ər. sahib – yiyə + fars. divan – hökumət idarəsi
Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda vəzifə; dövlətin mülki və maliyyə işlərinə başçılıq edən şəxs.
Vergilərin toplanması, mədaxil və məxaricin qeydiyyatının aparılması da S.-D.-ın səlahiyyətinə daxil olub. Bu vəzifə barədə tarixi qaynaqlarda məlumatlara X əsrdən təsadüf edilir.
Tarix terminləri lüğəti