Reklam
Reklam

Tarix terminləri lüğəti

komandor

fr. commandeur < lat. commando – əmretmə, tapşırma

1. Orta əsrlərdə dini və cəngavər ordenlərində ali rütbələrdən biri (cəngavər-komandor).

2. Mason iyerarxiyasında ali dərəcələrdən biri.

3. Böyük Britaniya, Niderland və bəzi başqa ölkələrdə gəmi dəstəsinin admiral rütbəsi olmayan rəisi (kapitan-komandor).

4. XVIII əsrin əvvəlindən XIX əsrin əvvəlindək Rusiya hərbi dəniz donanmasında I dərəcəli kapitanla IV dərəcəli kontr-admiral arasında rütbə.

Tarix terminləri lüğəti

komitsiyalar

lat. comitio < comeo – toplanma, yığılma

Qədim Romada vəzifəli şəxsləri (magistratları) seçmək, qanunlar qəbul etmək, müharibə və sülh məsələlərini həll etmək üçün çağırılan xalq yığıncaqları.

K.-ın 3 növü mövcud olub. Ən qədim kuria K.-ı Roma icmasının tayfa bölgüsü zamanı meydana gəlib. Senturiya K.-ı senturiyalara görə təşkil olunub, əmlak senzinə görə patrisiplebeyləri birləşdirib. Tribut K.-ı isə plebeylərin triblər (ərazi mahalları) üzrə toplantılarına, sonralar isə bütün vətəndaşların ümumi yığıncaqlarına deyilib. I əsrin sonlarına yaxın K. öz əhəmiyyətini itirib.

Tarix terminləri lüğəti

kommandos

ing. commandos – dəstə < lat. commando – əmretmə, tapşırma

1. XIX əsrin sonu – XX əsrin əvvəlində burların ordusunda könüllülər dəstəsi.

2. Müasir dövrdə dünyanın əksər ölkələrinin silahlı qüvvələrində düşmən ərazisində lokal hərbi əməliyyatlar aparmaq üçün nəzərdə tutulmuş xüsusi təyinatlı hərbi hissə.

Tarix terminləri lüğəti

kommendasiya

lat. commendatio – zəmanət vermə, bəyənmə

1. Qədim Romada boş respublika vəzifələrinə senatda öz nümayəndəsini təklif etmək hüququ.

Bu hüquq öncə Yuli Sezar, daha sonra Oktavian Avqust və onun xələfləri tərəfindən mənimsənilmişdi.

2. Erkən orta əsrlərdə Qərbi Avropada özünü başqasının, daha “güclü” şəxsin (patronun) himayəsinə vermək haqqında müqavilə.

Bu halda özünü himayəyə verən tərəf patrondan şəxsi asılılığa düşürdü. K.-nın iki əsas növü olub: vassal tərəfindən senyorun hakimiyyətinin qəbul edilməsi və müflisləşmiş azad insanın (kəndlinin) iri torpaq sahibinin “himayəsi” altına keçməsi.

Tarix terminləri lüğəti

kommunizm

lat. commūnis – ümumi

Marksizm təliminə görə, kapitalizmi əvəz edəcək ən ali ictimai-iqtisadi formasiya.

Bu formasiyanın birinci mərhələsi sosialist, ikinci mərhələsi isə kommunist cəmiyyəti sayılır. Marksizm klassiklərinin fikrincə, sosial bərabərliyə və ümumi firavanlığa əsaslanan K.-də istehsal qüvvələri ən yüksək inkişaf səviyyəsinə çatır, cəmiyyətin sosial təbəqələrə bölünməsi birdəfəlik aradan qalxır, dövlətin, eləcə də pulun tədricən ləğvi prosesi baş verir. K.-in əsas prinsipi – “hər kəsdən bacarığına, hər kəsə tələbatına görə” ifadəsində əksini tapır. Bununla belə, SSRİ və sosialist düşərgəsinin digər ölkələrinin acı təcrübəsi göstərir ki, K. yalnız gözəl bir utopiyadır.

Həmçinin bax:

Tarix terminləri lüğəti

kommutasiya

lat. commutatio – dəyişmə, əvəzetmə

Feodal istismarına məruz qalmış kəndlilərin yerinə yetirdikləri biyar mükəlləfiyyəti, eləcə də natural töycünün pul rentası ilə əvəzlənməsi.

K. əmtəə-pul münasibətlərinin inkişafı və bunların feodal kəndinə nüfuz etməsi nəticəsində yaranıb, əsasən, Qərbi Avropa ölkələrinin aqrar münasibətləri üçün səciyyəvi olub.

Tarix terminləri lüğəti

kondor

isp. condor

XIX əsrin II yarısı – XX əsrin əvvəlində Cənubi Amerikanın bir sıra ölkələrində (Çili, Kolumbiya, Ekvador) tədavüldə olmuş qızıl və gümüş sikkə.

K. XX əsrin 30-cu illərində qızıl standart ləğv edilənədək tədavüldə olub. Bu sikkə ilk dəfə 1851-ci ildə Çilidə kəsilib. Sonralar ilk ikiqat K. da Çilidə dövriyyəyə buraxılıb. 1925-ci il qanununa əsasən, ikiqat K.-un çəkisi 3,661137 q təmiz qızıl olub.

Tarix terminləri lüğəti