Nitqin hər bir səsini və ya fonemi ayrıca qrafik işarə ilə (hərflə) ifadə edən yazı.
S.Y.-na bəzən hərfi yazı da deyilir. Ən mükəmməl yazı növü olan S.Y.-nın iki növü var: hərfləri samit səsləri ifadə edən konsonant S.Y. (Finikiya, ərəb və s. əlifbalar) və hərfləri həm samit, həm də sait səsləri ifadə edən vokallaşdırılmış S.Y. (yunan, latın və s. əlifbalar). Ən qədim S.Y. təqribən e.ə. II minilliyin II yarısında yaranmış Finikiya əlifbası hesab olunur. Saitləri ifadə edən hərflər isə ilk dəfə yunan əlifbasında meydana gəlib.
See also:
Tarix terminləri lüğətiər. – damğa, naxış
Metaldan hazırlanan pul nişanı.
S. müxtəlif metallardan – qızıldan, gümüşdən, misdən və mis ərintilərindən, yeni dövrdə isə – mis, nikel və alüminiumun ərintilərindən hazırlanır. Öncə metal pullar müxtəlif formalı (düzbucaq, oval və s.) külçə şəklində olub, bu isə onların tədavülünü çətinləşdirib. Tədricən S. tədavül üçün münasib dairəvi formaya salınıb. İlk S., demək olar, eyni vaxtda – Kiçik Asiyada yerləşən Lidiya dövlətində (e.ə. VIII–VII əsrlərin qovuşuğunda) və Qədim Yunanıstanın Egin adasında (e.ə. VII əsrdə) zərb olunub. Azərbaycan ərazisində ilk S.-lər e.ə. II əsrdə Midiya Atropatenasının paytaxtı Ekbatanda kəsilib.
Tarix terminləri lüğətiBərkidici məhlul (sement, gəc və s.) işlədilmədən nəhəng qaya parçalarından inşa edilmiş müdafiə və dini xarakterli tikililər.
Qədim yunanlar əfsanəvi nəhənglərə (sikloplara) aid edilən Egey mədəniyyətinə (e.ə. III–II minilliklər) aid tikililəri S.T. adlandırıblar. Dünyanın bir çox ölkələrində təsadüf olunan belə abidələrin bir qismi Eneolit dövrünə (e.ə. III minillik), əksər hissəsi isə Son Tunc və Erkən Dəmir dövrlərinə (e.ə. II minilliyin sonu – e.ə. I minilliyin başlanğıcı) aid edilir. Mikena və Tirinfin (Yunanıstan) müdafiə divarları, eləcə də Balear adaları və Maltadakı dini məbədlər ən möhtəşəm S.T. sayılır. Azərbaycanda da (Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Naxçıvan) xeyli sayda S.T. aşkarlanıb. Yerli əhali onları “qalaça”, “düzülü daş” və s. adlandırır.
Tarix terminləri lüğətiHindistanın milli dinlərindən biri; əsasında bütün mövcudatda təzahür edən vahid Allah (və ya ilahi başlanğıc) ideyası dayanan din.
Öncə dini islahat məqsədi güdən hərəkat kimi meydana gəlmiş S. sonradan müstəqil dinə çevrilib. Pəncab (Hindistan) əhalisinin, demək olar ki, hamısı S. tərəfdarıdır. S.-in banisi Nanak Dev (1469–1539) sayılır. Monoteist din olan S.-də hinduizmin bir çox müddəaları sufilik elementləri ilə ziddiyyətli şəkildə birləşir. Bütpərəstlik təzahürlərini, mürəkkəb mərasimlər və asketizmi rədd edən S. sosial və kasta mənsubiyyətindən asılı olmayaraq bütün insanların Allah qarşısında bərabərliyi prinsipinə əsaslanır.
Tarix terminləri lüğətiər. – sıra, cərgə, düzüm
Kapitalizməqədərki cəmiyyətlərdə adət, yaxud qanunla təsbit edilmiş, nəsildən nəslə ötürülən hüquq və vəzifələrə malik sosial qrup.
Bu və ya digər S.-ə mənsubiyyət irsi olub. Müxtəlif S.-lər iyerarxiya qaydasında düzülüb, bu isə onların hüquq və imtiyazlara görə qeyri-bərabərliyini şərtləndirib.
Tarix terminləri lüğətiMonarxın hakimiyyətinin zadəgan, ruhani və şəhərlilərin nümayəndələrindən ibarət orqanların fəaliyyəti ilə uzlaşdırıldığı feodal dövləti forması.
S.M. (yaxud silki nümayəndəli monarxiya) Avropanın əksər ölkələrində XIII–XIV əsrlərdə (Kastiliyada – XII, Macarıstan və Polşada isə XV əsrdə) formalaşıb. Bəzi dövlətlərdə silki nümayəndəli orqanlar müəyyən siyasi müstəqillik əldə edərək monarxın hakimiyyətini məhdudlaşdıra biliblər. Lakin bütövlükdə S.M. sistemində aparıcı rol yenə də monarxa məxsus olub. Təsadüfi deyil ki, Avropa ölkələrinin əksəriyyətində S.M. sonradan mütləq monarxiya ilə əvəzlənib.
Tarix terminləri lüğətiyun. syllabe – heca
Hər bir işarənin (sillabemin) bir hecanı göstərdiyi yazı növü; dörd əsas yazı tipindən biri.
S.Y.-larda, adətən, 80–120 işarə olur. Bu yazı ideoqrafik və piktoqrafik yazı növlərindən sonra formalaşıb. İlk S.Y. təqribən 5 min il əvvəl Şumerdə yaranıb.
See also:
Tarix terminləri lüğətiyun. synagoge – yığıncaq, yığıncaq yeri
İudaizmdə dindarlar icması və ibadət evi.
İlk S.-lar e.ə. IV əsrdə Fələstində və e.ə. III əsrdə Misirdə yaradılıb. E.ə. 70-ci ildə romalılar tərəfindən Qüds məbədi dağıdıldıqdan sonra dünyanın müxtəlif bölgələrinə səpələnmiş yəhudilər məskunlaşdıqları ölkələrdə S.-lar tikməyə başlayıblar. S.-da dini mərasimlər keçirilir, Bibliya və Talmud oxunaraq şərh olunur.
Tarix terminləri lüğətilat. Sina – Çin + yun. anthropos – insan
Ən qədim qazıntı adamlarının – arxantropların nümayəndəsi.
Onun qalıqları ilk dəfə XX əsrin 20-ci illərində Çində aşkarlandığı üçün belə adlandırılıb. S. pitekantropa oxşasa da, ondan daha böyük kəllə sümüyü (təqribən 1400 sm3) ilə fərqlənir. S.-un 400 min ilə yaxın yaşı var.
Tarix terminləri lüğətiyun. syndikos – cəmiyyət nümayəndəsi
1. Qədim Yunanıstanda məhkəmədə müdafiəçi.
2. Orta əsrlərdə Qərbi Avropanın feodal dövlətlərində sex və ya gildiyalarda səlahiyyətli şəxs.
3. Yeni dövrdə bəzi ölkələrdə hər hansı qurumun məhkəmə işini aparan vəzifəli şəxs.
4. Müasir dövrdə bir sıra ölkələrdə (məs.: İtaliya və Meksikada) icma özünüidarə orqanının başçısı.
Tarix terminləri lüğətilat. syndicatus < syndico – baxıram, yoxlayıram
Kartel tipli inhisar birliyi.
S.-a daxil olan müəssisə hüquqi müstəqilliyini və istehsalatda sərbəstliyini saxlayır, lakin kommersiya müstəqilliyini itirir. Bununla da S. karteldən fərqlənir. Belə ki, S.-ın iştirakçılarının (üzvlərinin) istehsal etdikləri məhsulun satışı inhisar birliyinin ümumi mülkiyyəti kimi vahid qurum tərəfindən həyata keçirilir. Həmin qurum həmçinin S. üzvləri üçün xammal alınması ilə məşğul olur. S.-lar, əsasən, eynitipli məhsul istehsal edən müəssisələrdən bazarın inhisara alınması məqsədilə yaradılıb. İlk dəfə onlar XIX əsrin sonunda Fransada meydana çıxıb. XX əsrin 20–40-cı illərində S.-lar xüsusilə geniş yayılıb. Lakin II Dünya müharibəsindən (1939–1945) sonra dünyanın inkişaf etmiş ölkələrində inhisarçılığa qarşı qəbul edilən qanunlar S.-ların ləğvi ilə nəticələnib.
Tarix terminləri lüğətiQüdsün yaxınlığında yerləşən Sion təpəsinin adından
XIX əsrin sonunda təşəkkül tapmış və yəhudilərin milli şüurunun bərpasını, eləcə də Fələstində yəhudi dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş ideologiya, habelə ictimai-siyasi hərəkat.
1948-ci ildə İsrail yarandıqdan sonra S. yəhudi dövlətinin rəsmi ideologiyasına çevrilib. S.-ə münasibət heç vaxt birmənalı olmayıb. Bəziləri onu yəhudilərin milli azadlıq mücadiləsinin ideoloji əsası, digərləri mürtəce cərəyan kimi qiymətləndirirlər. 1975-ci ildə isə BMT Baş Məclisinin qətnaməsində S. irqçilik və irqi ayrı-seçkiliyin bir forması kimi dəyərləndirilib.
Tarix terminləri lüğətifars. – döyüşçü, əsgər
1. Osmanlı imperiyasında hərbi xidmətə görə sultandan torpaq payı alan və bunun müqabilində müəyyən miqdarda süvari əsgər saxlayaraq dəstəsi ilə yürüşlərdə iştirak edən hərbi-len sahibi.
XV–XVI əsrlərdə S.-lər türk ordusunun əsas hissəsini təşkil ediblər. Formal olaraq S. institutu hərbi-len sisteminin ləğvinə kimi (1834) mövcud olub.
2. Osmanlı imperiyasında XV–XVIII əsrlərdə daimi qoşunların süvari dəstələrində xidmət edən və bunun müqabilində dövlətdən maaş alan əsgər.
3. Hindistanda Avropa (portuqal, fransız və əsasən, ingilis) müstəmləkəçilərinin yerli əhalidən təşkil etdikləri qoşunlarda xidmət edən muzdlu əsgər.
Tarix terminləri lüğəti