Yüksəkkeyfiyyətli ipək, qızıl və gümüş saplardan toxunan qiymətli parça növü.
Z.-dan müxtəlif geyimlər, pərdə, örtük və s. hazırlanıb. Orta əsrlərdə Şərq ölkələrində geniş istifadə edilən Z.-a Avropa ölkələrində də böyük tələbat olub. Azərbaycanda bu parçanın əsas istehsal mərkəzləri Təbriz, Ərdəbil, Şamaxı və Gəncə şəhərlərində yerləşib. XIII əsrdə Azərbaycanda olmuş Venesiya səyyahı Marko Polo Təbrizdə istehsal edilən Z. parçalar haqqında ətraflı məlumat verib.
Tarix terminləri lüğətiQədim dövrdə və erkən orta əsrlərdə Azərbaycan, Orta Asiya, İran, Əfqanıstan, eləcə də Yaxın və Orta Şərqin bir sıra digər ölkələrində geniş yayılmış din.
Hazırda Z. yalnız Hindistanda parslar, İranda isə gəbrlər arasında qalıb. Bu din e.ə. VI əsrin ortalarına kimi yaşadığı ehtimal olunan Zərdüşt peyğəmbərin adı ilə tanınıb. Z. üçün monoteist meyillər səciyyəvi sayılır ki, bu da özünü ali və vahid Allah olan Ahura Mazdaya pərəstişdə göstərir. Həmin səbəbdən Z.-i bəzən mazdaizm də adlandırırlar. Z. üçün həmçinin dualizm – xeyir və şər başlanğıcların əbədi mübarizəsi xarakterik hesab olunur. Xeyir qüvvələrin başında Ahura Mazda (Hörmüzd), şər qüvvələrin başında isə Anhra Manyu (Əhrimən) durur. Z. mərasimlərində əsas rolu ilahi ədalətin təcəssümü sayılan od oynayır. Z. dövlət dini kimi Sasanilər dövründə formalaşıb, ərəb istilalarından sonra da üç-dörd əsr ərzində İranda və qonşu ölkələrdə mühüm rol oynayıb. Lakin islamın mövqelərinin möhkəmlənməsi ilə Z. ardıcıllarının əksəriyyəti Hindistana mühacirət edib və müasir parslar onların varisləri sayılırlar. Z.-in müqəddəs kitabı “Avesta”dır.
Tarix terminləri lüğətiOrta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda istehsal olunan qiymətli parça növü.
Xara parça üzərinə qızılı saplarla naxış və rəsmlər toxumaqla hazırlanan Z. hələ qədimdən Çin, İran, Suriya və s. ölkələrdə məşhur olub, XV–XVII əsrlərdə isə Avropa ölkələrində (Bizans, İtaliya, İspaniya və s.) də geniş yayılıb. Azərbaycanda Z. istehsalının əsas mərkəzləri Təbriz, Ərdəbil, Şamaxı və digər şəhərlərdə yerləşib. Z.-dan, əsasən, yuxarı zümrənin nümayəndələri istifadə edib.
Tarix terminləri lüğətiyun. zugoi, gür. ciki
Qafqazın şimal-qərbində qədim tayfa birləşməsi.
Z.-in adı ilk dəfə yunan tarixçisi Strabon (e.ə. I əsr) tərəfindən çəkilir. Onlar Qara dənizin müasir Novorossiysk və Qaqra şəhərləri arasındakı sahil zonasının dağətəyi rayonlarında məskunlaşıblar və əkinçilik, maldarlıqla, habelə dəniz quldurluğu ilə məşğul olublar. Z. Bospor şəhərlərini kölələrlə təmin ediblər. Bu tayfa birləşməsi haqqında son məlumatlara XV əsr mənbələrində rast gəlinir. Z. abxaz və adıq xalqlarının etnogenezində iştirak ediblər.
Tarix terminləri lüğətibabil. sigguratu – zirvə, dağ zirvəsi
Qədim Mesopotamiyada çoxpilləli dini tikili.
Belə tikililər Şumer, Assuriya, Babilistan və Elam memarlığı üçün xarakterik olub. Z. bir-birinin üzərinə qoyulmuş paralelepipedlərdən, yaxud kəsik piramidalardan (onların sayı 3 ilə 7 arasında dəyişib) ibarət qüllə formasında ucaldılıb. Müxtəlif rənglərə boyanan (qara, qırmızı, ağ) terraslar bir-biri ilə pilləkənlər, yaxud panduslar vasitəsilə birləşdirilib. Z.-da ibadətgahın yerləşdiyi sonuncu qat istisna olmaqla aşağı qatlarının heç birində daxili boşluq olmayıb. Ondan rəsədxana kimi də istifadə edilib.
Tarix terminləri lüğətiər. əhl əl-zimmi – himayə olunmuş
İslam dini ardıcıllarının yaratdığı və ya fəth etdiyi ölkələrdə müsəlmanların hakimiyyətini qəbul edən, cizyə ödəyən və buna görə müsəlmanların himayədarlığını (xarici düşmənlərdən müdafiə, şəxsiyyət və əmlak toxunulmazlığı) qazanan qeyri-müsəlman əhali.
Z.-lər, əsasən, xristianlıq və iudaizm, qismən zərdüştilik dininə sitayiş edənlərdən ibarət olub.
Tarix terminləri lüğətiər. Zinc – əski ərəb dilində Şərqi Afrikanın adı + yun. anthropos – insan
Qazıntı primatlarının 1,75 milyon il əvvəl yaşadığı güman edilən növü.
Z.-ların qalıqları 1959-cu ildə ingilis arxeoloqu L.Liki tərəfindən Şərqi Afrikada, Olduvay dərəsində aşkarlanıb. Onların kəlləsi çox böyük və ağır, dişləri isə iri olub, lakin köpək dişləri digər dişlərdən qabağa çıxmayıb, beyinin həcmi 530 sm3 təşkil edib. Kəllə və skelet quruluşunun bəzi əlamətləri Z.-un iki ayaq üzərində gəzdiyini göstərir. Tədqiqatçılar Z.-u avstralopiteklərin bir növü sayırlar.
Tarix terminləri lüğətiKiçik Asiya və Azərbaycanda məskunlaşmış oğuz mənşəli türk tayfaları.
XIV əsrin ortalarında onlar tayfa başçısı Zeynəddin Qaracanın rəhbərliyi ilə Kiçik Asiya ərazisində feodal hakimliyinin əsasını qoyublar. Sonralar Teymurilərdən, Misir məmlükləri və Osmanlı sultanlarından asılı vəziyyətə düşən bu hakimlik bir müddət nominal da olsa, öz müstəqilliyini qoruyub saxlaya bilib. XV əsrin sonunda Z.-in bir hissəsi Ağqoyunluların tərkibinə daxil olub. Digər hissəsi isə qızılbaşlara qoşularaq onların yeddi əsas tayfasından birinə çevrilib və Səfəvilər dövlətinin yaranmasında iştirak edib. Zülqədər əmirləri ilə Səfəvilərin münasibətləri kifayət qədər gərgin olub. Sonuncu hökmdar Əli bəyin (1515–1522) ölümünün ardınca Zülqədər hakimliyi ləğv edilərək Osmanlı bəylərbəyiliklərindən birinə çevrilib.
Tarix terminləri lüğətiər. ziya – güclü işıq, parıltı
Peşəkar şəkildə zehni əməklə məşğul olan, elm, texnika və mədəniyyətin müxtəlif sahələrində çalışan insanlardan ibarət xüsusi sosial təbəqə.
Bu anlamda termin XIX əsrin II yarısından etibarən işlədilməyə başlanıb. İlkin mənasında isə o, zehni fəaliyyətlə məşğul olan bütün insanları ehtiva edib.
Tarix terminləri lüğəti