fr. sans-culottes – qısa şalvarlı olmayanlar < sans – ...sız + culotte – qısa şalvar
Böyük Fransa inqilabının ilk dövründə ipək corabla qısa şalvar geyinən aristokratların öz siyasi düşmənlərinə – kobud materialdan uzun şalvar geyinən şəhər yoxsullarına verdikləri ad.
Sonralar (xüsusən yakobin diktaturası illərində) vətənpərvər və inqilabçılar özlərini S. adlandırıblar.
Tarix terminləri lüğətisanskr. samskrta – ədəbi dil
Hind-Avropa dil ailəsinə daxil olan qədim hind dillərindən biri.
S. e.ə. I əsrdən başlayaraq Şimali Hindistanda geniş yayılıb. Mükəmməl dil normalarına malik olan S.-də zəngin bədii, dini, fəlsəfi və elmi ədəbiyyat yaranıb. Ondan indi də Hindistanda ibadət və ictimai elmlər dili, məhdud dairədə isə həm də ünsiyyət vasitəsi kimi istifadə olunur. S. Hindistanın digər dillərinin inkişafına güclü təsir göstərib. Avropalıların S.-lə XVIII əsrdə baş tutan tanışlığı XIX əsrin əvvəlində müqayisəli-tarixi dilçiliyin formalaşmasında həlledici rol oynayıb.
Tarix terminləri lüğətiNeolit dövründən dünyanın bir sıra xalqları arasında geniş yayılmış atma silah növü.
Uzun dəri qayış və ya hörülmüş ip formasında olan S.-ın bir ucunda ələ keçirmək üçün ilgək olub. Daş qoymaq üçün mərkəzi hissəsi qollarına nisbətən enli toxunur. Bir qolun ucundakı ilgəyi barmağa keçirir və ikinci qolun da ucunu eyni əldə saxlamaqla arasına daş qoyurlar. Sonra S.-ı dairəvi şəkildə fırladıb ilgəksiz qolu buraxmaqla daşı müəyyən məsafəyə atırlar.
Tarix terminləri lüğətiHun tayfaları.
S. mənşəcə qədim bulqarlara yaxın olublar. Tarixi mənbələrdə onların adları ilk dəfə V əsrdə baş vermiş hadisələrlə əlaqədar çəkilir. Hun tayfa ittifaqına daxil olan S. Şərqi Qafqazda məskunlaşıblar və 466-cı ildə Cənubi Qafqaza yürüş ediblər. Hun tayfa ittifaqı dağıldıqdan sonra onlar Azov dənizinin şimal sahillərinə köçüblər. S.-ın qalıqları bulqarların tərkibinə daxil olub.
Tarix terminləri lüğətiyun. sarkophagos – ət yeyən, ət udan
Qədim xalqlarda kiçik sərdabə, tabut; geniş mənada: bədii tərtibatlı memarlıq abidəsi olan istənilən qəbir.
Qədim misirlilər və etrusklara, eləcə də ellinizm, Qədim Roma və erkən orta əsrlər dövrünə aid S.-lar xüsusilə böyük maraq doğurur.
Tarix terminləri lüğətilat. Sarmatae
E.ə. III – eramızın IV əsrlərində Tobol çayından Dunay çayınadək olan düzənliklərdə məskunlaşmış tayfalar.
S.-ın əsas məşğuliyyəti köçəri maldarlıq olub. Onların erkən tarixi savromatlarla bağlıdır. Antik dövrdə aktiv siyasi qüvvə kimi iştirak edən S. müxtəlif ittifaqların tərkibində romalılara qarşı vuruşublar. Eramızın IV əsrində hunlar tərəfindən darmadağın edildikdən sonra isə qotlar və hunlarla birlikdə Xalqların böyük köçündə iştirak ediblər və məskən saldıqları ərazilərdəki xalqlarla qaynayıb-qarışıblar. S.-ın türk, yaxud İran mənşəli olduğu ehtimal edilir.
Tarix terminləri lüğətiÖzbəklərin oturaq hissəsinin qədim adı.
XX əsrin əvvəlinədək yarımköçəri özbəklər və qazaxlar oturaq özbəkləri S. adlandırıblar. Həmçinin Daşkənd, Fərqanə və Xarəzm vadilərində, eləcə də Cənubi Qazaxıstanda yaşayan oturaq özbəklər özlərinə S. deyiblər. Hazırda bu termin yalnız elmi ədəbiyyatda işlədilir.
Tarix terminləri lüğətilat. satelles – cangüdən, yol yoldaşı
1. Qədim Romada öz sahibini müşayiət edən silahlı muzdlu.
2. Formal olaraq müstəqil sayılan, lakin faktiki cəhətdən digər daha güclü dövlətə tabe olan dövlət.
3. Məcazi mənada: yad adamın iradəsini yerinə yetirən, digərindən çox asılı olan şəxs, əlaltı.
Tarix terminləri lüğətiyun. satrapes – hərfi mənası: vilayətin qoruyucusu
1. Satraplığın canişini, onun inzibati işlərinə rəhbərlik edən şəxs.
S.-ın gümüş və mis sikkələr kəsmək hüququ olub, o həmçinin vergilərin yığılmasına və əyalət məmurlarının fəaliyyətinə nəzarət edib.
2. Məcazi mənada: despot, tiran, qəddar rəhbər.
Tarix terminləri lüğətiƏhəmənilər dövlətində hərbi-inzibati dairə (əyalət).
Təqribən e.ə. 518-ci ildə I Dara dövləti 20 S.-a bölüb. S.-ların sərhədləri əksər hallarda Əhəmənilər dövlətinin tərkibinə daxil olan ayrı-ayrı dövlətlərin (məs.: Babilistan, Misir, Midiya və s.) sərhədlərinə uyğun gəlib. Onların sayı və sərhədləri isə tez-tez dəyişib. Müəyyən edilmiş miqdarda vergi ödəyən S.-ın bəzi hallarda öz qanunları, habelə ənənələri və rəsmi dili (dilləri) olub. S.-lar inzibati-ərazi vahidləri kimi Selevkilər və Parfiya dövlətlərində, həmçinin Sasanilər dönəmində də mövcud olub.
Həmçinin bax:
Tarix terminləri lüğəti