lat. expansio – yayılma, genişlənmə
Bir dövlətin, xalqın, yaxud mədəniyyətin öz nüfuz dairəsini və yayılma arealını genişləndirməsi.
E. həm iqtisadi, həm də qeyri-iqtisadi (işğalçılıq müharibəsi, diplomatik təzyiq və s.) üsullarla həyata keçirilir. Müasir dünyada inkişaf etmiş ölkələr “yumşaq güc” adlanan mədəni-ideoloji E. formalarından istifadəyə daha çox üstünlük verir. Bütün hallarda E. başqa dövlətləri və xalqları iqtisadi, siyasi, ideoloji, mədəni sahələrdə özündən asılı vəziyyətə salmaq, yeni bazarlar, kapital qoyuluşu üçün ərazilər əldə etmək və xammal mənbələri ələ keçirmək məqsədi daşıyır.
Tarix terminləri lüğətilat. exponatus – nümayiş etdirilən, göstərilən
Muzey və ya sərgi salonlarında nümayiş etdirilən əşya.
Rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri (zərgərlik, xalça, keramika məmulatı, bədii tikmə və s.), eləcə də fauna və flora nümunələri, tarixi və etnoqrafik xarakterli əşyalar E. ola bilər.
Tarix terminləri lüğətilat. expropriatio < ex – zəbtetmə, məhrumetmə + proprius – mülkiyyət
Xüsusi mülkiyyətçinin əmlakının məcburi qaydada (əvəzsiz, bəzən haqqı ödənilməklə) özgəninkiləşdirilməsi.
E.-nın obyekti həm daşınmaz, həm də daşınan əmlak ola bilər. E., bir qayda olaraq, mülkiyyətçinin razılığı olmadan həyata keçirilir. 1917-ci il oktyabr çevrilişindən sonra bolşeviklər xüsusi mülkiyyəti ləğv edərək hakimiyyətləri altında olan bütün ərazilərdə kütləvi surətdə iri və orta mülkiyyətçilərin əmlakının E.-sını həyata keçiriblər.
Tarix terminləri lüğətilat. exterritorialis < ex – zəbtetmə, məhrumetmə + territorialis – əraziyə aid olan
Fiziki və hüquqi şəxslərə, obyektlərə faktiki yerləşdikləri və fəaliyyət göstərdikləri ölkənin deyil, ancaq öz dövlətinin yurisdiksiyasına tabe olmaq hüququ verən xüsusi status.
Dövlətlərin xarici diplomatik nümayəndəliklərə qarşılıqlı surətdə xüsusi immunitet və imtiyazlar (şəxsiyyət və mənzilin toxunulmazlığı, yerli məhkəmələr tərəfindən mühakimənin mümkünsüzlüyü, vergilərdən azadetmə və s.) verməsi E.-a misal ola bilər. Müasir beynəlxalq hüquqda bu termin, demək olar ki, işlənmir.
Tarix terminləri lüğətifr. bureau – büro, dəftərxana + yun. kratos – hakim, hakimiyyət
1. Xüsusi aparat vasitəsilə müəyyən siyasəti həyata keçirən, məxsusi funksiya və imtiyazlara malik idarəetmə sistemi.
2. Hökumət strukturlarının nümayəndələrindən, dövlət məmurlarından ibarət olub səlahiyyətləri və imtiyazlarına görə cəmiyyətin qalan hissəsindən fərqlənən təbəqə.
Termin XVIII əsrdə Fransada yaranıb və ilk vaxtlar yalnız mənfi mənada (süründürməçiliyin, işə qeyri-yaradıcı münasibətin və s.-nin sinonimi kimi) istifadə edilib.
Tarix terminləri lüğətilat. extremus – ifrat, son
İfrat mübarizə metodları vasitəsilə sosial-siyasi, dini, milli hədəflərə çatmağın nəzəriyyə və praktikası.
Əksər hallarda hər cür kompromis, danışıq və razılaşmaları rədd edən ekstremistlər məqsədlərinə nail olmaq üçün terror aktları törədir, insanları girov götürür, bu kimi digər ən ifrat üsullara əl atırlar. Beləliklə, E. çox vaxt terrorizmlə çulğalaşır. O, ictimai şüur, ictimai psixologiya, ideologiya sahələrində olduğu kimi, sosial qruplar (sosial E.), siyasi partiyalar (siyasi E.), millətlər və etnoslar (milli və ya etnik E.), dinlər (dini E.) arasındakı münasibətlərdə də özünü göstərir. E. anlayışının hamı tərəfindən qəbul edilən ümumi izahı formalaşmayıb. 2003-cü ildə Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə deyilir: “E. siyasi fəaliyyətin xüsusi forması olub açıq, yaxud örtülü şəkildə dözümsüzlük, özgələşdirmə, ksenofobiya, antisemitizm, habelə ifrat millətçilik ideologiya və praktikasına əsaslanaraq parlament demokratiyasının prinsiplərinə qarşı çıxır”.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. exo – kənar, xarici + ethnos – tayfa, xalq + onoma – ad
Hər hansı etnosa digər xalqların verdiyi ad.
E., bir qayda olaraq, xalqın özünə verdiyi addan (endoetnonimdən) fərqlənir. Məsələn, gürcülər özlərini kartveli adlandırdıqları halda, əksər türk xalqları onlara gürcülər, ingilislər – georgians deyirlər. İspaniyada məskunlaşmış və bütün dünyada basklar kimi tanınan xalqın nümayəndələri özlərini euskaldunak, yəni “euskara daşıyıcıları” (bask dili daşıyıcıları) adlandırırlar.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. exo – kənar, xarici + gamos – nikah
Qohum (qəbilə, nəsil) və ya lokal (icma) kollektivlərin üzvləri arasında nikah münasibətlərini yasaqlayan adət.
İbtidai icma quruluşu dövründə qəbilə və nəsillər daxilində E., onların daxil olduğu tayfada isə endoqamiya hökm sürüb. E.-nın yaranması səbəbləri barədə çoxsaylı mülahizələri üç əsas qrupa bölmək olar:
a) qan qohumları arasındakı nikahların zərərli nəticələrindən qorunmaq;
b) sosial kontaktları genişləndirərək digər kollektivlərlə əlaqə yaratmaq;
c) cinsi münasibətlər və onları müşayiət edən konfliktləri kollektivdən kənara çıxarmaqla qəbilə, nəsil, icma daxilində əmin-amanlığı təmin etmək.
“E.” və “endoqamiya” terminlərini ilk dəfə şotland tədqiqatçısı C. Mak-Lennan işlədib.
Tarix terminləri lüğətifr. égalitarisme < egalite – bərabərlik
Ümumi bərabərliyi həyatın və cəmiyyətin təşkilinin əsas prinsipi kimi irəli sürən utopik ictimai nəzəriyyə.
Elitarizmə əks mövqedə duran E. bütün insanların bərabər siyasi, iqtisadi və hüquqi imkanlara malik olduğu bir cəmiyyətin yaradılmasına çalışır. Onun nəzəri-fəlsəfi əsaslarının yaradılmasında fransız mütəfəkkirləri J.Russo, Q.Babef, digər filosoflar böyük rol oynayıblar. Yakobinçilər isə E.-in praktikada tətbiqinə səy göstəriblər. Tarixi təcrübə göstərir ki, ilk baxışda çox cəlbedici görünsə də, E. gerçəkləşdirilməsi mümkün olmayan utopik nəzəriyyədir.
Tarix terminləri lüğəti1. Türkdilli xalqlarda bütöv tayfa və ya onun ayrı-ayrı qolları, nəsil.
2. Vətən, xalq, camaat.
1969-cu ildə Leninqradda işıq üzü görmüş “Qədim türk lüğəti”ndə E. termininin Mahmud Kaşğariyə əsaslanaraq daha bir izahı verilir: dövlət, inzibati vahid. V.Bartold, V.Radlov, V.Tomsen kimi tanınmış şərqşünaslar da E. sözünün “xalq”, “dövlət” anlamında işlənməsi tərəfdarı olublar. Bəzi yerli tədqiqatçıların fikrincə isə Səfəvilər dönəmində Azərbaycanda müxtəlif nəsil və tayfa qalıqlarından ibarət köçəri və yarımköçərilərin birliyinə E. deyilib. E. camaatını E. bəyləri idarə edib. Azərbaycanda yarımköçəri maldarlıqla məşğul olan E.-lər – bayatlar, qarapapaqlar, şahsevənlər və b. olub.
Həmçinin bax:
Tarix terminləri lüğəti