ər. – ibadətgah
Məscidlərdə qiblə tərəfdəki (Kəbə istiqamətində) divarda düzəldilən və önündə namaz qılınan oyuq, taxça.
Planda yarımdairəvi (bəzən düzbucaqlı) formaya malik M. yarımgünbəzlə tamamlanır, yaş suvaq, mərmər, gəc, ağac üzərində oyma ornamentlərlə, inkrustasiya, divar rəsmi, həmçinin dekorativ sütunlar və kiçik tağlar qurşağı ilə bəzədilir. Bir yerdən başqa yerə aparıla bilən ağacdan hazırlanmış M.-lar da olur.
Tarix terminləri lüğətiyun. mégas – böyük + polis – şəhər
Bir neçə şəhər və ya şəhərtipli yaşayış məntəqəsinin birləşməsi nəticəsində yaranmış, həm əhalinin sayına, həm də tutduğu əraziyə görə iri məskunlaşma forması.
Bu termin 36 yaşayış məntəqəsini əhatə etmiş qədim yunan şəhəri Meqalopolun adından yaranıb. Tokio, Mexiko, London, Paris, Honkonq dünyanın ən böyük M.-lərindən hesab olunur.
Tarix terminləri lüğətiyun. Maiotai, lat. Maeotae
E.ə. I minillikdə Meot (Azov) dənizinin şərq və cənub-şərq sahillərində, eləcə də Kuban çayının orta axarı boyunda yaşamış qədim tayfaların ümumiləşdirici adı.
M.-ın adına antik müəlliflərin əsərlərində və Bospor çarlığına aid kitabələrdə rast gəlinir. Bu tayfalardan bəziləri dil baxımından adıqlarla (qafqazdilli) qohum olub, digərləri isə irandilli sayılır. E.ə. IV–III əsrlərdə M.-ın əksəriyyəti Bospor dövlətinin tərkibinə daxil olub.
Tarix terminləri lüğətifr. maire, ing. mayor < lat. major – baş, böyük
Bir çox dünya ölkələrində şəhər (bəzi hallarda həmçinin rayon, icma) yerli özünüidarə orqanlarında ən yüksəkvəzifəli şəxs, rəhbər.
M. çox vaxt yerli özünüidarə orqanı (bələdiyyə), bəzən bilavasitə əhali tərəfindən seçilir, bir sıra ölkələrdə (Belçika, Niderland və s.) isə müvafiq bələdiyyə şurasının təklifi ilə dövlət başçısı tərəfindən təyin olunur.
Tarix terminləri lüğətiər. – yüksəlmə, qalxma, pilləkən
Məhəmməd peyğəmbərin göyə yüksəldiyi gecəni (qəməri təqvimlə rəcəb ayının 27-si) yad etmək məqsədilə keçirilən dini bayram.
Dini rəvayətə görə, həmin gecə Məhəmməd peyğəmbər Qüdsə əfsanəvi səyahət edib, oradan isə “nur pilləkəni” ilə qalxaraq Allahla görüşüb. Bu səbəbdən M. bəzən “pilləkən gecəsi” də adlanır.
Tarix terminləri lüğətiyun. Mesopotamia < mésos – orta, aralıqda yerləşən + potamos – çay
Asiyanın qərbində, Dəclə və Fərat çaylarının hövzələri arasında təbii vilayət.
M. ən qədim sivilizasiya ocaqlarından biri sayılır. Hələ e.ə. IV–III minilliklərdə burada ilk dövlətlər – Şumer, Akkad, Ur və s., e.ə. II minilliyin əvvəlində isə Babilistan yaranıb. Sonralar M. bəşər tarixində mühüm rol oynamış Assuriyanın (e.ə. IX–VII əsrlər), Yeni Babil çarlığının (e.ə. VII–VI əsrlər), Əhəmənilər dövlətinin (e.ə. VI–IV əsrlər), Makedoniyalı İsgəndərin imperiyasının (e.ə. IV əsr), Selevkilər dövlətinin (e.ə. IV-II əsrlər), Parfiyanın (e.ə. III – eramızın III əsrləri), Sasanilər dövlətinin (III–VII əsrlər) və Ərəb xilafətinin (VII əsrdən) tərkibində olub; XI əsrdə səlcuqlar, XIII əsrdə monqollar, XVI əsrin əvvəlində isə Səfəvilər tərəfindən fəth edilib. XVII əsrdən 1918-ci ilədək M. Osmanlı dövlətinin ərazisi olub. I Dünya müharibəsindən sonra həmin ərazinin əksər hissəsi İraqın, qalan hissəsi Suriya və Türkiyənin tərkibindədir.
Tarix terminləri lüğətifr. messe < lat. missa – bağışlanma
Katolik kilsəsində ən mühüm dini ibadət mərasimi.
Liturgiyada olduğu kimi bu mərasimin də əsasında İsa Məsihin “əti” və ”qanı” sayılan çörək və şərabdan dadmaqla ona “qovuşmaq” istəyi durur. XX əsrin 60-cı illərinədək M. yalnız latın dilində keçirilib, sonra isə mərasimin yerli dillərdə də icrasına icazə verilib. M. dini mahnıların xor tərəfindən oxunması ilə müşayiət olunur.
Tarix terminləri lüğətipol. mieszczanin – şəhərli
1. Rusiya imperiyasında şəhər əhalisinin müxtəlif təbəqələrini (sənətkarları, kiçik mülk sahiblərini, xırda ticarətlə məşğul olanları və s.) birləşdirən silk.
Bu silkə mənsubluq irsi olub. Varlanmış meşşan tacir silkinə keçib, müflisləşmış tacir isə meşşana çevrilib. Təhkimçilikdən azad olmuş bəzi imkanlı kəndlilər də M.-a aid edilib.
2. Məcazi mənada: məhdud düşüncəli, zahiri dəbdəbəyə uyan, eqoist və fərdiyyətçi, əqidə sahibi olmayan insanlar.
Tarix terminləri lüğətiyun. mézos – orta, aralıq + lithos – daş
Daş dövrünün bir mərhələsi, Paleolitdən Neolitə keçid dövrü.
Ox və kamanın ixtirası, bəzi heyvanların əhliləşdirilməyə başlanması, miniatür daş alətlərin – mikrolitlərin meydana gəlməsi M. dövrünün ən səciyyəvi cəhətləri sayılır. Bu mərhələ e.ə. X–V minillikləri əhatə edib. Lakin dünyanın müxtəlif bölgələrində M.-in xronoloji çərçivəsi fərqlənə bilər. Azərbaycanda M. abidələri, əsasən, Qobustanda aşkarlanıb.
Tarix terminləri lüğətiyun. metropolis < meter – ana + polis – şəhər
1. Koloniyaları olan qədim yunan şəhərləri (polisləri).
M.-ların koloniyalar üzərində bilavasitə hakimiyyəti olmayıb, amma onlardan hər biri öz koloniyasına himayədarlıq edib.
2. Orta əsrlərdə, yeni və ən yeni dövrdə müstəmləkəsi olan dövlət.
M.-nın müstəmləkələrlə əlaqəsi müxtəlif siyasi-hüquqi formalarda (protektorat, vassallıq və s.) həyata keçirilib. Lakin bütün hallarda bu əlaqələr M.-nın müstəmləkə üzərində hökmranlığına əsaslanıb.
3. Bəzi dövlətlərdə (məs.: Kanadada) əyalət və ya vilayətin mərkəzi şəhəri.
Nadir hallarda ölkənin paytaxtı da M. adlandırılır.
Tarix terminləri lüğətifr. métis < lat. misticius – qarışıq
İrqlərarası nikahdan törəyən insan.
Amerikada avropoid irqinə mənsub şəxslərlə hinduların nikahından törəyənləri M. adlandırırlar. M.-lər Meksika, Nikaraqua, Peru, Kolumbiya, Venesuela, Ekvador, Paraqvay, Panama kimi ölkələrdə əhalinin əksəriyyətini təşkil edirlər.
Tarix terminləri lüğətiyun. métoikos – köçkün, gəlmə, əcnəbi
Qədim Yunanıstanda hər hansı polisə köçüb orada yerləşmiş yadellilər, eləcə də azadlığa buraxılmış qullar.
M. şəxsən azad olublar, amma siyasi hüquqlardan istifadə edə bilməyiblər, metoykion adlı xüsusi vergi ödəyiblər. Onlara Afina vətəndaşları ilə nikaha girmək yasaq edilib. M.-dən hər birinin Afina vətəndaşlarından himayəçisi olub. Siyasi cəhətdən hüquqsuz olmalarına baxmayaraq, M. yunan polislərinin iqtisadi həyatında mühüm rol oynayıblar: onların sırasından varlı quldarlar, tacirlər, gəmi sahibləri çıxıb.
Tarix terminləri lüğəti