holl. kaper – dəniz qulduru
Rəqibin və bitərəf ölkələrin düşmən dövlət üçün yük daşıyan gəmilərini ələ keçirmək, yaxud məhv etmək məqsədilə hökumətdən xüsusi icazə almış şəxsi ticarət gəmilərinin hərbi əməliyyatları.
Müvafiq icazənin alındığını təsdiq edən sənəd «kaper şəhadətnaməsi» adlanıb. Belə şəhadətnaməsiz K.-lə məşğul olmaq quldurluğa bərabər tutulub. Reallıqda isə K. bütün hallarda dəniz quldurluğunun bir forması olub və ticarətin inkişafına mənfi təsir göstərib. K. orta əsrlərdə daha geniş yayılıb. Bu səbəbdən XVIII əsrin sonunda onun yasaqlanması uğrunda mübarizə başlanıb. Buna ilk cəhdi 1792-ci ildə Fransa göstərib. 1856-cı il Paris konfransında imzalanmış bəyannamə ilə K. tam qadağan olunub.
Tarix terminləri lüğətilat. capitalis – əsas, başlıca
Xüsusi mülkiyyət, hüquq bərabərliyi, azad sahibkarlıq və muzdlu əməkdən istifadəyə əsaslanan iqtisadi istehsal və bölgü sistemi.
Bu termini ilk dəfə 1854-cü ildə ingilis yazıçısı Uilyam Tekkerey işlədib. Geniş dövriyyəyə isə o, marksistlər tərəfindən daxil edilib. Marksizmə görə, K. ictimai-iqtisadi formasiyası feodalizmi əvəzləyib və kommunizmdən əvvəl gəlir. Bununla belə, indiyədək K. termininin vahid tərifi formalaşmayıb, ən geniş yayılmış təriflərdən biri isə Britaniya ensiklopediyasında əksini tapıb: “K. (bazar iqtisadiyyatı, azad sahibkarlıq) – feodalizmin süqutundan sonra Qərb dünyasında hökmranlıq edən iqtisadi sistem. Burada istehsal vasitələrinin əksəriyyəti üzərində xüsusi mülkiyyət hökm sürür, istehsal və bölgü bazar mexanizmlərinin təsiri altında həyata keçirilir”.
Tarix terminləri lüğətilat. capitulatio < capitulo – anlaşma, razılaşma
1. Hər hansı dövlətin ərazisində məskunlaşan xaricilərə həmin dövlətin vətəndaşları ilə müqayisədə üstünlük verən qeyri-bərabər müqavilə növü.
K. rejiminə görə, adətən, xaricilər yerli orqanların yurisdiksiyasından azad olunurlar, onlara çoxsaylı güzəştlər (ticarət və dənizçilik sahəsində imtiyazlar, vergi imtiyazları və s.) verilir. Bu imtiyazlar xaricilərə qarşılıqlı əsasda deyil, birtərəfli qaydada tətbiq olunur. XVIII–XIX əsrlərdə ABŞ və Avropa dövlətləri Asiya və Afrika ölkələrinə (Yaponiya, Çin, İran, Misir, Əlcəzair, Tunis, Mərakeş və s.) zorla K. rejimini qəbul etdiriblər. XX əsrin ortalarında bu praktikaya son qoyulub.
2. XV əsr – XVI əsrin I yarısında ispan taxt-tacı ilə dənizçilər, konkistadorların rəhbərləri arasında bağlanan müqavilə.
Həmin müqavilələrdə mümkün kəşflərin və müstəmləkə işğallarının şərtləri qabaqcadan müəyyənləşdirilib. K.-nın köməyi ilə İspaniya öz dövlət maraqlarını qorumağa çalışıb. İlk belə K. müqaviləsi 1492-ci il aprelin 17-də X.Kolumbla imzalanıb.
3. Bax: təslim aktı.
Tarix terminləri lüğətiit. caravelle
XIII–XVII əsrlərdə İtaliya, İspaniya və Portuqaliyada geniş yayılmış 3-4 dorlu, birgöyərtəli, hündür yanları olan yelkənli dəniz gəmisi.
Böyük Coğrafi kəşflər dövrünün ilkin mərhələsində K.-lar dəniz ekspedisiyalarında mühüm rol oynayıb. X.Kolumb, Vasko da Qama, F.Magellan və d. səyyahlar K.-dan istifadə ediblər.
Tarix terminləri lüğətiit. carbonaro – kömürçü < lat. carbo – kömür
XIX əsrin I yarısında İtaliyanın cənubunda mövcud olmuş “Carboneria” adlı gizli inqilabi təşkilatın üzvləri.
Onlar ölkəni Fransanın, habelə Avstriyanın zülmündən azad etmək, vahid və müstəqil italyan dövləti yaratmaq məqsədi güdüblər. K. hərəkatının mərkəzi Siciliya adası olub. Bu hərəkat 1815-ci ildən sonra xüsusilə geniş vüsət alıb. K. 1820–1821-ci illər Siciliya və 1821-ci il Pyemont burjua inqilablarına başçılıq ediblər. Lakin hər iki inqilab, eləcə də K.-ın fəal iştirak etdiyi 1831-ci il Romanya, Parma və Modena üsyanları uğursuzluqla nəticələnib. Bundan sonra respublikaçı K.-ın bir hissəsi “Gənc İtaliya” təşkilatına qoşulub. Siciliyada isə onlar 40-cı illərin sonuna kimi fəaliyyət göstəriblər. İtalyan karbonarizminin təsiri altında XIX əsrin 20-ci illərində Fransada da müvafiq cəmiyyət yaranıb. Fransız K.-ı ölkədə Burbonların hakimiyyətinin devrilməsinə çalışıblar.
Tarix terminləri lüğətiisp. carlista
İspaniyada XIX əsrdə yaranmış klerikal-mütləqiyyətçi siyasi partiyanın nümayəndələri.
Onlar II Ferdinandın ölümündən sonra (1833) özünü İspaniya kralı V Karl elan etmiş Böyük don Karlosun tərəfdarları olduqlarına görə belə adlandırılıblar. K. mürtəce ruhanilərə, zadəganlara və ordunun yuxarı dairələrinə arxalanıblar, XIX əsrdə İspaniyada vətəndaş müharibələrində (1833–1844 və 1872–1876) irticanın tərəfində fəal iştirak ediblər. XIX əsrin 30-cu illərindən XX əsrin 70-ci illərinə kimi bu partiya İspaniyanın siyasi həyatında mühüm rol oynayıb. 1936–1939-cu illərin vətəndaş müharibəsində K. frankoçularla birgə vuruşublar. K. indi də mövcuddurlar, lakin artıq İspaniyanın siyasi həyatında nəzərəçarpacaq rola malik deyillər.
Tarix terminləri lüğətiəski türk. Qarluq
Üç böyük qəbilədən ibarət qədim türk tayfası.
K. (bəzi mənbələrdə – «qarluqlar») haqqında ilk məlumatlara V əsr qaynaqlarında rast gəlinir. Bu tayfa köçəri maldarlıq və ovçuluqla məşğul olub, sonralar isə oturaq əkinçiliyə keçib. VIII əsrdə Türk xaqanlığının süqutundan sonra güclənmiş K. Yeddisuda (Semireçyedə) Orta Asiyadan Çinə gedən karvan yolu boyunca məskunlaşıblar. 757–766-cı illərdə onlar Türkeşlər dövlətinin bütün ərazisini ələ keçiriblər, X əsrdə Qaraxanilər dövlətinin tərkibinə daxil olublar. 960-cı ildən etibarən K. arasında islam dini yayılmağa başlayıb. K.-ın ləhcəsi müasir özbək və uyğur dillərinin əsasında durur. Onlar özbəklərin, uyğurların və Orta Asiyada məskunlaşmış digər türk xalqlarının formalaşmasında iştirak ediblər.
Tarix terminləri lüğətilat. Carmeliti
XII əsrin II yarısında Fələstində əsası qoyulmuş katolik rahib ordeni.
İlk iqamətgahı Karmel dağında yerləşdiyi üçün orden belə adlandırılıb və 1226-cı ildə papa III Qonori tərəfindən rəsmi şəkildə tanınıb. XIII əsrin ortalarından Avropada məskunlaşmış K. dilənçi ordeninə çevriliblər. Onlar Hindistanda, Latın Amerikasında və s.-də missionerliklə məşğul olublar, hazırda İtaliya, Fransa, İspaniya və bir sıra digər Avropa ölkələrində fəaliyyət göstərirlər.
Tarix terminləri lüğətifr. cartel, it. cartello < it. carta – kağız, sənəd
İnhisarçı birlik və müqavilə forması.
Daha sabit və dayanıqlı inhisarçı birliklərdən (trest, konsern, sindikat) fərqli olaraq K.-ə daxil olan hər müəssisə öz maliyyə və istehsal müstəqilliyini saxlayır. K. sazişi, bir qayda olaraq, eyni sahəyə aid müəssisələr arasında qiymətləri, satış bazarlarını, məhsulun həcmini və satışını tənzimləmək məqsədilə imzalanır. K.-in əsas məqsədi bazarda hökmran mövqeyi ələ keçirmək olur. Bu səbəbdən bir sıra ölkələrdə antiinhisarçı qanunvericilik çərçivəsində K.-lərin fəaliyyəti yasaqlanıb.
Tarix terminləri lüğətifars. – səyahət edən, gəzən
Keçmişdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda dəvə, at və digər yük heyvanlarından ibarət dəstə.
Sonradan birlikdə hərəkət edən bir neçə gəmini, yük avtomobillərini də K. adlandırmağa başlayıblar. Keçmişdə ölkələr arasında ticarət K.-lar vasitəsilə həyata keçirilib. Dəstənin önündə karvanbaşı (sarban) gedib. K.-ı karvansanın başçılıq etdiyi keşikçilər qoruyub. K.-lar üçün əsas ticarət yollarının üstündə xüsusi dayanacaq yerləri (karvansaralar) tikilib.
Tarix terminləri lüğətifars. – səyahət edən, gəzən
Karvana başçılıq edən şəxs.
Karvanın keçəcəyi yollara yaxşı bələd olan K. dəstəni sağ-salamat mənzilbaşına çatdırmaq vəzifəsi daşıyıb. XVI–XVII əsrlərdə bu şəxsi karvanla gedən tacirlərin sırasından seçiblər. O, hərəkət vaxtını müəyyən etməli, tacirlər arasında yaranan mübahisələrin həllində vasitəçi olmalı, toplanmış pul hesabına ümumi yol xərclərini (o cümlədən gömrük haqqını) ödəməli və bəzi digər funksiyaları yerinə yetirməli olub.
Həmçinin bax:
Tarix terminləri lüğətifars. karvan – səyahət edən, gəzən + salar – qoşun başçısı
Karvanı yolda baş verə biləcək quldur basqınlarından və s. təhlükələrdən qorumaq məqsədilə ayrılmış silahlı dəstənin rəhbəri.
Böyük karvanlarda K.-nın ixtiyarında bəzən 100-ə qədər silahlı adam olub. Onun da dəstəsinin xərcləri karvandan yığılan xüsusi vergi hesabına ödənilib. K. karvanbaşıya tabe olub.
Tarix terminləri lüğətifars. karvan – səyahət edən, gəzən + saray – möhtəşəm bina, ev
Bir çox Şərq ölkələrində, o cümlədən Azərbaycanda əsas ticarət yollarının üzərində və ya şəhərlərdə karvanların dayanacaq yeri, mehmanxana tipli tikili.
Ticarət yollarındakı K.-lar, adətən, bir-birindən birgünlük məsafədə tikilib. Onların ilk dəfə e.ə. II–I minilliklərdə Assuriyada inşa olunduğu güman edilir. Ticarətin və şəhərlərin inkişafı ilə əlaqədar K.-lar IX–XVIII əsrlərdə xüsusilə geniş yayılıb. Burada istirahət otaqları, heyvanlar üçün tövlə və axurlar, yeməkxana, müxtəlif dükanlar (dərzi, sərrac, pinəçi və s.) olub. Dəmir yolları və digər müasir nəqliyyat növləri inkişaf etdikdən sonra K.-lar öz əhəmiyyətini itirib.
Tarix terminləri lüğəti