Azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfası.
S. etnonimi XIV əsrin sonunda Çuxursəd ərazisində formalaşıb. Öncə Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan S.-ın xeyli hissəsi XV əsrin 30-cu illərində qonşu ərazilərə köçüb. Onların bir qismi ayrımlarla qarışaraq Qazax bölgəsində məskunlaşıb. 1795–1798-ci illərdə həmin bölgədə yaşayan S. yenidən yerlərini dəyişərək Qarabağa köçüblər. Saatlı şəhəri və Saatlı kəndinin adlarının S.-la əlaqədar olduğu ehtimal edilir.
Həmçinin bax:
Tarix terminləri lüğətiEramızın II əsrindən Xəzər dənizinin şimal-qərb sahillərində məskunlaşmış türk tayfaları.
S.-in əvvəllər Sibirdə (İrtış çayı boyunda) yaşadıqları ehtimal olunur. Bu tayfalar haqqında ilk dəfə Ptolemey (II əsrdə) məlumat verib. Erkən orta əsrlərə aid Bizans qaynaqlarında tez-tez onların adı çəkilir. Həmin dövrdə S. artıq Şimali Qafqazda ciddi hərbi qüvvəyə çevriliblər. Tarixi mənbələr III əsrdən başlayaraq S.-in (bəzi mənbələrdə – savirlər, suvarlar) mütəmadi olaraq Cənubi Qafqaz və Ön Asiyaya yürüşlər etdiklərini göstərir. 503-cü ildə Dərbənd keçidindən Azərbaycana daxil olan S. Albaniyanın şimal hissəsini və Şərqi Gürcüstanı tutaraq beş il burada qalıblar. Az sonra onlar gah İran, gah da Bizansın tərəfində Cənubi Qafqaz uğrunda gedən döyüşlərdə iştirak ediblər. VI əsrin ortalarında avarlara məğlub olan S.-in bir hissəsi Kür çayı hövzəsində məskunlaşaraq azərbaycanlıların etnogenezində müəyyən rol oynayıblar. Bu terminin etimologiyası dəqiq müəyyənləşməyib. Bəzi tədqiqatçılar S. etnoniminin əski türk dilində “itaətkar tayfa” anlamını verdiyini, digərləri isə İran mənşəli olduğunu göstərir. Sonuncuların fikrincə, “sabir” sözü fars dilindəki “süvar/səvar” (“atlı, süvari”) sözündən yaranıb.
Tarix terminləri lüğətiər. sahib – yiyə + fars. divan – hökumət idarəsi
Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda vəzifə; dövlətin mülki və maliyyə işlərinə başçılıq edən şəxs.
Vergilərin toplanması, mədaxil və məxaricin qeydiyyatının aparılması da S.-D.-ın səlahiyyətinə daxil olub. Bu vəzifə barədə tarixi qaynaqlarda məlumatlara X əsrdən təsadüf edilir.
Tarix terminləri lüğətiQafqaz Albaniyasının şimal-qərbində, Uti əyalətində məskunlaşmış qədim tayfalar.
Bu tayfaların sakların nəslindən olduqları ehtimal edilir. Strabonun (I əsr) məlumatına görə, vaxtilə Baktriya və s. əraziləri işğal edən saklar Qafqaz Albaniyasında da məskən salıblar. Həmin ərazi sonralar Sakasena, burada yaşayan tayfalar isə S. adlandırılıb.
Tarix terminləri lüğətilat. Sacae
E.ə. I minillikdə və eramızın ilk əsrlərində Orta Asiya, Qazaxıstan və Şərqi Türküstan ərazisində məskunlaşmış qədim tayfalar qrupu.
S.-ın əsas məşğuliyyəti köçəri maldarlıq olub. E.ə. VI əsrin sonu – V əsrin əvvəlində Əhəmənilərə məğlub olan S. təzminat ödəmək və İran qoşununa müəyyən sayda döyüşçü göndərmək məcburiyyətində qalıblar. Əhəmənilər ordusunun tərkibində onlar yunan-İran müharibələrində (e.ə. 500–449-cu illər) iştirak ediblər, imperiyanın müxtəlif bölgələrində xidmət göstəriblər. E.ə. II əsrin sonu – I əsrin əvvəlində digər köçəri tayfalar tərəfindən sıxışdırılan S.-ın bir hissəsi Əfqanıstan və Hindistana köç etməli olub. Müasir Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistan ərazisində yaşayan S. artıq eramızın ilk əsrlərində digər xalqlar tərəfindən assimilyasiyaya uğradılıb. Sak tayfalarının etnik mənşəyi dəqiq müəyyənləşməyib. Avropa tədqiqatçılarının əksəriyyəti onları irandilli tayfalar hesab edir, lakin S.-ın türkdilli olduqları haqqında da bəzi ehtimallar var. Şəki şəhərinin adının S.-dan miras qaldığı güman edilir.
Həmçinin bax:
Tarix terminləri lüğətifars. salar – başçı, rəis, komandan
Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda mövcud olmuş natural vergi.
S. vəzir, bəylərbəyi, sərkərdə, bəzən də hökmdarın xeyrinə toplanıb. Bu vergi əksər hallarda məhsulun 1/10-ni təşkil edib, lakin onun həcmi ayrı-ayrı ərazilərdə müxtəlif olub.
Tarix terminləri lüğətifars. sal – il + namə – yazı, məktub
Hadisələrin illər üzrə təsvir edildiyi tarixi əsər.
Bizansda belə tarixi əsərlər “xronika” (yun. chronos – zaman, vaxt), orta əsrlər Avropasında isə “annal” (lat. annus – il) və ya “xronika” adlandırılıb. Orta əsrlərdə Şərqdə S.-ləri, adətən, hökmdar saraylarında tarixçilər və münşilər (katiblər) tərtib ediblər. Baş verən hadisələri qələmə almaq üçün münşilər hökmdarın hərbi yürüşlərinin, onun səfərlərinin, məclislərinin iştirakçısı olublar. Ayrı-ayrı hökmdarlara ithaf edilən S.-lər də mövcuddur; məs.: XV əsrin I yarısında naməlum müəllifin yazdığı “Dastane Sultan Əbu Səid Bahadur xan ibn Ulcaytu” əsəri sultanın həyatını ilbəil əks etdirir.
Tarix terminləri lüğətifars. – illik
Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda yerli hərbi hissələrin saxlanılması üçün toplanan vergi.
S. hərbi hissələrin yerləşdiyi əyalətin əhalisindən ildə bir dəfə yığılıb. Onun həcmi qeyri-müəyyən olub. Qarabağ xanlığında S. malcəhətin divan xeyrinə yığılan hissəsini təşkil edib.
Tarix terminləri lüğətiSami dillərində danışan xalqlara aid edilən, XVIII əsrin 80-ci illərində alman alimləri A.Şletser və İ.Eyxqorn tərəfindən elmə gətirilmiş termin.
Dil qohumluğundan əlavə, sami xalqlarının mədəniyyət və məişət sahəsində də bir çox oxşarlıqları var. Faktlarla təsdiqlənən mülahizəyə görə, S.-in əcdadları Afrikada Saxara səhrasının şimalında yaşayıblar. İqlimin dəyişməsi ilə əlaqədar onlar e.ə. V minillikdən başlayaraq şərqə doğru hərəkət ediblər və Ərəbistan yarımadasında, Aralıq dənizinin şərq sahillərində, habelə Dəclə və Fərat çayları hövzəsində məskunlaşıblar. E.ə. IV minilliyin sonu – III minilliyin başlanğıcında S. dil baxımından Şərq və Qərb qruplarına bölünüblər. Şərq qrupunun sonrakı taleyi Akkad, Babilistan və Assuriya dövlətlərinin tarixi ilə bağlı olub. Qərbi S., öz növbəsində, bir neçə hissəyə ayrılıblar. Amorilər, kənanilər, yəhudilər və aramilər Qərbi S.-in Fələstin, Suriya və Şimali Mesopotamiyada məskunlaşmış qrupunu (e.ə. III–II minilliklər) təşkil ediblər. Qərbi S.-in digər hissələri isə (lihyani, səmud və s. tayfalar) e.ə. I minilliyin başlanğıcında “ərəblər” adı altında birləşiblər. Hazırda ərəblər, maltalılar, israillilər, Efiopiyanın amhara, tiqre və b. xalqları S.-ə aid edilir.
Tarix terminləri lüğətiyap. samurau – xidmət etmək
1. Geniş anlamda: Yaponiyada iri feodallardan xırda zadəganlara qədər dünyəvi feodallar.
2. Məhdud və daha tez-tez işlənən mənada: xırda zadəganların nümayəndələrindən ibarət hərbi-feodal silki.
S.-ın xüsusi silk kimi formalaşması prosesi Yaponiyada Minamoto feodal evinin hökmranlığı (1192–1333) dövründə başlanıb və qəti olaraq Tokuqava feodal evinin (1603–1867) hakimiyyəti dönəmində başa çatıb. Mahiyyət etibarilə S. iri feodalların vassalları olublar. Lakin Avropadakı vassallardan fərqli olaraq S.-a torpaq mülkiyyəti verilməyib, onlar süzerendən yalnız maaş alıblar. İri feodallar arasındakı müharibələrdə mühüm rol oynayan S. bir çox imtiyazlara sahib olublar. Dinc dövrlərdə isə onlar feodal malikanələrinin idarə olunmasına və mühafizəsinə başçılıq ediblər. S. iki – uzun və gödək qılınc gəzdiriblər: bu onların fərqləndirici nişanı olub. S. davranışlarında xüsusi əxlaq kodeksinə – busidoya əməl ediblər. 1867–1868-ci illər Yaponiya burjua inqilabı nəticəsində S.-a birdəfəlik yardım ödəməklə onların bütün imtiyazlarını ləğv ediblər.
Tarix terminləri lüğətilat. sanctio – ən ciddi, ən qəti sərəncam
1. Dövlətin təsbit olunmuş norma və qaydaları pozanlara qarşı tətbiq etdiyi qoruyucu tədbir.
2. Hüquq normasının həmin normanı pozanlara qarşı təsir tədbirlərini göstərən tərkib hissəsi.
3. Beynəlxalq hüquqda: beynəlxalq qayda və normaları pozmuş dövlətlərə qarşı tətbiq olunan siyasi, iqtisadi, hərbi xarakterli təzyiq tədbiri.
4. Ali instansiya tərəfindən nəyinsə təsdiqi, ona icazə verilməsi.
Tarix terminləri lüğəti