Reklam
Reklam

Tarix terminləri lüğəti

dayı

türk. dayı – hərfi mənası: ananın qardaşı; məcazi mənası: cəsur

1. Osmanlı imperiyasında yeniçəri qoşunlarında zabit rütbəsi.

2. 1671-ci ildən 1830-cu ilə – ölkənin Fransa tərəfindən işğalınadək Əlcəzairdə yeniçəri zabitlər şurasının ömürlük seçdiyi Əlcəzair hakimi.

Bu ölkədə sonuncu D. Hüseyn (1818–1830) olub.

3. 1590–1705-ci illərdə Tunisdə türk yeniçərilərinin komandirlərinə və bəzən ölkəni idarə edən şəxslərə verdikləri ad.

4. Qədim türklərdə cəsur və qəhrəman igidlərə verilən ad.

Onlara D., yaxud “alp” deyilib.

Tarix terminləri lüğəti

de...

lat. de – aidlik bildirən -dan, -dən şəkilçisi

1. Ləğvetmə, nəyisə aradan qaldırma (məs.: denonsasiya, demilitarizasiya) mənasında işlənən ön şəkilçi.

2. Aşağıya doğru hərəkət, enmə, azalma (məs.: devalvasiya) bildirən ön şəkilçi.

Tarix terminləri lüğəti

deflyasiya

lat. deflatio – üfürülmə, yoxaçıxma

Əmtəə və xidmətlərin qiymətinin ümumi indeksinin azalması.

D. yerli valyutanın alıcılıq qabiliyyətinin artması ilə şərtlənir. İnflyasiyanın əksi olan D. yerli malların ixracının azalmasına, idxalın isə artmasına gətirib çıxarır. Bu da, öz növbəsində, ölkə daxilindəki istehsala mənfi təsir göstərir. Son yüz ildə dünyada yeganə genişmiqyaslı D. faktı Böyük depressiya illərində qeydə alınıb. Bu səbəbdən də hökumətlər imkan daxilində D.-nın qarşısını almağa çalışır.

Tarix terminləri lüğəti