Yaponiyada 1918-ci ilin avqust-sentyabr aylarında ölkənin 47 prefekturasından 42-ni əhatə etmiş xalq üsyanları.
D.Q.-na yaponların əsas qida məhsulu olan düyünün qiymətinin kəskin surətdə artması, yüksək inflyasiya və bütövlükdə ərzaq böhranı səbəb olub. Bu qiyamlar ordu tərəfindən amansızlıqla yatırılsa da, hökumət düyünün ucuzlaşması üçün müəyyən addımlar atmalı olub.
Tarix terminləri lüğətiBöyük Fransa inqilabı dövründə (1793–1794) yakobinçilərin tərkibindən çıxmış sol siyasi qruplaşma.
Əsasən, kənd və şəhər yoxsullarının maraqlarını müdafiə edən bu qrup öz rəhbərlərindən birinin – fəal inqilabçı Jak-Rene Eberin (1757–1794) adı ilə tanınıb. E. terrorun sərtləşdirilməsi, «maksimum» prinsipinə (qiymətlərin və maaşların maksimum yol verilən həddinin müəyyənləşdirilməsi) ciddi riayət olunması, dinlə mübarizənin gücləndirilməsi kimi tələblərlə çıxış ediblər. Onlar sağ mövqedə dayanan digər qruplaşmaya – dantonçulara qarşı mübarizə aparıblar. İctimai Qurtuluş Komitəsini qiyamla hədələyən E.-lərin əsas liderləri 1794-cü il martın 14-də həbs edilib, on gündən sonra inqilabi tribunalın hökmü ilə edam olunublar.
Tarix terminləri lüğətialm. burgermeister – şəhər başçısı
Bir sıra Avropa ölkələrində (Almaniya, Avstriya, Belçika, Hollandiya və s.) şəhər özünüidarəetmə orqanının rəhbəri.
Belə orqanlar Qərbi Avropada XVI–XVII əsrlərdən etibarən yaradılmağa başlayıb. B.-lər şəhər bələdiyyə şuralarının üzvləri (məsələn, Almaniyanın əksər regionlarında) və ya əhali tərəfindən (Almaniyanın Bavariya və Baden-Vürtemberq regionlarında) seçilir, yaxud, Hollandiyadakı kimi, hökumət tərəfindən təyin olunurlar.
Tarix terminləri lüğətialm. Operation Edelweiß < operation – əməliyyat + edelweiß – edelveys (dağ çiçəyi)
II Dünya müharibəsi gedişində Qafqazın, ilk növbədə, Bakı və Qroznı neft yataqlarının ələ keçirilməsini nəzərdə tutan hərbi direktivin kod adı.
Hitler tərəfindən 1942-ci il iyunun 23-də imzalanmış E.P.-nın həyata keçirilməsi almanların “A” ordu qrupuna həvalə olunub. İlkin mərhələdə almanlar xeyli irəliləyərək Qafqazın əsas dağ keçidlərini ələ keçiriblər. 1942-ci il avqustun 21-də Üçüncü Reyxin bayrağı Qafqazın ən uca zirvəsində – Elbrusda ucaldılıb. Lakin almanların hücumu davam etdirərək Cənubi Qafqaza girmək və Bakını ələ keçirmək planları uğursuzluqla nəticələnib.
Tarix terminləri lüğətilat. aedili, aedes – məbəd
Qədim Romada xalq tribununun köməkçiləri.
Bu vəzifə e.ə. 494-cü ildə təsis olunub. İlk vaxtlar plebey E.-i fəaliyyət göstərib, e.ə. 367-ci ildən başlayaraq xalq tribununun patrisilərdən də köməkçiləri seçilib. E. məbədlərin, ictimai binaların, su kəmərlərinin, yolların tikintisi və saxlanmasına, şəhərin ərzaqla təminatı məsələsinə, bazarlara nəzarət edib, eləcə də müxtəlif bayramların və kütləvi tədbirlərin təşkili ilə məşğul olublar. Həmin vəzifə eramızın IV əsrində ləğv olunub.
Tarix terminləri lüğətilat. ephoroi – nəzarətçilər
Spartada xalq məclisi tərəfindən bir il müddətinə seçilən 5 nəfər ali vəzifəli şəxs.
E.-dan ibarət kollegiya (eforat) hakimiyyət qurumları üzərində ali nəzarət orqanı funksiyasını yerinə yetirib. 30 yaşından 60 yaşadək hər bir tamhüquqlu spartalının həmin vəzifəyə seçilmək imkanı olub. Lakin E.-a ikinci dəfə öz namizədliklərini bu vəzifəyə irəli sürmək yasaq edilib. Eforat təqribən e.ə. VIII əsrin ortalarında yaranıb və Spartadakı oliqarxiya rejiminin dayağı olub.
Tarix terminləri lüğətilat. burgundii
Qədim şərqi german tayfalarından biri.
B.-ın e.ə. II əsrədək Baltik dənizində Bornholm adasında yaşadıqları, sonradan kontinentə köçdükləri ehtimal olunur. 406-cı ildə onlar Reyn çayının sol sahilində krallıq yaradıblar. Həmin krallıq hunlar tərəfindən dağıdılıb. Bunun ardınca B. 457-ci ildə Rona çayı hövzəsində mərkəzi Lion şəhəri olmaqla yeni krallığın əsasını qoyublar. VI əsrin 30-cu illərində bu krallıq da franklar tərəfindən fəth edilib. Frankların təsiri altına düşən B. fransız xalqının tərkibinə daxil olublar.
Tarix terminləri lüğətiyun. aigis – qalxan
Qədim yunan mifologiyasında Zevsin keçi dərisindən hazırlanmış qalxanı.
Qədim Yunanıstanda E. allahların himayədarlıq və qəzəb rəmzi sayılıb: Zevs ondan təkcə müdafiə məqsədilə deyil, həm də dəhşətli qasırğalar yaratmaq üçün istifadə edib. Hazırda E. termini məcazi mənada – «müdafiə», «himayə» anlamında işlənir; məs.: Avropanın futbol üzrə klub turnirləri UEFA-nın E.-sı, yəni himayəsi altında keçirilir.
Tarix terminləri lüğətiEhkamlara əsaslanan, mücərrəd, sxematik və donuq təfəkkür tərzi.
E.-ın əsasında ehkamlara (doqmalara) qeyri-tənqidi münasibət, avtoritetlərə kor-koranə inam və köhnəlmiş təsəvvürlərin müdafiəsi durur. Daha çox dini təfəkkürdə özünü büruzə verən E. məhz dini təsəvvürlərlə, dini ehkamlara məcburi inamla əlaqədar yaranıb. E. (doqmatizm) termini ilk dəfə e.ə. V–IV əsrlərdə qədim yunan filosofları Pirron və Zenon tərəfindən işlədilib.
Tarix terminləri lüğətiər. ahrām – toxunulmaz
1. Daşdan düzgün piramida formasında inşa olunmuş pilləli, yaxud qülləvarı monumental tikili.
Belə tikililər Qədim Misir memarlığı üçün xarakterik olub: fironlar e.ə. III–II minilliklərdə nəhəng sərdabələr – E.-lar ucaldıblar. Onlardan ən nəhəngi, hündürlüyü 146,6 m olan Xeopsun E.-ı qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilir. Eramızın I minilliyində isə indiki Meksika, Qvatemala, Peru və Hondurasın ərazisində məbədlər üçün postament rolunu oynayan E.-lar inşa olunub.
2. Zəvvarların Kəbəni ziyarət müddətində büründükləri tikişsiz libas, xüsusi geyim.
Tarix terminləri lüğətiholl. boeren – kəndli
Cənubi Afrikada, əsasən, holland, qismən fransız və alman mühacirlərinin törəmələrindən formalaşmış afrikaner xalqının tərkibində subetnik qrup.
Ağlardan ibarət fermerləri, kənd əhalisini, eləcə də yoxsul ağları burada belə adlandırırlar. Afrikanerlər özlərini heç vaxt B. adlandırmırlar.
Tarix terminləri lüğəti