yun. pithekos – meymun + anthropos – insan
500–700 min il bundan əvvəl yaşamış ən qədim insanların – arxantropların nümayəndəsi.
P.-un qalığı ilk dəfə 1890–1892-ci illərdə holland alimi E.Dübua tərəfindən Yava adasında aşkarlanıb. P.-lar dik yerimək qabiliyyətinə, iri (təxminən 900 sm3) və kifayət qədər mürəkkəb beyinə malik olublar.
Tarix terminləri lüğətifars. – bəxşiş, hədiyyə
Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda məmurların, yerli hakimlərin, hökmdarın xeyrinə toplanan vergi.
Könüllü “hədiyyə” kimi toplansa da, P., əslində, rəiyyətdən alınan məcburi vergilərdən biri olub. Səfəvilər dönəmində şah sarayında gətirilən P.-ləri qeydə almaq üçün hətta xüsusi pişkəşnəvis (pişkəş yazan) vəzifəsi təsis edilib.
Tarix terminləri lüğətilat. plebeii < plebs – sadə xalq
Qədim Romada azad əhalinin aşağı təbəqəsi.
E.ə. III əsrin əvvəlinədək Roma icmasından kənarda qalan P. bir çox hüquqlardan, habelə icma torpaqlarından istifadə etmək imkanından məhrum olublar. Yalnız patrisilərə qarşı ikiəsrlik mübarizə (e.ə. V-III əsrlər) nəticəsində P.-lər Roma xalqının (Populus Romanus Quiritium) tərkibinə daxil olaraq patrisilərlə eyni vətəndaşlıq və siyasi hüquqlar əldə edə biliblər. Bununla da onlar yüksək dövlət vəzifələrini – magistraturaları tutmaq imkanı qazanıblar. P.-in varlı təbəqəsi patrisilərlə birləşib nobilitet təşkil edib.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. plebiscitum – xalqın qərarı < plebs – sadə xalq + scitum – qərar
1. Qədim Romada plebeylərin yığıncağı tərəfindən qəbul edilən qərarlar.
Belə ümumi qərarlar e.ə. V əsrdən etibarən çıxarılmağa başlayıb. Öncə P. senat tərəfindən təsdiq edilməyib və onun icrası yalnız plebeylər üçün məcburi olub. Lakin sonralar P. tədricən bütün əhali üçün məcburi qərara çevrilib. E.ə. III əsrin əvvəlində P. anlayışı “lex” (“qanun”) termini ilə əvəzlənib.
2. Ümumxalq səsverməsinin formalarından biri.
Adətən, müəyyən ərazinin taleyinin və digər lokal xarakterli məsələlərin həlli üçün vətəndaşlar arasında keçirilən sorğuya P. deyilir. Bəzi ölkələrdə (məs.: Fransada) P. məfhumu “referendum” sözünün sinonimi kimi işlənir, lakin onlar arasında müəyyən fərq qoyulur: P. yalnız yerli, lokal xarakterli, referendum isə ümummilli əhəmiyyətə malik məsələlərlə əlaqədar keçirilir.
Tarix terminləri lüğətilat. pluralis – müxtəliflik, çoxluq
Bərabərhüquqlu, müstəqil, bir-biri ilə qovuşmayan çoxsaylı və müxtəlif varlıq formalarının mövcudluğu ideyasına əsaslanan fəlsəfi mövqe.
Siyasi mənada P. termini “dövlət hakimiyyəti orqanlarında nümayəndəlik uğrunda real rəqabət aparan çoxsaylı siyasi qüvvələrin mövcudluğu” kimi qavranılır. Bu baxımdan P. “çoxpartiyalılıq” məfhumunun sinonimi də sayıla bilər.
Tarix terminləri lüğətiyun. polys – çoxlu, çoxsaylı + andros – kişi, ər
Çoxərlilik, qrup nikahının nadir formalarından biri.
P. zamanı qadının bir neçə əri olur. Hələ XIX əsrdə aleutlar və eskimosların bəzi qrupları, sonralar isə Tibet və Hindistanın bir sıra etnoqrafik qrupları arasında P.-ya təsadüf edilib.
Tarix terminləri lüğətiyun. polis – şəhər
Şəhər-dövlət; Qədim Yunanıstan və İtaliyada cəmiyyətin sosial-iqtisadi və siyasi təşkilatlanmasının xüsusi forması.
P. şəhər ərazisindən və ona bitişik əkinçilik məskənlərindən ibarət olub. Belə şəhər-dövlətlər ya oliqarxik (Sparta), ya da demokratik (Afina) xarakter daşıyıb. P.-lərin yüksəliş dövrü Yunanıstanda e.ə. V əsrə, İtaliyada e.ə. V–III əsrlərə təsadüf edib, onların tənəzzülü isə Yunanıstanda e.ə. IV əsrdə, İtaliyada e.ə. III–I əsrlərdə baş verib.
Tarix terminləri lüğətiyun. polys – çoxlu, çoxsaylı + lat. centrum – mərkəz
Müasir insan növünün (neantropun) paralel olaraq Yer kürəsinin bir neçə bölgəsində yarandığını iddia edən konsepsiya.
P. tərəfdarlarının fikrincə, bu bölgələrdən hər birində məskunlaşmış arxantroplar, daha sonra paleoantropların müstəqil təkamülü nəticəsində müasir insan formalaşıb. Konsepsiyanın banisi Amerika antropoloqu F.Veydenreyx sayılır. Lakin dünya antropoloqlarının əksəriyyəti monosentrizm konsepsiyasına üstünlük verir.
Tarix terminləri lüğətifr. Porte, ital. Porta – hərfi mənası: qapı, darvaza
Avropa ədəbiyyatında və diplomatik sənədlərdə Osmanlı dövlətinin hökumətinə verilmiş rəsmi ad.
Bu termin türkcə “paşa qapısı” ifadəsinin Avropa dillərinə səhv tərcüməsi nəticəsində yaranıb. Tarixi ədəbiyyatda və diplomatik yazışmalarda “Osmanlı P.-sı”, “Yüksək P.” (La Haute Porte), “Möhtəşəm P.” (La Sublime Porte) kimi ifadələrə rast gəlinir. Bəzənsə P. termini yanlış olaraq bütövlükdə Osmanlı dövlətinə şamil olunur.
Tarix terminləri lüğəti