Reklam
Reklam

Tarix terminləri lüğəti

sahibi-divan

ər. sahib – yiyə + fars. divan – hökumət idarəsi

Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda vəzifə; dövlətin mülki və maliyyə işlərinə başçılıq edən şəxs.

Vergilərin toplanması, mədaxil və məxaricin qeydiyyatının aparılması da S.-D.-ın səlahiyyətinə daxil olub. Bu vəzifə barədə tarixi qaynaqlarda məlumatlara X əsrdən təsadüf edilir.

Tarix terminləri lüğəti