı, yerli məhkəmələr tərəfindən mühakimənin mümkünsüzlüyü, vergilərdən azadetmə və s.) verməsi E.-a misal ola bilər. Müasir beynəlxalq hüquqda bu termin, demək olar ki, işlənmir.
Tarix terminləri lüğəti