ər. – qurma, rəsmetmə, qoyma
Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda dövlət xəzinəsini doldurmaq məqsədilə tətbiq edilən feodal qayda-qanunu.
Elxanilər dövründə (1256–1357) T. xüsusilə geniş yayılıb, məcburi xarakter daşıyıb. O, iki formada həyata keçirilib:
a) ölkədə qıtlıq baş verərkən dövlət xəzinəsinə lazım olan hər hansı məhsul, mal, əmtəə və s. əhalidən bazar qiymətindən dəfələrlə ucuz qiymətə alınıb;
b) dövlət anbarları və xəzinələrində toplanmış artıq mallar bazar qiymətindən bir neçə dəfə baha qiymətə satılıb.
Tarix terminləri lüğəti1. Orta əsrlərdə türk xalqlarında, xüsusən Xəzər xaqanlığında hökmdarların titulu.
2. Cənubi Qafqazda və Orta Asiyada, eləcə də Kazan, Həştərxan və Krım xanlıqlarında feodalların dövlət vergisindən azad edilən mülkü və torpağı.
3. Azərbaycanda Elxanilər dövründə vergi və mükəlləfiyyətlərdən azad olan kəndli.
4. Orta əsrlərdə ruslarda ümumi-hüquqi akt növlərindən biri: feodallara, habelə əhalinin müəyyən təbəqələrinə vergi və məhkəmə imtiyazları verən fərman.
Tarix terminləri lüğətiər. – yol
Müxtəlif dinlərdə, o cümlədən islamda hakim cərəyandan ayrılaraq ona müxalifətdə olan dini qrup və ya icma.
Xristianlıqda baptistlər, kvakerlər, adventistlər, molokanlar, duxoborlar və s. T.-lər geniş yayılıb. Orta əsrlərdə islamda ismaililik, xaricilik və s., yeni dövrdə isə vəhhabilik, babilik, bəhailik kimi təriqətlər formalaşıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiKeçmişdə, əsasən, yaşlı qadınların saçlarını yığcam saxlamaq məqsədilə istifadə etdikləri baş geyimi.
T. yaylıq, kəlağayı və bu kimi baş örtüklərinin altından geyinilib. O, pambıq parçadan, qırmızı və yaşıl məxmərdən tikilib, qabaq kənarına metal bəzək nümunələri bənd edilib. T. Orta Asiyada, Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılıb.
Tarix terminləri lüğətitürk. timar
Orta əsrlərdə Osmanlı imperiyasında şərti torpaq sahibliyi.
T. dövlət torpaq fondundan hərbi xidmət müqabilində verilib. Timarçı özünün süvari dəstəsi ilə türk ordusunun hərbi yürüşlərində iştirak etmək öhdəliyi daşıyıb. Hər 3 min axça illik gəlirə görə o, orduya bir süvari verməli olub. Bəzi timarçıların ildə 100 min və daha çox axça gəlir əldə etdiyini nəzərə alsaq, onların türk süvari qoşununun formalaşmasında nə dərəcədə mühüm rol oynadığını görə bilərik. T. sistemi XIX əsrin 30-cu illərində ləğv edilib.
Tarix terminləri lüğətiər. – dayandırma, fasilə vermə
İşəgötürəndən (sahibkardan) müəyyən güzəştlər əldə etmək məqsədilə işin kütləvi şəkildə dayandırılması.
T.-lərin əməkhaqqının artırılması, iş gününün qısaldılması, əmək şəraitinin yaxşılaşdırılması və bu kimi hədəfləri ola bilər. Onlar daha çox iqtisadi xarakter daşıyır, lakin siyasi T.-lərə də rast gəlinir. Sonuncular, bir qayda olaraq, ümummilli xarakter kəsb edir və müəyyən siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə təşkil olunur.
Tarix terminləri lüğətiər. – etiraf etmə, tabe olma
Qarşı duran tərəflər arasında silahlı mübarizənin dayandırılmasını nəzərdə tutan qeyri-bərabər beynəlxalq saziş forması.
Təslim olan və müvafiq akt imzalayan zaman məğlub tərəf müqaviməti dayandırır, onun bütün silahları, hərbi texnikası, avadanlığı, möhkəmləndirilmiş məntəqələri qalibə verilir, ordunun şəxsi heyəti isə hərbi əsir kimi rəqibin ixtiyarına keçir. II Dünya müharibəsinin (1939–1945) nəticəsində 1945-ci il mayın 7-də imzalanmış Almaniyanın T.A.-nı buna misal göstərmək olar.
Tarix terminləri lüğətiyun. tyrannos – amansız, zalım, zülmkar
1. Qədim Yunanıstanda zorakı yolla qurulmuş və təkbaşına idarəçiliyə əsaslanan dövlət hakimiyyəti forması.
E.ə. VII–VI əsrlərdən e.ə II əsrədək burada mövcud olmuş T.-nın bir neçə tarixi tipini – erkən yunan (və ya böyük), iranpərəst və son yunan (və ya kiçik) T.-larını fərqləndirirlər. Erkən yunan T.-sı e.ə. VII–VI əsrlərdə mövcud olub. İranlıların ələ keçirdiyi Kiçik Asiya və Egey dənizindəki adalarda yerləşən yunan şəhərlərində formalaşmış T.-lar e.ə. VI əsrin sonuna aid edilir. Son yunan T.-ları isə e.ə. V əsrin axırlarında yaranıb və e.ə. II əsrədək mövcud olub.
2. Orta əsrlərdə Şimali və Orta İtaliyanın şəhər-dövlətlərində siyasi quruluş forması.
3. Məcazi mənada: despotizmə əsaslanan hakimiyyət.
Həmçinin bax:
Tarix terminləri lüğəti