lat. possessio – sahib olma, malik olma
XVIII–XIX əsrlərdə Rusiyada sənaye sahibkarlarına verilmiş kəndlilər və torpaqlar üzərində şərti mülkiyyət hüququ.
Bu mülkiyyət formasının şərtiliyi onunla əlaqədar olub ki, kəndlilərdən və torpaqlardan yalnız konkret müəssisə çərçivəsində istifadə etməyə imkan verilib. Təhkimçiliyi sənaye sahəsinə də şamil edən P.H. 1721-ci ildə tətbiq olunub və kəndlilərə münasibətdə 1861-ci ilədək, torpaqlara münasibətdə isə 1917-ci ilədək qüvvədə qalıb.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. praetoriani
Qədim Romada ordunun imtiyazlı hissəsi.
P. öncə sərkərdələrin şəxsi mühafizə dəstəsinin, sonralar isə imperator qvardiyasının əsgərləri olublar. II əsrin sonundan onlar Romanın siyasi həyatında mühüm rol oynamağa başlayıblar. İtaliklərdən toplanan P. legionerlərə nisbətən daha az müddətdə hərbi xidmət keçib, daha çox maaş alıblar. P. qvardiyasını IV əsrdə imperator II Konstantin ləğv edib. Məcazi mənada yalnız zora arxalanan hakimiyyətlərin dayağını təşkil edən muzdlu qoşunlar da bəzən P. adlandırılır.
Tarix terminləri lüğətilat. praetor < praeitor – irəlidə gedən, başçılıq edən
Qədim Romada yüksək dövlət vəzifəsi.
Erkən respublika dövründə (e.ə. 509–27-ci illər) Romada əvvəlcə ali vəzifə sahiblərinə – konsul və diktatorlara P. deyiblər. Lakin e.ə. 367–366-cı illərdə konsulun köməkçisi vəzifəsi təsis edilib və bu vəzifəni tutan şəxs P. adlanıb. P. məhkəmə proseslərinə rəhbərlik etməklə bərabər, konsul olmadıqda onu əvəzləyib. Provinsiyalar yaradıldıqda onlara rəhbərlik də həmin şəxslərə tapşırılıb. İmperiya dövründə isə (e.ə. 27 – bizim eranın 476-cı illəri) Romada asayişi qorumaq üçün təyin olunan məmurlar, eləcə də şəhərlərdə ali vəzifəli şəxslər P. adlanıb.
Tarix terminləri lüğətiing. presbyterian < yun. presbyteros – ağsaqqal, başçı
Kalvinizmin ardıcılları olan ingilis və şotland puritanlarının mötədil qanadı; XVII əsr İngiltərə burjua inqilabı dövründə siyasi partiya.
Əsası XVI əsrin ortalarında J.Kalvinin şagirdi C.Noks tərəfindən qoyulan presviterianlıq 1592-ci ildə Şotlandiyanın dövlət dini elan edilib. P. kilsə kultunun sadələşdirilməsi və ucuzlaşdırılması, yepiskopların seçkili ağsaqqallarla (presviterlərlə) əvəzlənməsi, kilsənin mərkəzləşdirilməsi və dünyəvi hakimiyyətdən asılılığının azaldılması tələbləri ilə çıxış ediblər. İngiltərədə XVI əsrin 70-ci illərində meydana gələn presviterian icmaları inqilabın başlanması ilə siyasi partiyaya çevrilib. 1640–1648-ci illərdə Uzun parlamentdə P. əksəriyyət təşkil ediblər, lakin kralla saziş xətti tutduqlarından 1648-ci ildə oradan qovulublar. P.-ın dəstəyi ilə 1660-cı ildə Stüartların hakimiyyəti bərpa olunduqdan sonra onlar siyasi fəaliyyətlərini dayandırıblar.
Tarix terminləri lüğətilat. praefectura < praefectus < praeficio – başçı təyin edirəm
1. Qədim Romada respublika dövründə (e.ə. 509–27-ci illər) özünüidarə hüququndan məhrum edilmiş, Roma prefektinin nəzarəti altında olan munisipiyalar (şəhərlər).
2. Roma imperiyasında imperator I Böyük Konstantinin (306–337) dövründən inzibati-ərazi vahidi.
İmperiyanın bütün ərazisi dörd P.-ya bölünüb: Şərq, İlliriya, İtaliya və Qalliya. P.-lara prefekt və ya pretorlar başçılıq edib.
3. Yaponiyada əsas inzibati-ərazi vahidi.
Tarix terminləri lüğətilat. praefectus < praeficio – başçı təyin edirəm
1. Qədim Romada prefekturaya başçılıq edən vəzifəli şəxs.
Qədim Romada dövlət xadimi Oktavian Avqustun (e.ə. I əsrin sonu) dövründən Misiri, sonralar isə bütün əyalətləri idarə etmək üçün P.-lər təyin olunub.
2. Fransada mərkəzi hökumətin nümayəndəsi kimi departamentlərə başçılıq edən şəxs.
P. prezident tərəfindən təyin olunur.
Tarix terminləri lüğətiKatolisizm və protestantlıqla yanaşı, xristianlığın üç əsas cərəyanından biri.
P. IV əsrdə Roma imperiyasının parçalanmasından sonra Bizansda təşəkkül tapıb, lakin uzun müddət təşkilati cəhətdən Roma katolik kilsəsi ilə bağlı olub və onunla birlikdə ümumi xristian kilsəsini təşkil edib. Yalnız 1054-cü ildə o, təşkilati baxımdan müstəqil kilsəyə çevrilib. P., əsasən, Şərqi Avropa və Yaxın Şərq ölkələrində yayılıb. Üç sifətin (müqəddəs ata, müqəddəs oğul, müqəddəs ruh) vəhdətində təzahür edən vahid Allaha etiqad P.-ın əsasında dayanır. Bu cərəyan ilk yeddi Ümumi xristian kilsə məclislərinin (IV–VIII əsrlər) qərarlarını qanuni sayır, sonrakı dövrlərdəki qərarları, o cümlədən kilsələrin ayrılmasından sonra katolisizmdə qəbul olunmuş ehkamları tanımır. Katolisizmdən fərqli olaraq P. vahid kilsə təşkilatına malik deyil. Dünyada bir çox avtokefal (Konstantinopol, Antioxiya, Yerusəlim, rus, serb, gürcü, rumın, bolqar, Kipr və s.) pravoslav kilsələri fəaliyyət göstərir.
Tarix terminləri lüğətilat. possessio – sahib olma, malik olma
Rusiyada posessiya hüququ əsasında fəaliyyət göstərən xüsusi manufakturalar.
Belə manufakturalarda əsas işçi qüvvəsini posession kəndlilər (təhkimli kəndlilər) təşkil edib. Onların yaradılması sənayenin inkişafını stimullaşdırmaq məqsədi daşıyıb. P.M. daha çox metallurgiya, mahud və kətan parça sənayesi sahələrində fəaliyyət göstərib və XIX əsrin 60-cı illərinə kimi mövcud olub.
Tarix terminləri lüğətilat. possessio – sahib olma, malik olma
Rusiyada XVIII əsrdə və XIX əsrin I yarısında posession manufakturalara təhkim olunmuş kəndlilər.
Həmin təhkimli kəndliləri yalnız müəssisə ilə birlikdə satmaq mümkün olub. P.K. kateqoriyası iri manufakturaları işçi qüvvəsi ilə təmin etmək məqsədilə 1721-ci ildə I Pyotr tərəfindən yaradılıb və 1861-ci il kəndli islahatı nəticəsində ləğv olunub.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. proletarius < proles – nəsil
1. Qədim Romada Servi Tullinin (e.ə. VI əsr) adına çıxılan islahata əsasən, əmlaka malik olmadığına görə Roma icmasının beş əsas sosial təbəqəsindən heç birinə aid edilməyən vətəndaşlar; əhalinin ən kasıb təbəqəsi.
Xalq qoşununa 1 senturiya verən P. komitsiyalarda da cəmi 1 səsə malik olub. Son respublika və imperiya dövründə dövlət vəsaiti və varlıların sədəqəsi hesabına yaşayan P. lümpen təbəqəyə çevrilib.
2. Kapitalizm cəmiyyətinin iki əsas sinfindən biri; müzdlu fəhlələr.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. procurator – himayəçi, təsərrüfatı idarə edən
1. Qədim Romada evin təsərrüfat müdiri, yaxud Roma vətəndaşlarının məhkəmə və ticarət işlərində vəkili.
Belə vəkillər, adətən, azad olunmuş qullardan təyin edilib.
2. İmperiya dövründə (e.ə. 27 – bizim eranın 476-cı illəri) imperatora və ya hər hansı varlı şəxsə məxsus iri malikanənin təsərrüfat müdiri, yaxud kiçik əyalətləri idarə edən, iri əyalətlərdə vergilərin yığılmasına rəhbərliyi həyata keçirən məmur, maliyyə və təsərrüfat qurumlarının başçısı.
Tarix terminləri lüğəti