Feodal dövlətində kəndlinin feodaldan tam asılılığını şərtləndirən hüquq normalarının məcmusu.
T.H., ilk növbədə, kəndlinin öz pay torpağını tərk etməsini yasaqlayıb, yəni onu torpağa təhkim edib. Termin də buradan yaranıb. T.H. həmçinin kəndlini irsən feodalın inzibati və məhkəmə hakimiyyətinin tabeliyinə verib, onun daşınmaz əmlak əldə etmək hüququnu əlindən alıb. Bu hüquq Avropada VIII əsrdən bərqərar olub. Bəzi Avropa ölkələrində o hələ orta əsrlərdə ləğv edilsə də, digərlərində (məs.: Rusiyada) XIX əsrədək qüvvədə qalıb. Şərq ölkələrində, o cümlədən Azərbaycanda bəzi istisnalar nəzərə alınmasa, T.H. tətbiq olunmayıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiQızılbaş tayfalarından biri, təkə-türkman tayfasının ayrıca qolu.
T. Cənubi Azərbaycanda və Kiçik Asiyada köçəri həyat sürüblər. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan bu tayfanın bir hissəsi sonradan mərkəzi hakimiyyətə qarşı çıxdığına görə I Şah Abbas (1587–1629) tərəfindən məhv edilib. Sağ qalan T. isə Azərbaycanın müxtəlif bölgələrinə sürgün olunublar.
Tarix terminləri lüğətiər. – kamala çatma, təkmilləşmə
1. Geniş mənada: inkişafın sinonimi.
2. Məhdud mənada: inkişafın formalarından biri; keyfiyyət və kəmiyyət dəyişikliklərinin, inqilabdan fərqli olaraq tədricən baş verməsi.
İnqilab və T. inkişafın bir-biri ilə qarşılıqlı əlaqədə olan və bir-birini şərtləndirən iki forması hesab olunur.
Tarix terminləri lüğətiər. – boşaltma, boşaldılma
1. Yaralıların, xəstələrin, əsirlərin, eləcə də yararsız və artıq əmlakın, hərbi qənimətlərin və digər maddi sərvətlərin döyüş zonasından arxa cəbhəyə köçürülməsi.
2. Hərbi və siyasi səbəblərdən, eləcə də imzalanmış saziş və müqavilələr əsasında qoşunların əvvəl yerləşdikləri (tutduqları) ərazidən çıxarılması.
3. Mülki əhalinin, müəssisələrin, idarələrin, maddi və mədəni sərvətlərin düşmən hücumuna və ya təbii fəlakətə məruz qalmış ərazilərdən çıxarılması.
Tarix terminləri lüğətiŞəxsi azadlığını itirərək feodaldan asılı vəziyyətə düşmüş kəndli.
Erkən orta əsrlərdə basqınlardan müdafiə olunmaq üçün feodala müraciət edən kəndli onun tabeliyinə keçməli və torpaq payını himayədarın mülkiyyətinə verməli olub. Beləliklə, kəndli həm şəxsi azadlığını, həm də torpaq mülkiyyətini itirib. Həmin kəndlinin övladları da nəsildən nəslə torpaq sahibindən şəxsi asılılıqda olublar.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. – əlaqələndirmə, bağlama
Ərəb əlifbası ilə yazılan əsas bədii xətt növlərindən biri.
T. XIV əsrdə toqi və rüqə xətlərinin əlaqələndirilməsi nəticəsində meydana çıxdığından belə adlanır. Onun yaradıcısı İran xəttatı Salman İsfahani sayılır. Sürətlə yazmağa imkan verən T. sonrakı dövr xəttatlıq sənətinin inkişafında böyük rol oynayıb.
Tarix terminləri lüğətitürk. tanzimat < ər. tənzim – nizama salma, düzəltmə
1839-cu ildən XIX əsrin 70-ci illərinin əvvəlinə kimi Osmanlı imperiyasında həyata keçirilən islahatlar.
Həmin dövrün özü də T. adlanır. Osmanlı cəmiyyətində dərinləşən böhran və Avropa dövlətlərinin Türkiyəyə qarşı qəsbkarlıq siyasətinin güclənməsi ölkədə köklü islahatlara ehtiyac yaradıb. T.-ın birinci mərhələsi xarici işlər naziri Rəşid paşanın tərtib etdiyi “Gülxanə xətti şərifi”nin elan olunması ilə (1839) başlanıb. Bu mərhələdə bir sıra mütərəqqi dəyişikliklər həyata keçirilib – cinayət və kommersiya məcəllələri qəbul edilib, ilk dünyəvi məktəblər yaradılıb, vergilərin toplanmasında iltizam sistemi ləğv olunub və s. Lakin irticaçı qüvvələrin müqaviməti nəticəsində bir çox mühüm vədlər yerinə yetirilməyib. T.-ın ikinci mərhələsinin başlanğıcı sədr-əzəm Əli paşanın tərtib etdiyi “Xətti hümayun”la (1856) qoyulub. “Xətti hümayun” Avropa ölkələrinin təzyiqi altında tərtib olunduğundan bu mərhələdə islahatlar, əsasən, xarici kapitalın Osmanlı dövlətində sərbəst fəaliyyəti üçün imkanlar yaradılmasına yönəldilib. Lakin bütövlükdə T. Osmanlı dövlətində iqtisadi inkişafa, milli burjuaziyanın mövqelərinin möhkəmlənməsinə, kapitalizmin inkişafı yolunda maneələrin aradan qaldırılmasına, elmin və ədəbiyyatın tərəqqisinə təkan verib.
Tarix terminləri lüğətiOğuz tayfalarının köçəri həyat sürən bir hissəsi, azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfası.
Öncə Sırdəryanın sağ sahilində yaşayan və ərəb istilalarından sonra “türkmən” adlandırılan bu tayfa XI əsrdən başlayaraq İran, Cənubi Qafqaz, Kiçik Asiya və Mesopotamiyaya yayılıb (T. ərəbcə “türkmən” sözünün cəmidir). Azərbaycanda T. Kür-Araz ovalığı, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində məskunlaşıblar. Əsas məşğuliyyəti maldarlıq olan T.-in bir qismi əkinçiliklə də məşğul olub.
Tarix terminləri lüğəti