ABŞ və Amerika qitəsinin digər ölkələrinin tarixi taleyinin, iqtisadiyyat və mədəniyyətinin ümumiliyi ideyasına əsaslanan siyasi doktrina.
P. XIX əsrin başlanğıcında bəzi Avropa dövlətlərinin Amerikanın daxili işlərinə qarışmasına etiraz əlaməti olaraq meydana çıxıb və Latın Amerikası ölkələrinin Avropa müstəmləkəçiliyindən azad edilməsində mühüm rol oynayıb. Lakin XIX əsrin sonundan etibarən ABŞ P.-dən Latın Amerikası ölkələrinə ekspansiyasını gücləndirmək məqsədilə istifadə etməyə başlayıb. P.-in əsas müddəaları “Monro doktrinası”nda öz əksini tapıb. Bu doktrinanın prinsiplərinin işlənib hazırlanmasında ABŞ dövlət xadimi T.Ceffersonun (1743–1826) mühüm rolu olub.
Tarix terminləri lüğətiBütün etnik almanların bir dövlətdə və ya bir ittifaqda birləşməsi ideyasına əsaslanan siyasi doktrina.
P. XIX əsrin 80-ci illərində Avstriya-Macarıstanda meydana gəlib. Bu doktrinanın müəllifi sayılan G.Şenerer və onun ardıcılları Avstriya ilə Almaniyanın bir dövlətdə birləşməsinə çalışıblar. P. ideyalarının əsas daşıyıcısı 1891–1939-cu illərdə fəaliyyət göstərmiş “Pangerman ittifaqı” adlı təşkilat olub.
Tarix terminləri lüğətiƏhəməni və Sasani imperiyalarının sərhədləri çərçivəsində “Böyük İran” dövlətinin yaranması ideyasına söykənən, XIX əsrin II yarısında əsası qoyulmuş ideoloji-siyasi nəzəriyyə.
P.-in xarici siyasətdə ilk ciddi təzahürü İran hökumətinin Paris sülh konfransına (1919–1920) verdiyi memorandum olub. Həmin sənəddə Qafqaz, Orta Asiya, Əfqanıstan və s. ərazilər İranın “tarixi vilayətləri” elan edilib və onların öz “qanuni sahibinə” – İrana qaytarılması məsələsi qaldırılıb. P. sonralar Pəhləvilər sülaləsinin (1925–1979) rəsmi ideologiyasına çevrilib. Pəhləvilər dövründə İranda qeyri-farslara, o cümlədən Azərbaycan türklərinə qarşı yeridilən siyasətin əsasında məhz P. ideologiyası durub.
Tarix terminləri lüğətiBütün dünya müsəlmanlarının birliyi ideyasını təbliğ edən müxtəlif ideoloji-siyasi baxışlar sisteminin ümumiləşdirici adı.
XIX əsrin son rübündə, əksər müsəlman xalqlarının müstəmləkə asılılığında olduğu bir şəraitdə formalaşan P. mahiyyətcə müsəlman cəmiyyətinin modernləşdirilməsi ideyasının təzahürü kimi yaranıb. Lakin onun vahid ideologiyası formalaşmayıb və bu ad altında ən müxtəlif siyasi məqsədlərə can atan qüvvələr fəaliyyət göstərib. Bütün müsəlmanların vahid teokratik dövlətdə – xilafətdə birləşməsi ideyasının tərəfdarları P.-in mühafizəkar qanadını təşkil ediblər. Bununla belə, P.-də aparıcı rol (xüsusilə cərəyanın yarandığı ilkin mərhələdə) islahatçı qanada məxsus olub. Həmin qanadın ən görkəmli nümayəndəsi olan C.Əfqani (1839–1897) müsəlman cəmiyyətinin bütün sahələrində köklü islahatların aparılması, Qərbin elmi-texniki və mədəni nailiyyətlərindən müsəlmanların bəhrələnməsi kimi ideyaları təbliğ edib, Qərbdən geriliyin aradan qaldırılmasına çalışıb. C.Əfqani P.-in əsas məqsədini islam dünyasının oyanışında, onun ətalət və durğunluqdan xilas edilməsində görüb. Bu mənada P.-in başlıca hədəflərindən biri də müstəmləkəçiliyə qarşı mübarizə olub.
Tarix terminləri lüğətiRus çarizminin rəhbərliyi altında slavyan xalqlarının federasiya və ya konfederasiya şəklində birliyi ideyasını irəli sürən ideoloji-siyasi cərəyan.
Bu cərəyan Rusiyanın Krım müharibəsində (1853–1856) məğlubiyyətindən və Polşa üsyanının (1863–1864) yatırılmasından sonra tam formalaşıb, XIX əsrin II yarısı – XX əsrin əvvəlində geniş yayılıb. P. Rusiyanın Balkanlarda və Osmanlı dövlətinə münasibətdə yeritdiyi aqressiv siyasətin həqiqi işğalçılıq məqsədlərini ört-basdır etmək üçün ideoloji şirma rolunu da oynayıb.
Tarix terminləri lüğətiyun. pan – bütün + theos – Allah
Allahla dünyanı (kainatı) eyniləşdirən və təbiətə Allahın təcəssümü kimi baxan dini-fəlsəfi təlim.
P.-ə görə, Allah təbiətdən kənarda olmayıb, onun özündə yerləşir. Bu təlimin prinsipləri hələ e.ə. VI əsrin sonu – V əsrin əvvəlində qədim yunan filosofu Ksenofan tərəfindən işlənib hazırlanıb. Bütün aləmi Allah elan edən Ksenofan onun idrakla dərk olunmasını mümkün sayıb. 1869–1870-ci illərdə Vatikan P. tərəfdarlarını bidətçi və allahsız hesab edərək lənətləyib.
Tarix terminləri lüğətilat. patheon – bütün ilahlara həsr edilmiş məbəd və ya yer
1. Qədim Romada təqribən e.ə. 125-ci ildə bütün ilahların şərəfinə inşa olunmuş məbəd.
Bu məbəd qədim dünya memarlığının ən möhtəşəm abidələrindən biri sayılır.
2. Görkəmli adamların sərdabələri yerləşən kompleks.
Adətən, dini məqsədlər üçün tikilmiş binalardan P. kimi istifadə olunur. 1791-ci ildə Fransa P.-una çevrilmiş Parisin Sent-Jenevyev kilsəsini buna misal göstərmək mümkündür. Həmin P.-da J.Marat, F.M.Volter, J.J.Russo, V.Hüqo, E.Zolya kimi görkəmli şəxsiyyətlər dəfn edilib.
Tarix terminləri lüğətilat. papa < yun. pappas – ata
Katolik kilsəsinin və Vatikan dövlətinin başçısı.
P. kardinallar arasından ömürlük seçilir. Katolik kilsəsində onun hakimiyyəti faktik olaraq heç nə ilə məhdudlaşmır. Kilsənin ən yüksək qurumu sayılan, 1965-ci ildə yaradılmış yepiskoplar sinodu da yalnız məşvərətçi funksiyasını yerinə yetirir. P. ümumi kilsə yığıncaqlarını çağırır, kardinal və yepiskop rütbələri verir. Rahib ordenlərinin rəhbərləri də birbaşa ona tabe olur. P. həmçinin Vatikan dövlətinin qeyri-məhdud hakimidir.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. papyrus, yun. papyros
Qədim dövrdə və erkən orta əsrlərdə ot bitkisindən hazırlanan yazı materialı, habelə bu material üzərində əlyazma.
Yazı materialı kimi P. e.ə. III minilliyin əvvəlində Misirdə ixtira olunub, e.ə. I minilliyin ortalarından isə Aralıq dənizi sahilində yerləşən digər ölkələrə də yayılıb. IX əsrədək P.-dan geniş istifadə edilib, lakin VIII əsrdə Çində ixtira olunmuş kağız tədricən onu sıxışdıraraq aradan çıxarıb. P.-lar təkcə Qədim Misir deyil, bütün antik dövr tarixini öyrənmək üçün əvəzsiz mənbə sayılır.
Tarix terminləri lüğətifr. paraphe – qısa imza, qrif
Beynəlxalq müqavilənin (sazişin) onu hazırlayanlar tərəfindən ilkin imzalanması.
P. müqavilə layihəsinin hər bir səhifəsində tərəflərin nümayəndələrinin inisiallarının qoyulmasını nəzərdə tutur. Bu, müqavilənin bağlanması prosesinin heç də məcburi mərhələsi deyil və yalnız ümumi istək əsasında həyata keçirilir. P.-dan sonra da layihəyə əlavə və dəyişikliklər edilə bilər. Müqavilə (saziş) dövlətin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və dövlətin qanunvericilik orqanında ratifikasiya olunduqdan sonra hüquqi qüvvəyə minir.
Tarix terminləri lüğəti