türk. gävur – dinsiz, başqa dinə mənsub olan
Bir sıra müsəlman xalqlarında, ilk növbədə, türklərdə küfr edərək islamdan ayrılmış və ya heç vaxt müsəlman olmamış insan, yaxud bidətçi.
İslamdan ayrılaraq G. olmuş şəxs mürtəd adlanır. Şərq ölkələrində, o cümlədən Orta Asiya, Azərbaycan və s. ərazilərdə mövcud olan bəzi toponimlər (Govurarx, Govurqala və s.) G.-la əlaqədar yaranıb. Termin ərəbcə “kafir” sözünün sinonimi kimi də işlənir.
Tarix terminləri lüğətiXIX əsrin sonu – XX əsrin əvvəllərində Fransa fəhlə hərəkatında J.Gedin başçılıq etdiyi siyasi cərəyanın tərəfdarları.
İlk dövrlərdə marksizmə rəğbət bəsləyən G. 1901–1905-ci illərdə Fransa Sosialist Partiyasının özəyini təşkil ediblər. I Dünya müharibəsi dövründə kiçik bir qrup istisna olmaqla G. daha mötədil sosial-demokratiya mövqeyinə keçiblər.
Tarix terminləri lüğətiyun. genealogia < genea – ailə, nəsil + logos – söz, elm
Nəsillərin tarixini, insanların qohumluq əlaqələrini, nələrinsə, yaxud kimlərinsə mənşəyini öyrənən, həmçinin şəcərələrin tərtibi ilə məşğul olan elm sahəsi.
Orta əsrlərdə silki imtiyazların formalaşması ilə əlaqədar G. mühüm əhəmiyyət kəsb etməyə başlayıb və XVII–XVIII əsrlərdə ayrıca tarix fənni kimi formalaşıb.
Tarix terminləri lüğətilat. generalis – ümumi, başlıca
Əksər dünya ölkələrinin silahlı qüvvələrində ali zabit heyəti üzvlərinə verilən hərbi rütbə.
İlk dəfə Fransada digər rütbələrə əlavə kimi (kapitan-general, polkovnik-general) işlənməyə başlanıb, XVI əsrdə isə xüsusi hərbi rütbəyə çevrilib və XVII əsrin əvvəlində Fransadan Almaniya, Avstriyaya, oradan digər ölkələrə yayılıb. Bəzi monarx və cəngavər ordenlərinin başçıları da G. adlandırılıb. Hazırda G. rütbəsi dünya dövlətlərinin ordularının, demək olar ki, hamısında var. Azərbaycan ordusunun quru qoşunlarında və hərbi-hava qüvvələrində general-mayor, general-leytenant və general-polkovnik ali hərbi rütbələr sayılır.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. generalissimus – ən əsas, ən böyük
Fransa, “Müqəddəs Roma imperiyası”, Avstriya imperiyası, çar Rusiyası, keçmiş SSRİ, İsveç, İspaniya, Meksika, Şimali Koreya və bir sıra digər ölkələrin silahlı qüvvələrində ən yüksək hərbi rütbə.
Bu rütbə müharibə zamanı bir neçə orduya (bir çox hallarda müttəfiq dövlətlərin qoşunlarına) komandanlıq edən sərkərdələrə verilir. Lakin tarixən G. termini fərqli mənalarda da işlənib; məs.: XVI–XIX əsrlərdə Fransada bu titul hakim sülalələrə mənsub şəxslərə və görkəmli dövlət xadimlərinə fəxri ad kimi təqdim olunub. SSRİ-də G. rütbəsi yalnız Stalinə verilib.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. generalis – ümumi, başlıca + lat. gubernator – rəhbər, ilhamçı
1. Çar Rusiyasında general-qubernatorluqda yerli idarəçiliyə başçılıq edən ali məmur.
G-Q. vəzifəsini 1917-ci il Fevral burjua-demokratik inqilabı ləğv edib.
2. Millətlər birliyinə daxil olan ölkələrdə (keçmiş dominionlarda) dövlət başçısı hesab edilən İngiltərə kralının nümayəndəsi.
Tarix terminləri lüğətilat. generalis – ümumi, başlıca + lat. gubernator – rəhbər, ilhamçı
1. Rusiyada 1775–1917-ci illərdə mövcud olmuş inzibati-ərazi vahidi.
G-Q. bir, yaxud bir neçə quberniya və ya vilayəti özündə birləşdirib. Moskva və Sankt-Peterburq ayrıca G-Q.-lar olub. Bu inzibati-ərazi vahidlərinə bütün yerli hakimiyyəti əlində cəmləşdirən general-qubernator rəhbərlik edib. Azərbaycanda 1905–1907-ci illərdə iki müvəqqəti G-Q. (Bakı və Yelizavetpol) mövcud olub.
2. AXC dövründə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının qarşısını almaq məqsədilə Qarabağda yaradılmış müvəqqəti inzibati idarəçilik sistemi.
1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təsis olunmuş Qarabağ G-Q.-u 1920-ci ilin aprel işğalına kimi fəaliyyət göstərib.
3. 1939-cu illərdə nasist Almaniyası tərəfindən işğal olunmuş Polşada inzibati-ərazi vahidi.
Tarix terminləri lüğətiyun. genos – qəbilə, tayfa + lat. caedo – öldürmək
Hər hansı milli, irqi, dini, yaxud tarixən formalaşmış etnik-mədəni qrupun tamamilə və ya qismən məhvinə yönəlmiş hərəkət.
1948-ci ildə G. BMT tərəfindən bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi tanınıb. İlk dəfə 1943-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas R.Lemkin tərəfindən işlədilən G. termini II Dünya müharibəsindən sonra beynəlxalq status qazanıb. Bəşər tarixində ən qədim dövrlərdən bu günədək çoxsaylı G. faktlarına rast gəlmək olar. Dağıdıcı müharibələr, hökmdarların yürüşləri, daxili etnik və dini toqquşmalar, müstəmləkəçilik müharibələri bir sıra hallarda G.-lə müşayiət olunub. Nəticədə çoxlu tayfa birdəfəlik yer üzündən silinıb, böyük əhali qrupları doğma yerlərini tərk edərək qonşu ölkələrə mühacirət etməli olublar.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. geomoroi < ge – torpaq + meiromai – payımı alıram
1. Qədim Afinada əkinçilər, xırda və orta torpaq sahibləri.
Afinada G., evpatridlər (əsilzadələr) və demiurqlarla (sənətkarlar) yanaşı, azad əhalinin üç qrupundan birini təşkil ediblər. Demiurqlar kimi G.-ın da ali mülki və dini vəzifələr tutmaq hüququ olmayıb.
2. Qədim Sirakuzada və Samos adalarında aristokratlar, iri torpaq mülkiyyətçiləri.
Burada G. cəmiyyətin tamhüquqlu hakim təbəqəsinə mənsub olublar.
Tarix terminləri lüğətialm. Fall Gelb < fall – yıxılma + gelb – sarı
1940-cı ildə nasist Almaniyasının Fransa, Belçika, Hollandiya və Lüksemburqa qarşı həyata keçirdiyi ildırımsürətli müharibə planının kod adı.
G. planı may ayının 10-da həyata keçirilməyə başlanıb, mayın 11-də Lüksemburqun, 14-də Hollandiyanın, 29-da Belçikanın, iyunun 22-də Fransanın təslim olması ilə nəticələnib.
Tarix terminləri lüğətipol. herb, alm. erbe – irs
Üzərində sahibini (fərd, nəsil, şəhər, ölkə və s.) simvolizə edən əşya və obrazlar təsvir olunmuş, irsən ötürülən emblem, fərqləndirmə nişanı.
Hələ e.ə. III minillikdə Şumer dövlətinin (aslanbaşlı qartal), Misirin (ilan), sonralar İranın (qartal) və digər antik dövlətlərin G.-ləri olub. Keçmişdə hər türk boyu öz simvolu – damğası (tamğası) ilə fərqlənib. Lakin müasir anlamda G.-lər orta əsrlərdə Qərbi Avropada – Fransa və İngiltərədə formalaşıb. Adi emblemlərdən fərqli olaraq onların quruluşu, istifadəsi sahəsində xüsusi qaydalar mövcuddur, hüquqi statusu normativ aktlarla tənzimlənir. Spesifik tarixi mənbə olan G.-ləri heraldika elmi öyrənir.
Tarix terminləri lüğətilat. Germani
E.ə. I əsrdə Baltik və Şimal dənizləri ilə Reyn çayının aşağı axarı, Dunay və Visla çayları arasında, eləcə də Skandinaviyanın cənubunda məskunlaşmış hind-Avropa mənşəli tayfalar qrupu.
G. etnonimi Tunc dövründən başlayaraq Xalqların böyük köçünün sonuna kimi həmin ərazidə yaşamış və əsasən, german dillərində danışan tayfaların ümumi adı kimi işlənir. Terminin mənşəyi dəqiq deyil. Tarixi mənbələrdə ona ilk dəfə e.ə. I əsrin ortalarında rast gəlinir. Qədim yunan tarixçisi Strabon hesab edir ki, romalılar həmin tayfaları «germani» (latınca – “həqiqi”, “əsl”) adlandırmaqla onları oxşar həyat tərzinə malik keltlərdən fərqləndirməyə çalışıblar. Müasir tədqiqatçılar isə «germani» sözünün kelt dilindən mənimsənildiyini bildirirlər. Roma imperiyasının süqutunda yaxından iştirak etmiş G. VII əsrə kimi miqrasiyalar prosesində digər xalqlarla qaynayıb-qarışaraq bir çox müasir Avropa millətlərinin (alman, holland, flamand, Danimarka, İsveç, Norveç və s.) formalaşmasında mühüm rol oynayıblar.
Tarix terminləri lüğətiyun. gerusia < geron – qoca, ağsaqqal
Qədim Yunanıstanın, əsasən, aristokratik quruluşlu şəhər-dövlətlərində ağsaqqallar şurası.
Bu şura sonradan xalq məclisində müzakirəyə çıxarılacaq mühüm dövlət məsələlərini nəzərdən keçirib. G.-ların cəmiyyətdə siyasi rolu, onların üzvlərinin sayı və s. ayrı-ayrı polislərdə fərqlənib. Belə şuralardan tarixdə ən məşhuru Sparta G.-sı olub.
Tarix terminləri lüğəti