alm. reichskanzler – imperiya kansleri
1871–1945-ci illərdə Almaniyada hökumət başçısının rəsmi adı.
1918-ci ilədək R. imperator tərəfindən, 1918–1933-cü illərdə isə reyxstaqın partiya tərkibi nəzərə alınmaqla prezident tərəfindən təyin edilib. 1933-cü ildə Almaniyada nasistlər hakimiyyətə gəldikdən sonra isə A.Hitler R. elan edilib və 1945-ci ilədək bu vəzifədə qalıb.
Həmçinin bax:
Tarix terminləri lüğətialm. reichmark < reich – imperiya, krallıq + marke – işarə, nişanə
1924-cü ildən Almaniyanın pul vahidi.
Bir R. 100 reyxspfenninqə bərabər olub. Onun qızıl tərkibi 0,358423 q təmiz qızıl miqdarında müəyyənləşdirilib. R. II Dünya müharibəsi (1939–1945) dövründə Almaniyanın işğal etdiyi dövlətlərin ərazisində də dövriyyədə olub, 1948-ci ildə isə Almaniyanın həm qərbində, həm də şərqində keçirilmiş pul islahatı nəticəsində ləğv edilib.
Həmçinin bax:
Tarix terminləri lüğətialm. reichstag < reich – imperiya, krallıq + tag – məclis
1. XII əsrdən “Müqəddəs Roma imperiyası”nda alman imperatorlarının yanında silki nümayəndəli orqanı.
2. 1848-ci ilin iyulundan 1849-cu ilin martınadək fəaliyyət göstərmiş Avstriya Müəssislər Məclisinin adı.
3. Şimali Almaniya İttifaqının (1867–1871) və Almaniya imperiyasının (1871–1918) parlamenti.
4. 1919–1933-cü illərdə Almaniyada Veymar Respublikasının parlamenti.
Nasistlər hakimiyyətə gəldikdən sonra (1933) R.-ın fəaliyyəti formal xarakter daşıyıb, 1945-ci ildə o ləğv edilib.
Həmçinin bax:
Tarix terminləri lüğətialm. reiter – atlı, süvari
XVI əsrdə Qərbi Avropanın bir sıra muzdlu ordularında ağır silahlı cəngavərləri əvəzləmiş süvari.
R.-lar uzun qılınc, 2 tapança, tüfəng və ya karabinlə silahlanıblar, dəbilqə və sinəbənd geyiblər. Əsasən, almanlardan toplanan bu süvarilər alman dövlətlərinin, eləcə də Polşanın, İsveçin, digər ölkələrin qoşunlarında xidmət ediblər. XVIII əsrin başlanğıcında R.-lar başqa süvari döyüşçülərlə əvəzləniblər.
Tarix terminləri lüğətilat. reservation < reservare – saxlayıram, qoruyuram
Ölkənin azsaylı aborigen əhalisinin yaşaması üçün ayrılmış xüsusi ərazi.
İlk R.-lar ABŞ hinduları üçün XIX əsrin 60-cı illərində yaradılıb. Burada əsas məqsəd hinduların həyat tərzini, etnik və mədəni özünəməxsusluğunu yad təsirlərdən qoruyub saxlamağa imkan vermək olub. Lakin ilk baxışdan xeyirxah məqsədlərlə təşkil edilmiş R.-lar sonralar hinduların ətraf aləmdən təcrid olunmasına və ictimai tərəqqidən geri qalmasına gətirib çıxarıb. XX əsrin 40-cı illərindən başlayaraq Cənubi Afrika Respublikasında aparteid siyasəti çərçivəsində “bantustan” adlanan xüsusi R.-ların yaradılması və qaradərili əhalinin zorla həmin ərazilərə köçürülməsi R.-lar barədə birdəfəlik mənfi rəy formalaşdırıb.
Tarix terminləri lüğətiər. rəiyyət – təbəə, bir hökmdarın tabeliyində olan əhali < rəiyyə – hərfi mənası: sürü
Orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda öncə bütün təbəələrin, sonralar isə yalnız vergi ödəyicisi olan kəndlilərin və şəhər əhalisinin ümumiləşdirilmiş adı.
Son orta əsrlər dönəmində xərac verən və torpağa təhkim olunmuş kəndlilərə R. deyiblər. Rəncbərdən fərqli olaraq R.-in torpaq sahiblərindən şəxsi asılılığı olmayıb. XIII–XVIII əsrlərdə İranda oturaq kəndliləri köçəri elatlardan fərqləndirmək üçün R. adlandırıblar.
Tarix terminləri lüğətifars. – zəhmətkeş, əməkçi
XVI–XIX əsrlərdə İran və Azərbaycanda torpaqdan deyil, sahibkardan şəxsi asılılıqda olan kəndli kateqoriyası.
R.-lər feodaldan torpaq, su, toxum, iş heyvanı və s. alaraq bunun müqabilində məhsulun müəyyən hissəsini (2/3-dən – 4/5 hissəyədək) ona veriblər. Bəzi Azərbaycan xanlıqlarında yalnız mülkədarın şəxsi təsərrüfatında çalışan kəndlilər də R. adlanıblar. R. kənd icmasına daxil olmayıb və mülkədarın təhkimlisi sayılıb, bununla da rəiyyətdən fərqlənib.
Tarix terminləri lüğətiər. – elçi, səfir
İslam təliminə görə, Allahın müqəddəs ruh vasitəsilə şifahi və yazılı şəkildə nazil etdiyi vəhyləri – kəlam və buyruqları insanlara yetirən elçi.
Quranda yalnız Allahın kəlamlarını kitablar (Tövrat, Zəbur, İncil, Quran) şəklində almış Musa, Davud, İsa Məsih və Məhəmməd R. sayılır. Digər peyğəmbərlər isə nəbi adlandırılır, çünki onlar yeni dini kitab almayıblar, yalnız sonuncu R.-un gətirdiklərini təsdiq etməklə məşğul olublar.
Tarix terminləri lüğəti