fr. seigneur < lat. senior – böyük, başçı
Senyoriya mülkiyyətçisi, feodal cəmiyyətdə torpaq sahibi.
S.-un təkcə ondan asılı kəndliləri deyil, həm də öz vassalları olub. Bu səbəbdən S. termini sonradan daha məhdud mənada: “vassallar qrupunun başçısı” anlamında da işlədilməyə başlanıb. Ərazinin ali S.-u (kral, knyaz, hersoq) süzeren adlanıb.
Tarix terminləri lüğətifr. seigneurie
Qərbi Avropa ölkələrində feodal torpaq mülkiyyətçiliyi sistemini və bununla əlaqədar kəndlilərin feodaldan asılılıq formasını ifadə etmək üçün tarix ədəbiyyatında işlədilən termin.
Geniş mənada bu termin votçinanın sinonimi kimi tətbiq olunur. Dar mənada isə S. dedikdə votçinanın konkret bir növü – mülkədar domeninin (təsərrüfatının) məhdud, yaxud tamamilə əhəmiyyətsiz rol oynadığı, senyora məxsus torpaq sahəsinin məhsul və ya pul şəklində töycü ödəyən asılı kəndlilərin – icarədarların ixtiyarına verildiyi mülkiyyətçilik sistemi nəzərdə tutulur.
Tarix terminləri lüğətilat. census < senseo – siyahıya alıram
1. Qədim Romada vətəndaşların sosial-siyasi, hərbi və vergi vəziyyətini müəyyənləşdirmək məqsədilə onların əmlakı göstərilməklə siyahıya alınması.
Antik rəvayətə görə, S. çar Servi Tulli (e.ə. VI əsr) tərəfindən tətbiq olunub. O, vətəndaşları 5 dərəcəyə bölüb. Hər hansı dərəcəyə mənsubluq vətəndaşların mülkiyyətində olan torpaq sahəsi və daşınmaz əmlakın, sonrakı illərdə isə onlara məxsus pul vəsaitinin miqdarı ilə müəyyənləşdirilib. Vergilərin həcmi S.-dən asılı olub. Belə siyahıyaalma 5 ildə bir dəfə keçirilib. Onun keçirilməsinə öncə çar, sonra konsullar, e.ə. 483-cü ildən senzorlar, imperiya dövründə (e.ə. 27-ci il – eramızın 476-cı ili) isə imperatorlar nəzarət edib.
2. Orta əsrlərdə Qərbi və Mərkəzi Avropada kəndlilərdən alınan vergi, töycü.
3. Şəxsin bu və ya digər siyasi hüquqlardan istifadə etməsi üçün müəyyənləşdirilmiş şərt; məs.: seçkilərdə iştirak üçün yaş senzi.
Tarix terminləri lüğətilat. censor < senseo – siyahıya alıram
1. Qədim Romada ali dövlət vəzifələrindən biri.
Burada senturiya komitsiyaları tərəfindən hər biri 5 illiyə seçilmiş iki S. olub. Antik məlumatlara görə, S. institutu e.ə. 443-cü ildə yaranıb və ilk öncə yalnız patrisilər bu vəzifəni tuta biliblər. E.ə. 351-ci ildə plebeylər də belə hüquq əldə ediblər. S.-lar senzi həyata keçiriblər və senatorların siyahılarını tərtib ediblər. Dövlətin maliyyə işlərinə və mənəvi normalara əməl olunmasına nəzarət funksiyası da onlara verilib. Sonralar S. vəzifəsi tədricən öz əhəmiyyətini itirməyə başlayıb, e.ə. I əsrin ortalarından isə onların səlahiyyətləri imperatorlara keçib. İmperiya dövründə (e.ə. 27-ci il – eramızın 476-cı ili) S. vəzifəsi birdəfəlik ləğv edilib.
2. Senzuranı həyata keçirən şəxs.
Tarix terminləri lüğətilat. censura < censere – baxmaq, qiymətləndirmək
Rəsmi (dünyəvi və ya dini) hakimiyyətin informasiya, çap məhsulları, musiqili və səhnə əsərləri, fotomateriallar və kinofilmlər, radio və televiziya verilişləri, bəzi hallarda isə şəxsi yazışmaların məzmunu və yayılması üzərində nəzarəti.
Həmin nəzarəti həyata keçirən dünyəvi və ya dini hakimiyyət orqanları da S. adlanır.
See also:
Tarix terminləri lüğətilat. separatus – ayrı, əlahiddə
Müharibə aparan ölkələr koalisiyasına üzv-dövlətlərdən birinin müttəfiqlərin xəbəri və ya razılığı olmadan düşmənlə bağladığı sülh.
S.S. termini ilk dəfə I Dünya müharibəsi (1914–1918) dövründə alman koalisiyası ölkələrinin rəqib koalisiya – Antanta ilə birtərəfli sülh bağlamaq cəhdləri zamanı işlədilib.
See also:
Tarix terminləri lüğətifr. separatisme < lat. separatus – ayrı, əlahiddə
Dövlətin bir hissəsinin müstəqillik (suverenlik) əldə etmək, yaxud geniş muxtariyyət statusu qazanmaq, habelə başqa dövlətin tərkibinə daxil olmaq məqsədilə həyata keçirilən siyasət və fəaliyyət təcrübəsi.
S. bir tərəfdən beynəlxalq hüquqda əksini tapmış xalqların öz müqəddəratını təyin etmək prinsipinə əsaslanır, lakin digər tərəfdən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi başqa mühüm beynəlxalq prinsiplə ziddiyyət təşkil edir, buna görə də əksər hallarda ciddi dövlətlərarası və millətlərarası münaqişələrin yaranmasına səbəb olur. Etnik və dini S. fərqləndirilir. Birinci halda etnik, ikinci halda isə dini azlıq müstəqilliyə və ya geniş muxtariyyətə can atır.
Tarix terminləri lüğətilat. sessio – iclas
1. Nümayəndəli orqanın, beynəlxalq təşkilatın, hər hansı qurumun müəyyən fəaliyyətində fasilələr arasındakı iş dövrü.
Misal: parlamentin qanun layihələrini və gündəlik məsələləri müzakirə etməklə məşğul olduğu fəaliyyət dövrü S. adlanır; ali məktəblərdə imtahanların keçirildiyi dövrə imtahan S.-sı deyilir.
2. Hər hansı tədbirin konkret problemin müzakirəsinə həsr olunmuş bitkin hissəsi.
Misal: beynəlxalq konfrans bir neçə S.-ya bölünə bilər.
Tarix terminləri lüğətiing. settlement – məskən, koloniya
1. Anqlosaks ölkələrinin mülki proseslərində tərəflər arasında razılıq.
Həmin razılığa əsasən, məhkəmə baxışı hələ qərar çıxarılmamış dayandırılır.
2. Kolonializm dövründə müstəmləkələrdə şəhərin yerli hakimiyyətin yurisdiksiyasına aid olmayan, xarici vətəndaşlar yaşayan hissəsi.
3. Çində XIX–XX əsrlərdə bir sıra iri şəhərlərdə xaricilərə icarəyə verilən xüsusi məhəllələr.
Eksterritoriallıq hüququna malik olan S.-lər müvafiq xarici dövlətin silahlı qüvvələri tərəfindən qorunub və həmin ərazidə Çin qanunları işləməyib. Çinlilərin S. ərazisində daşınmaz əmlak almaq hüququ olmayıb.
Tarix terminləri lüğətiər. – cənab, ağa, başçı
İslam dünyasında mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olan, onun kiçik qızı Fatimə və nəvəsi Hüseynlə qohumluq bağlarına malik müsəlmanların fəxri titulu.
Erkən orta əsrlərdə Ərəbistanda tayfa və tayfa ittifaqlarının başçıları da S. adlandırılıb. Bu mənada həmin termin bəzi hallarda “şeyx” sözü ilə eyni məna kəsb edib. S.-lər müsəlman cəmiyyətinin ən imtiyazlı təbəqələrindən sayılıblar. Onlara qarşı cismani cəza və ölüm hökmünün tətbiqi yasaq olunub, S.-lər həmçinin vergi və mükəlləfiyyətlərdən azad ediliblər. Bu səbəbdən tarixboyu bir çox insanlar hökmdarların təqibindən qaçmaq və vergilərdən xilas olmaq məqsədilə özlərini S. kimi qələmə verməyə çalışıblar. Keçmişdə müsəlmanlar arasında böyük hörmət sahibi olan S.-lər öz nüfuzlarını bu gün də müəyyən qədər qoruyub saxlayıblar.
Tarix terminləri lüğətipol. sejm, lit. saimas, çex. snem – yığıncaq
1. Orta əsrlərdə Polşa və Litvada (birləşmiş Polşa-Litva dövləti – Reç Pospolitada), XIII əsrdən XX əsrin əvvəlinədək Çexiyada silki nümayəndəli dövlət orqanı.
2. Muxtariyyət hüququnda Rusiya imperiyasının tərkibinə daxil olan Böyük Finlandiya knyazlığında (1809–1917) parlamentin rus dilində adı.
3. Litvada (1922–1940-cı illərdə və 1992-ci ildən sonra), Latviyada (1922–1934-cü illərdə və 1993-cü ildən sonra), habelə Polşada (1947–1989-cu illərdə) parlament.
Polşada 1922–1939-cu illərdə parlamentin aşağı palatası S. adlanıb, 1989-cu ildən bu ad həmin palataya qaytarılıb.
Tarix terminləri lüğətiər. sədr – başçı, rəhbər + əzəm – ən böyük, lap böyük
Osmanlı imperiyasında (XVI əsr – XX əsrin əvvəli) və İranda (XIX–XX əsrin əvvəli) baş nazir, hökumət başçısı.
Bu termin Osmanlı imperiyasındakı baş vəzir, yaxud vəziri-əzəm titulunun sinonimi olub. İranda o, 1905–1911-ci illər inqilabı zamanı, Türkiyədə isə 1922-ci ildə ləğv edilib.
Tarix terminləri lüğəti