türk. kurultay – məclis, yığıncaq
Türk xalqlarının bir çoxunda xalq nümayəndəliyi orqanı, ən mühüm dövlət məsələlərinin həlli üçün toplanan ümumxalq yığıncağı.
Q. müəyyən mənada müasir parlamentlərin analoqu sayıla bilər. Təsadüfi deyil ki, hazırda Başqırdıstan parlamenti Q. adlanır. Sonradan monqollar həm bu terminin özünü (“xurultay”, “xural” formasında), həm də xalq nümayəndəliyi forması kimi Q. keçirmək ənənəsini türklərdən mənimsəyiblər. Belə ki, XII–XVII əsrlərdə mühüm dövlət məsələlərinin həlli, o cümlədən Monqolustanın böyük xanlarının seçilməsi üçün vaxtaşırı çağırılan yığıncaqlar Q. adlanıb. Hazırda da Monqolustanın ali qanunvericilik orqanı Böyük Xalq Xuralı adlanır.
Tarix terminləri lüğətisanskr. – möhtərəm, böyük, müəllim, usta
Hinduizm və buddizmdə dini rəhbər, müəllim; Pəncabda (Hindistan) siqhlərin dini icmasının rəhbəri.
İlk Q. siqhizm dininin banisi Nanak (1469–1538/1539) olub. XVI əsrin ortalarından Q. artıq irsi vəzifəyə çevrilib. XVII əsrdən isə Q.-lar iri torpaq sahələrinə malik, siqh sektasının üzvlərindən vergi toplayan dünyəvi hakimlər olublar. Sayca 10-cu və sonuncu Q. Qovind Sinqx (1674–1708) siqh icmasının daxilində bir sıra ciddi islahatlar keçirib, o cümlədən Q.-nun irsi hakimiyyətini ləğv edib.
Tarix terminləri lüğətiZilhiccə ayının (qəməri təqviminin 12-ci ayı) 10-da, Orucluq bayramından 70 gün sonra keçirilən müsəlman dini bayramı.
Q.B.-nın kökləri Qərbi Ərəbistanda bütlərə qurban verilməsi adəti ilə bağlıdır. Hələ islamaqədərki dövrdə ərəblər Məkkəyə gələrək burada qurban kəsiblər. Sonralar bu adət islam ayinlərindən birinə çevrilib. İslam inancına görə, İbrahim peyğəmbər oğlu İsmayılı Allah yolunda qurban vermək istərkən Allahın ona yazığı gəlib və əvəzində kəsmək üçün cənnətdən qoç göndərib. Bununla əlaqədar keçmişdə Azərbaycanda Q.B.-nı xalq arasında bəzən “İsmayıl bayramı”, “İsmayıl qurbanı” da adlandırıblar.
Tarix terminləri lüğətiMüxtəlif ruhlara, allahlara, müqəddəslərə pay verməklə onların rəğbətini qazanmaq və rəhmə gətirmək istəyi ilə icra edilən ritual, dini kultun bir forması.
Həmin ritual bu və ya başqa dərəcədə dinlərin əksəriyyətində mövcuddur. Qiymətli əşyalar, torpaq sahələri, binalar və s. maddi obyektlər Q. verilə bilər. Bununla belə, əksər hallarda heyvanları Q. kəsirlər. Lakin tarixdə Q. kəsmənin daha qəddar formaları da mövcud olub; məs.: bir sıra xalqlarda insanlar Q. verilib. Heyvanların Q. kəsilməsi adəti islamda da var.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. – ucadan mütaliə, nəsihət
Müsəlmanların müqəddəs kitabı.
Q., islam inancına görə, Allahın 23 il ərzində (qədir gecəsindən başlayaraq) Cəbrayıl vasitəsilə Məhəmməd peyğəmbərə ötürdüyü kəlamlardan ibarətdir və burada müsəlman dininin əsas ehkamları və qayəsi öz əksini tapıb. Məhəmməd peyğəmbərin sağlığında Q.-ın mətnləri, əsasən, şifahi yayılıb. İlk dəfə yalnız xəlifə Osmanın (644–656) tapşırığı ilə Zeyd ibn Sabitin rəhbərlik etdiyi xüsusi heyət surələri bir yerə toplayaraq kitab halına salıb. 114 surədən ibarət olan Q.-ın ən erkən mətnləri VII əsrin sonu – VIII əsrin əvvəlinə aid edilir. Bu gün Q. dünya dillərinin əksəriyyətinə tərcümə olunub. Müqəddəs kitabın Azərbaycan dilində ilk nəşri 1904-cü ildə Bakıda işıq üzü görüb.
Tarix terminləri lüğəti