endoetnonim – eestlased
Müasir Estoniya əhalisinin əksəriyyətini təşkil edən Baltik-fin mənşəli xalq.
Antropoloji cəhətdən böyük Avropa irqinin atlant-Baltik tipinə aid edilirlər. Fin-uqor (Ural) dil ailəsinin Baltik-fin qrupuna daxil olan eston dilində danışırlar. XVI əsrdən başlayaraq yazıda latın qrafikasından istifadə edirlər. Dindarların böyük əksəriyyəti lüteran, bir qismi isə pravoslavdır. Qərbi Avropa mənbələrində E.-ın adına ilk dəfə bizim əsrin başlanğıcında “aestii” formasında rast gəlinir. Doğrudur, həmin dövrdə bu termin Baltik sahillərində yaşayan bütün xalqlara şamil olunub. Lakin “estlər” termininin mənası getdikcə daralıb və X əsrdən başlayaraq yalnız E.-a aid edilib. Bəzi ehtimallara görə, bu etnonim Baltik dillərində “suyun kənarında yaşayan əhali” mənasını verən “aueist” sözündən yaranıb. E.-ın dünyadakı ümumi sayı 1,1 milyona çatır.
Tarix terminləri lüğətiXV əsrdən XIX əsrin əvvəllərinə qədər Azərbaycanda şahın, yaxud xanın sarayında yüksəkvəzifəli məmur.
Səfəvilər dövründə E. sarayda toy, məclis və mərasimlərin keçirilməsinə, elçi və qonaqların qəbul edilməsinə, xanlıqlar dövründə isə xanlığın daxili işlərinə, ictimai tikintilərə, malikanənin idarə olunmasına və s.-yə nəzarət edib. XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqif bir müddət Qarabağ xanlığının E. olub.
Tarix terminləri lüğətiyap. – bol çirkab
Feodal Yaponiyasında ən aşağı kasta.
Bu sosial qrup Yaponiyada buddizmin yayılması və feodal münasibətlərinin formalaşması dövründə (IV–VII əsrlərdə) yaranıb. Həmin kastaya, buddizmə görə, ən “çirkin” peşələri yerinə yetirənlər (məsələn, sallaqxana işçiləri, dəri aşılayanlar) aid edilib. Onlar tamamilə hüquqsuz olublar və ayrıca ərazidə yaşayıblar. 1871-ci ildə E. sosial kateqoriya kimi rəsmən ləğv edilib, lakin müasir dövrdə onun «burakumin» (hərfi tərcüməsi – qəsəbə sakini) deyilən nümayəndələrinə münasibətdə ayrı-seçkiliyin təzahürləri hələ də özünü göstərir.
Tarix terminləri lüğətifr. ètatisation – dövlətləşmə
Cəmiyyətin bütün sahələrinə, ilk növbədə, iqtisadiyyata dövlətin və onun qurumlarının ekspansiyası prosesi, dövlətləşmə.
E.-nın məqsədi dövlətin iqtisadiyyatda, eləcə də sosial və mədəni sahələrdə hegemon rolunun təmin olunmasıdır.
Həmçinin bax:
Tarix terminləri lüğətifr. ètat – dövlət
Dövləti ictimai inkişafın ali məqsədi və nəticəsi olaraq qiymətləndirən siyasi dünyagörüşü və ideologiya.
E. dövləti bütün digər qurumların fövqündə görür, onun cəmiyyətdəki rolunu mütləqləşdirir, ayrı-ayrı fərdlərin və qrupların maraqlarının maksimum dərəcədə dövlətin maraqlarına tabe etdirilməsini vacib sayır. Bu termini ədəbiyyata XIX əsrin sonunda isveçrəli dövlət xadimi N.Dro gətirib. Dövlət kapitalizminin təzahür formalarından biri olan E. Türkiyə Cümhuriyyətinin ilk dövrlərində rəsmi siyasətin təməl prinsipləri sırasına daxil edilib. Hələ 1922-ci ildə strateji əhəmiyyətli müəssisə və idarələri dövlətləşdirməyi təklif edən Mustafa Kamal Atatürk 1931-ci ildə həmin prinsipin hakim Cümhuriyyət Xalq Partiyasının proqramına salınmasına nail olub. Ölkənin rəsmi iqtisadi doktrinası kimi E. Türkiyə Cümhuriyyətinin 1937-ci il konstitusiyasında da əksini tapıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiDiplomatik nümayəndənin təyin olunarkən təqdim etdiyi sənəd.
Səfir və elçilər üçün E. bir dövlət başçısından digərinə müəyyən olunmuş formada yazılır, imzalanır və möhürlənir. E.-də onu göndərənin və alanın titulu (rütbəsi), diplomatik nümayəndənin adı və rütbəsi yazılır. Sənəddə həmçinin həmin diplomatla bütün əlaqələrdə ona təmsil etdiyi dövlətin nümayəndəsi kimi “inanmaq” (etimad göstərmək) xahişi yer alır. İşə başlamış diplomatik nümayəndə təyin edildiyi dövlətin başçısı tərəfindən ilk dəfə qəbul olunarkən (audiensiya zamanı) E.-sini verir, sənədin təsdiqlənmiş surəti isə öncədən xarici işlər idarəsinin rəhbərinə göndərilir. Diplomatik nümayəndə öz vəzifəsini tərk etdikdə övdətnamə təqdim olunur.
Tarix terminləri lüğəti1. Hər hansı etnosun öz mədəniyyəti, dil xüsusiyyətləri, bu və ya digər dərəcədə mənşəyi ilə fərqlənən, adətən, konkret regionda məskunlaşan hissəsi.
Azərbaycanda xınalıqlılar, Gürcüstanda svanlar E.Q.-lara misal ola bilərlər.
2. Etnosun miqrasiya prosesləri nəticəsində ərazicə ondan ayrılmış, amma mədəniyyətini, müəyyən səviyyədə dilini qoruyub saxlamış hissəsi.
Rusiyanın, Azərbaycanın bəzi bölgələrində kompakt halda yaşamış almanlar belə E.Q.-lara misaldır.
Həmçinin bax:
yun. èthnos – xalq, tayfa + genesis – mənşə
Müxtəlif etnik komponentlər əsasında yeni etnik birliyin (etnosun) təşəkkülü prosesi; etnik tarix.
E. hər hansı xalqın yaranmasının həm ilkin mərhələlərini, həm də onun etnoqrafik, linqvistik və antropoloji xüsusiyyətlərinin formalaşması proseslərinin sonrakı dövrlərini əhatələyir. Müasir elm E.-in əsas mexanizmlərini müəyyənləşdirib: inteqrasiya (yeni etnos müxtəlif etnik qrup və ya tayfaların birləşməsi yolu ilə yaranır); diferensiasiya (böyük etnosun bir hissəsi ondan qoparaq yeni etnik birlik şəklində formalaşır və ya böyük etnos bir neçə hissəyə parçalanır); transformasiya (keçmiş etnos yeni tarixi şəraitdə müxtəlif etnik birlikləri assimilyasiya edərək özü də keyfiyyətcə yeni etnosa çevrilir).
Həmçinin bax:
Etnosun adət-ənənələrdə, təsərrüfat və məişət sahəsində müəyyən fərqləndirici xüsusiyyətlərə malik hissəsi.
E.Q. uzun müddət etnik ərazidən ayrı düşmə, assimilyasiya nəticəsində, yerli xüsusiyyətlərin təsiri altında yaranır. Ayrımlar və qarapapaqlar azərbaycanlıların tərkibində E.Q.-lara misaldır. Etnik (subetnik) qrupdan fərqli olaraq E.Q., adətən, özünü mənsub olduğu xalqın tərkibində xüsusi icma kimi dərk etmir. Hərçənd müəyyən şərtlər daxilində o da gələcəkdə subetnik qrupa çevrilə bilər.
Həmçinin bax:
yun. èthnos – xalq, tayfa + graphio – yazıram, təsvir edirəm
Dünya xalqlarının maddi və mənəvi mədəniyyətinin xüsusiyyətlərini, onların məişətini, mənşəyini və məskunlaşmasını, eləcə də xalqlar arasındakı qarşılıqlı tarixi-mədəni əlaqələri öyrənən elm.
Müstəqil elm sahəsi kimi E. XIX əsrin ortalarında formalaşıb. Müasir dövrdə yalnız bəzi postsovet ölkələrində (o cümlədən Azərbaycanda) E. terminindən istifadə olunur. Dünyanın əksər hissəsində isə “antropologiya” və “etnologiya” terminlərindən istifadəyə üstünlük verilir. Bu, bir çox alimlərin fikrincə, E. anlayışının «təsvirçilik» mənası verməsi, həmin elm sahəsinin nəzəri aspektlərini özündə ehtiva edə bilməməsi ilə izah olunur. Lakin E. elmi təsvirçilik mərhələsini hələ XX əsrin əvvəllərində arxada qoyub.
Həmçinin bax:
yun. èthnos – xalq, tayfa + logos – elm, təlim
Müxtəlif etnik qrupların təşəkkülü və inkişafı proseslərini, onların identikliyini, mədəni özünütəşkil formalarını, kollektiv davranış və işbirliyinin xüsusiyyətlərini, eləcə də insanla sosial mühitin qarşılıqlı əlaqələrini öyrənən elm.
E. əksər ölkələrdə «etnoqrafiya» termininin əvəzləyicisi, bəzən onun sinonimi kimi işlədilir. Eyni zamanda bir çox alimlərin fikrincə, bu iki termin arasında fərq var: etnoqrafiyadan fərqli olaraq E. xalqların sadəcə təsviri ilə məhdudlaşmayıb, həm də xalqşünaslığın nəzəri problemlərinin tədqiqi ilə məşğuldur.
Həmçinin bax:
yun. èthnos – xalq, tayfa + onyma – ad
Dilçilik elminin bir bölməsi olan onomastikanın etnonimləri – millət, xalq, tayfa adlarını öyrənən sahəsi.
E. tarixi və etnoqrafik tədqiqatlarda mühüm rol oyanyır. Xalqların mənşəyinin, məskunlaşması və miqrasiyasının öyrənilməsində onun böyük əhəmiyyəti var. Yüz illərlə müstəmləkə əsarətində olmuş Asiya və Afrikanın gənc dövlətlərində isə E. həm də tətbiqi xarakter daşıyır, xalqların tarxi adlarının bərpa olunmasında istifadə edilir.
Həmçinin bax: