Üst Paleolit dövründə yaşamış insanların ümumiləşdirici adı.
İlk dəfə belə insanın qalıqları 1868-ci ildə arxeoloq L.Larte tərəfindən Fransanın Dondon departamentindəki Kro-Manyon (Cro Magnon) mağarasında tapılıb. Onun adı da buradan götürülüb. K. antropoloji nöqteyi-nəzərdən müasir insana (Homo sapiens) aid edilirlər.
Tarix terminləri lüğətiKrit adası və Yunanıstanın materik hissəsində aşkar edilmiş klassik yunan mədəniyyətindən öncəki dövrə aid yazı növlərinin ümumiləşdirici adı.
K.Y. üç inkişaf mərhələsi keçib: rəsmli və ya heroqlif yazısı (e.ə. II minilliyin I yarısı); A xətti yazısı (e.ə. XVIII–XV əsrlər); B xətti yazısı (e.ə. XV–XIV əsrlər). B xətti yazısı istisna olmaqla hələlik K.Y. oxunmayıb. Sonralar onun əsasında Kipr yazısı yaranıb.
Tarix terminləri lüğətiholl. kraal < port. curral – mal-qara üçün yer, ağıl
Cənubi və Şərqi Afrikanın maldar tayfalarına məxsus, dairəvi planlaşdırmaya malik, bir qayda olaraq, ətrafı çəpərlənmiş yaşayış məskəni.
K.-da komalar çevrə boyunca tikilir, ortalıqda isə mal-qara saxlanılması üçün yer olur.
Tarix terminləri lüğətiyun. kryptèia
Spartada dövlətin ilotlara qarşı vaxtaşırı tətbiq etdiyi cəza tədbiri.
K.-nın (bəzi mənbələrdə – «kripteya») məqsədi ilotları daim qorxu içərisində saxlamaq, onların ən fəallarını isə məhv etmək olub. Spartalı gənclərin hərbi tərbiyəsində və təlimlərində K.-ya böyük önəm verilib. İki il müddətində polis xidməti keçən Sparta gənclərinin dəstələri də belə adlanıb.
Tarix terminləri lüğətimalay. kris < yava. ngeris – deşmək, yortmaq
Malayziya və İndoneziya xalqlarının bir çoxunda soyuq silah növü – ilanvarı tiyəyə, üzəri naxışlarla örtülmüş ağac, sümük, yaxud buynuz dəstəyə malik polad xəncər.
Keçmişdə K. kişi geyiminin əsas elementlərindən olub. Hazırda isə o, ailələrdə ata-baba yadigarı və ya milli simvol kimi saxlanılır.
Tarix terminləri lüğətiholl. kruiser, kruisen – dənizdə üzmə, keşikçəkmə
Suüstü yüngül gəmi.
K. hərbi gəmi birləşmələrini müdafiə etmək, desant çıxarmaq, suda minalı maneələr qurmaq, quru qoşunlarına dəstək vermək, habelə digər döyüş vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulub. Döyüş gəmilərinin bir növü kimi K. XIX əsrin 60-cı illərində İngiltərədə yaradılıb. Onların daha yüngül və nisbətən ağır formaları olur. Yüngül K.-in subasımı 7-9 min ton, ağır K.-in subasımı isə 20-30 min ton təşkil edir. K.-in uzunluğu 300 m-ə, eni 30 m-ə çata bilər.
Tarix terminləri lüğəti