E.ə. III minillikdə Cənubi Qafqaz və Kiçik Asiya ərazisində yayılmış arxeoloji mədəniyyət.
Son arxeoloji tədqiqatlar K.-A.M.-nin Erkən Tunc dövrünə aid olduğunu göstərir. Bu mədəniyyətə aid ilk materiallar 1869-cu ildə Daşkəsən ərazisində aşkarlanıb. K.-A.M. üçün, əsasən, daş, möhrəpalçıq və çiy kərpicdən tikilmiş dairəvi bünövrəli evlər, yarımqazmalar, gildən hazırlanmış ocaq yerləri, şirələnmiş qara, boz və qırmızı rəngli saxsı qablar, dən daşları, tunc əmək alətləri, silahlar, qızıl və gümüş bəzək əşyaları səciyyəvi sayılır. Bu tapıntılar həmin mədəniyyətin daşıyıcıları olan tayfalarda əkinçilik və maldarlığın yüksək inkişaf səviyyəsini göstərir. Azərbaycanda K-A.M.-nə aid metaləridən kürələr də aşkarlanıb. Qafqazda toxuculuğun inkişafı, yağ emalı, heyvanlardan qoşqu qüvvəsi kimi istifadə olunması K.-A.M. dövründən başlayır.
Tarix terminləri lüğətiAzərbaycanda bahalı qalın parçadan (məxmər, tirmə şal, xara, zərxara və s.) tikilən, sətin və ya çitdən astarı olan milli qadın üst geyimi.
Bu geyim növü Naxçıvan, Gəncə, Şuşa, qismən də Şəkidə geniş yayılıb. Abşeronda o, don adlanıb. K.-nin yaxası, bel calağı, ətəyi və biləkağzı çox vaxt güləbətin, muncuq, pilək və s. tikmə ilə bəzədilib. Şəki bölgəsində ətrafına ensiz xəz zolaq tikildiyi üçün “xəz K.” və ya “eşmək” adlanıb.
Tarix terminləri lüğətifars. – papaq
Ənənəvi baş geyim növü.
K., əsasən, qalın parçadan tikilib və naxışlarla bəzədilib, hündür üçbucaq formalı, dairəvi içlikli olub. Bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda bu baş geyimi geniş yayılıb, onu, adətən, dərviş və seyidlər qoyublar. K.-ın növlərindən olan şəbkülah (gecə K.-ı) isə varlı əsilzadələrə (xanlara, ağalara) məxsus baş geyimi sayılıb. Şəbkülah rəngli ipək saplarla təkəlduz tikmə üsulu ilə bəzədilib.
Tarix terminləri lüğətiər. – dinsizlik, kafirlik
İslam dinini, Allahın birliyi və varlığını danma, onun ehkamlarından uzaqlaşma, sapma.
İslam təliminə görə, tək Allahın varlığına inanmamaq, Məhəmməd peyğəmbərin elçilik missiyasını şübhə altına almaq, axirət və qiyaməti, eləcə də cənnət və cəhənnəmin mövcudluğunu inkar etmək K. sayılır. Ruhani alimin öz nüfuzundan istifadə edərək müsəlmanları həqiqət yolundan sapdırması da K. hesab olunur. Lakin islam üləmaları arasında K.-ün konkret məzmununa dair yekdil fikir indiyədək formalaşmayıb. Belə ki, islamın müxtəlif cərəyanlarının nümayəndələri K.-ü fərqli anlamlarda başa düşürlər.
Tarix terminləri lüğətiƏrəb əlifbası ilə yazılan bədii xətt növlərindən biri.
Bu xətt növü VII əsrdə İraqın Kufə şəhərində yarandığı üçün belə adlanır. Əsasən, düz və sınıq cizgilərdən ibarət olan K. X əsrədək Şərqdə, o cümlədən orta əsrlərdə Azərbaycanda geniş yayılıb. Lakin XI əsrdən K.-nin tətbiq sahəsi məhdudlaşdırılıb və ondan daha çox memarlıq abidələrinin üzərindəki kitabələrdə, Quranın üzünün köçürülməsində istifadə olunub.
Tarix terminləri lüğətitamil. – hərfi mənası: qazanc, muzd
1. Hindistanda, digər Şərqi və Cənub-Şərqi Asiya ölkələrində, habelə 1949-cu ilə kimi Çində azmaaşlı ixtisassız fəhlə.
Belə fəhlələr sırasına yükdaşıyanlar, günəmuzd işləyənlər, rikşalar və d. aid edilir.
2. Amerikanın, Cənubi Afrikanın, Avstraliyanın plantasiya və mədənlərində ağır işləri görmək üçün müqavilə əsasında işə götürülən ixtisassız fəhlə (əsasən, çinlilər, hindlilər, malayyalılar, zəncilər).
K. institutu XIX əsrin 30–40-cı illərində ingilis, holland və fransız müstəmləkələrində köləliyin ləğvindən sonra meydana gəlib, XIX əsrin II yarısı – XX əsrin I yarısında isə geniş yayılıb.
Tarix terminləri lüğətialm. kurfürsten < kur – seçki, seçilmə + fürst – knyaz
“Müqəddəs Roma imperiyası”nda XIII əsrdən etibarən kralı (imperatoru) seçmək hüququ olan knyazlar.
Öncə Trir, Köln və Maynts arxiyepiskopları, Saksoniya, Branburq və Pfaltsın dünyəvi knyazları, eləcə də Çexiya kralı K. sayılıblar. Sonralar K.-in tərkibində dəyişikliklər baş verib. Onların hüquqları və xüsusi imtiyazları IV Karlın “Qızıl bulla”sı (1356) ilə müəyyənləşib. Reyxstaqda K. kollegiyası birinci kurianı təşkil edib. İmperiyanın ləğvi (1806) ilə K. kollegiyası fəaliyyətini dayandırsa da, bu titulun özü formal olaraq 1866-cı ilədək saxlanılıb.
Tarix terminləri lüğətilat. curia < co, cum – birgə + vir – ər
1. Qədim Romada bir neçə patrisi nəslinin birliyi.
Öncə qəbilə təşkilatının bir elementi olan K., ehtimal ki, nəsillərin kişi nümayəndələrinin ittifaqları şəklində yaranıb. Dövlətin formalaşması ilə o, Roma cəmiyyətinin mühüm hərbi-siyasi özəyinə çevrilib. K.-nın başında seçkili kurion durub. Ən qədim çarlıq dövründə K.-nın komitsiyalarında (yığıncaqlarında) çarlar, Respublika dövrünün əvvəlində magistratlar seçilib. Həmin komitsiyalardakı səsverməyə plebeylər də buraxılıb. İmperiya dövründə isə şəhər şuraları K. adlanıb.
2. Orta əsrlərdə Qərbi Avropada senyorun vassalları ilə birgə formalaşdırdığı şura (feodal K.-sı).
Kralın bilavasitə vassallarından ibarət şura kral K.-sı (lat. Curia Regis) adlanıb və məşvərətçi orqan olub. Lakin mərkəzi hakimiyyətin güclənməsi ilə K. kralın ən yaxın adamlarından ibarət qapalı şuraya çevrilib.
3. Roma papasına tabe olan qurumların məcmusu (Roma K.-sı).
4. Bir sıra Avropa ölkələrində, habelə çar Rusiyasında əmlakın həcminə, milli mənsubiyyətə və digər əlamətlərə görə seçicilərin bölündüyü xüsusi dərəcələr.
Tarix terminləri lüğətitürk. kur – qur, düzəlt
Qədim məzarların üzərində süni təpəcik; torpaq, ağac və ya daşdan düzəldilmiş, adətən, yarımkürə formalı qədim qəbirüstü abidə.
Bəzi ehtimallara görə, K. termini türk mənşəli “korumak” (qorumaq) sözündən yaranıb. K.-lar Son Neolit və Eneolit dövrünə aid edilir. Onlar müxtəlif böyüklükdə olub, qəbirlər sərdabə, katakomba, daş qutu və s. formalarda düzəldilib, içərisinə qab-qacaq, yemək, silah, bəzək şeyləri, digər əşyalar qoyulub. K.-lar qədim türk xalqları mədəniyyəti üçün xüsusilə səciyyəvidir; məs.: Qazaxıstan ərazisində aşkarlanmış əski K.-da hun mədəniyyətinə aid çoxlu incəsənət nümunələri tapılıb. Əski K. buradakı qızıl əşyaların zənginliyinə görə dünyada ikinci tapıntı hesab olunur. K.-lara Azərbaycan ərazisində də rast gəlinir.
Tarix terminləri lüğəti