1. Yad mübahisələrə, yabançı tərəflərin mübarizəsinə qoşulmamaq siyasəti.
2. Başqa dövlətlər arasındakı silahlı münaqişə və müharibələrə qoşulmamağı, hərbi-siyasi ittifaqlarda iştirak etməməyi nəzərdə tutan xarici siyasət kursu.
1815-ci ildən belə siyasət yeridən İsveçrə B. statusuna malik dövlətlərə misal ola bilər.
Tarix terminləri lüğətiOrta əsrlərdə bəzi Şərq ölkələrində və Azərbaycanda mövcud olmuş katib, yazar vəzifəsi.
İslamiyyətdən öncəki dönəmlərdə türklərdə xaqanların dəftərxanasına rəhbərlik edən baş katib belə adlanıb. Daha sonra uyğurlardan monqollara keçən B. termini Şərqdə və XIII əsrdən başlayaraq Azərbaycanda da geniş işlənib. Dövlətin baş B.-si (uluğ bitikçi) hökmdar tərəfindən təyin olunub. Ona hökmdar sülaləsinin tarixinin yazılması, mədaxil və məxaric xərcləri dəftərlərinin düzgün aparılmasına nəzarət, əmlakın qeydə alınması və s. səlahiyyətlər verilib.
Tarix terminləri lüğətifars. biqar – müftə, muzdsuz
Feodal torpaq rentasının formalarından biri.
Kəndlilərin feodal təsərrüfatında əvəzi ödənilmədən məcburi gördüyü bütün işlər B. adlanıb. B. rentası şəraitində kəndli vaxtının bir hissəsini öz torpaq sahəsində, qalan hissəsini isə öz iş heyvanları və əmək alətləri ilə mülkədar torpaqlarında müftə işləyib.
Həmçinin bax:
Tarix terminləri lüğətialm. blitzkrieg – ildırımsürətli müharibə
Nasist komandanlığı tərəfindən hazırlanmış və rəqib üzərində ən qısa müddətdə tam qələbə çalmağı nəzərdə tutan hərbi strategiya.
Nasist Almaniyası bu strategiyadan II Dünya müharibəsində istifadə edib. Almanların Fransa və Polşaya qarşı hərbi kampaniyalarında B. uğurla tətbiq olunsa da, SSRİ-yə qarşı müharibədə həmin ideya əsasında hazırlanmış “Barbarossa planı” tam iflasa uğrayıb.
Tarix terminləri lüğətiing. blockade – mühasirə, təcrid
1. Hər hansı ərazinin (ölkə, şəhər, qala və s.) xarici aləmlə bütün əlaqələrini kəsmək məqsədilə onun mühasirəyə alınması.
2. Hər hansı dövlətlər qrupunun, dövlətin və ya onun bir hissəsinin hərbi, siyasi, iqtisadi cəhətdən təcrid edilməsi.
B.-nın təşkilatçıları qarşı tərəfi müəyyən tələbləri yerinə yetirməyə, şərtlərlə razılaşmağa məcbur etmək məqsədilə onun xarici aləmlə bütün əlaqələrin zorakı üsullarla maksimum məhdudlaşdırırlar.
Tarix terminləri lüğətifr. bon – çek, talon
1. Dövlət, bələdiyyə orqanları və ayrı-ayrı şirkətlər tərəfindən buraxılan, alıcılıq və ödəmə vasitəsi kimi istifadə olunan qısamüddətli borc öhdəlikləri.
2. Müvəqqəti pul nişanları.
3. Dövriyyədən çıxmış, kolleksiyaçılar üçün xüsusi əhəmiyyət kəsb edən kağız pul əsginasları.
Həmçinin bax:
Tarix terminləri lüğətiXIII–XIV əsrlərdə mövcud olmuş monqol dövləti.
Çingiz xan hələ ölümündən əvvəl, 1224-cü ildə Monqol imperiyasını oğullarının sayına uyğun olaraq dörd ulusa bölüb. Xanın ölümündən sonra (1227) imperiyanın onun ikinci oğlu Cağataya çatan hissəsində C.U. yaranıb. Bu ulus Orta Asiya (Mavəraünnəhr, Yeddisu (Semireçye), Kaşqari) və ona bitişik bəzi digər əraziləri əhatə edib, xeyli dərəcədə türkləşib. XIV əsrin əvvəlində islam C.U.-nun rəsmi dini kimi qəbul olunub. XIV əsrin ortalarında ulus iki yerə – Moğolustan və Mavəraünnəhr xanlıqlarına parçalanıb.
Tarix terminləri lüğətifars. – hərfi mənası: tutulmuş yer
XVI–XVIII əsrlərdə Böyük Moğol imperiyası dönəmində Hindistanda ən geniş yayılmış feodal torpaq sahibliyi forması.
C. şəklində feodala ayrılmış torpaq hökmdarın mülkiyyətində qalıb. Lakin həmin ərazidən yığılan torpaq vergisi cagirdara çatıb. Bunun əvəzində isə cagirdar muzdlu atlı dəstə saxlamalı olub. Uzun müddət C. irsdən-irsə keçməyib, ölmüş cagirdarın oğlu adi qaydada hökmdardan torpaq sahəsi alıb. Yalnız XVIII əsrə yaxın C. feodalların irsi mülkiyyətinə çevrilib.
Tarix terminləri lüğətiCagir sahibi.
Böyük Moğol imperiyasında, əsasən, müsəlmanlardan ibarət olan C.-lar hakim feodal sinfinin yuxarı təbəqəsini təşkil ediblər. Hindistanda ingilis müstəmləkəçiliyi dövründə bir sıra iri torpaq sahibləri də C. adlanıb. XX əsrin 50-ci illərində Hindistanda keçirilən aqrar islahat zamanı C. torpaqlarının əksəriyyəti dövlətin xeyrinə müsadirə olunub.
Tarix terminləri lüğətiər. – ayrıca bir icma, icmalar ittifaqı
1. Bir yerin adamları, bir yerə toplanmış xalq kütləsi.
2. Qan qohumluğu əlaqələri əsasında təşəkkül tapmış sosial təsisat forması.
Əsasən, Dağıstan mənşəli xalqlar üçün xarakterik olan bu təsisat forması feodal münasibətlərinin təşəkkülü mərhələsində meydana gəlib. Dağıstan Rusiya tərəfindən ilhaq olunduqdan sonra C. ləğv edilib. Azərbaycanın şimal-qərb bölgəsində Car-Balakən camaatlığı mövcud olub.
3. İslamı birlikdə öyrənmək, dini ayinləri birgə icra etmək üçün toplaşmış dindarlar qrupu.
C., adətən, eyni məsciddə ibadət edir, onun rəhbəri imam adlanır.
Tarix terminləri lüğətifars. – yük yeri
Keçmişdə yaşayış evlərinin daxilində divar batıqlarından ibarət memarlıq kompozisiyası elementi.
C.-nın hündürlüyü 1,5 m, eni 1 m, dərinliyi isə 35–50 sm olub, o, döşəmədən 10–25 sm yuxarıda yerləşib. Buraya ərzaq, paltar üçün sandıqlar qoyulub, yaxud yorğan-döşək, mətbəx əşyaları və s. yığılıb, adətən, C.-ın qarşısı pərdə ilə örtülüb.
Tarix terminləri lüğətifars. – hökmdarı əvəz edən, müavin
1. Qədim dövrdə və orta əsrlərdə böyük dövlətlərin ayrı-ayrı vilayətlərinə hökmdarın təyin etdiyi rəhbər, başçı.
Sasanilərin Azərbaycana təyin etdiyi hakimlər, habelə xilafət dövründə əmirlikləri idarə edən ərəb sərkərdələri C. adlanıblar.
2. XII–XVI əsrlərdə Rusiyada yerli idarəçiliyə rəhbərlik edən şəxs.
3. XVIII əsrin sonu–XX əsrin əvvəlində Rusiyada canişinliyin başçısı.
Tarix terminləri lüğəti1. 1775–1796-cı illərdə II Yekaterinanın hakimiyyəti dövründə Rusiya imperiyasında 2–3 quberniyadan ibarət inzibati-ərazi vahidi.
C.-i canişin idarə edib. 1796-cı ildə bu sistem I Pavel tərəfindən ləğv olunub.
2. XVIII əsrin sonu–XX əsrin əvvəlində Rusiyanın müstəmləkə ucqarlarında idarəçilik sistemi.
1815–1874-cü illərdə Polşada, 1844–1883 və 1905–1917-ci illərdə isə Qafqazda C.-lər mövcud olub.
Tarix terminləri lüğəti