yap. – ilahi külək, müqəddəs külək < kami – ilahi + kadze – külək
1. İki dəfə – 1274 və 1281-ci illərdə Xubilay xanın donanmasını Yaponiya sahilləri yaxınlığında dağıdaraq ölkəni monqol işğalından xilas edən qasırğaya verilmiş ad.
2. II Dünya müharibəsinin (1939–1945) son mərhələsində Yaponiyanın Sakit okeanda hərbi əməliyyatları zamanı “xüsusi həmlə” dəstələrinin ölümə gedən təyyarəçilərinə verilmiş ad.
K.-lərdən düşmən donanmasının suüstü döyüş gəmilərini məhv etmək üçün istifadə olunub. Onlar bomba daşıyan təyyarəni hədəfə yönəldərək onu da partladıb, özləri də həlak olublar. Müharibə dövründə 5 mindən artıq uçuş keçirən K.-lər yapon mənbələrinə görə 81, Amerika mənbələrinə görə isə 45 düşmən gəmisini batırıblar. Hazırda bəzən öz həyatı bahasına terror aktı həyata keçirən müxtəlif yönümlü radikallara da K. deyirlər.
Tarix terminləri lüğətifr. camisards < Langedok dialektində camiso – köynək
Fransanın cənubundakı Langedok əyalətində 1702–1705-ci illər antifeodal kəndli-plebey üsyanının iştirakçıları.
Onlar gecə döyüşləri zamanı ağ köynək geyindikləri üçün belə adlandırılıblar. Üsyana dövlət məmurlarının və katolik ruhanilərinin hugenotlara qarşı təzyiqlərinin güclənməsi səbəb olub. Hugenotlar üsyanın hərəkətverici qüvvəsini təşkil ediblər, dini etiqad azadlığı və bütün vergilərin ləğvini istəyiblər. K.-ın ideya şüarı kalvinizm olub, lakin bir çox katolik-kəndlilər də onlara qoşulublar. 1704-cü ildə K.-ın əsas qüvvələri darmadağın edilib, 1705-ci ildə isə üsyan qəti olaraq yatırılıb.
Tarix terminləri lüğətifr. camisole – kofta
Kaftan altından geyilən belə biçimli, dizə kimi uzun kişi geyimi.
K. qollu və qolsuz olur, mahud, ipək və ya məxmərdən hazırlanır, tikmə, güləbətin və düymələrlə bəzədilir. Onu XVII əsrin I yarısında Fransada geyməyə başlayıblar. XVIII əsrdən isə K. digər Qərbi Avropa ölkələrində, o cümlədən Rusiyada geniş yayılıb.
Tarix terminləri lüğətifars. kan – mədən, yeraltı mədən, quyu + kən – qazıyan
Orta və Yaxın Şərq ölkələrində kəhrizlərdə, neft quyularında və s. yeraltı qurğularda qazıntı işləri aparan şəxs.
K.-lar külüng, bel, kərki, habelə digər əl alətlərindən istifadə ediblər. Son dövrlərədək Azərbaycanda da K.-ların xidmətindən geniş istifadə olunub.
Tarix terminləri lüğətifr. cannibale, isp. canibal – adamyeyən
İbtidai tayfalar və xalqlar arasında yayılmış adamyemə adəti.
K.-in məişət və dini formaları mövcud olub. Daş dövrünün erkən mərhələsində geniş yayılmış, yalnız aclıqla bağlı olan məişət K.-i ərzaq ehtiyatlarının artması ilə tədricən aradan qalxıb. Sonrakı dövrlərdə K. nadir hallarda baş verib; məs.: II Dünya müharibəsi dövründə (1939–1945) Leninqradın blokadası zamanı belə faktlar qeydə alınıb. Dini K. isə daha uzunömürlü olması ilə fərqlənir, ona dünyanın bəzi bölgələrində indi də rast gəlmək mümkündür.
Tarix terminləri lüğətibaşq. Kanlı; qazax. Kanlı; özb. Qangli; qırğız. Kanduu – hərfi mənası: qanlı
XI–XII əsrlərdə formalaşmış türk tayfa birliyi.
Bu tayfa birliyi XI əsrdə İrtış çayı ətrafından Aralboyu çöllərə köçmüş qıpçaqların yerli oğuz-peçeneqlərlə qaynayıb-qarışması nəticəsində yaranıb. K. (bəzi qaynaqlarda – kanlılar, qanqlılar), əsasən, köçəri maldarlıq və sənətkarlıqla məşğul olublar. Orta əsrlərdə onlar Orta Asiya dövlətlərində (xüsusilə Xarəzmşahlarda) mühüm mövqe tutublar. K.-ın XIII əsrdə İssıkkul rayonuna köçmüş qismi monqollar tərəfindən darmadağın edilib, Xarəzmdə qalan hissəsi isə özbəklərin, qazaxların, qaraqalpaqların, eləcə də başqırdların etnogenezində rol oynayıb.
Tarix terminləri lüğətialm. kanzler < lat. cancellarius – katib
1. Orta əsr Avropa ölkələrində yüksəkvəzifəli məmur, dövlət möhürünün saxlanıldığı kral dəftərxanası və arxivinin rəhbəri.
2. Rusiya imperiyasında I Pyotrun hakimiyyəti dövründə təsis olunmuş yüksək mülki rütbə.
K. general-feldmarşal və general-admiral rütbələrinə uyğun gəlib.
3. 1871–1945-ci illərdə Almaniyada hökumət başçısı.
1934-cü ildən bu vəzifəni tutan şəxs həm də dövlət başçısı səlahiyyətlərinə malik olub.
4. Hazırda Almaniya və Avstriyada federal hökumətin başçısı.
5. İsveçrədə ali federal orqanlar – İttifaq Məclisi və İttifaqlar Şurası katibliyinin katibi.
6. Böyük Britaniyada lordlar palatasının sədri (lord-K.) və maliyyə naziri (xəzinədarlıq K.-i).
Tarix terminləri lüğətifr. canton – dairə, bölgə, əyalət
1. İsveçrədə ən yüksək səviyyəli inzibati-ərazi vahidi, federasiya subyekti.
İsveçrə K.-larından hər birinin öz konstitusiyası, qanunverici və icraedici orqanları var.
2. Fransa, Belçika, Lüksemburq və bir sıra digər ölkələrdə inzibati-ərazi vahidi.
Fransada seçki dairələri də K. adlanır.
Həmçinin bax:
Tarix terminləri lüğətialm. kantonist – hərbi mükəlləfiyyətli < fr. canton – dairə, bölgə
1. Prussiyada 1733–1813-cü illərdə kantonlardan hərbi xidmətə çağırılan şəxslər.
Həmin dövrdə hər kanton öz polkunu formalaşdırıb.
2. Rusiyada doğulduğu gündən hərbi idarənin qeydiyyatında olan əsgər oğulları.
Onları hərbi xidmətə hazırlamaq məqsədilə 1721-ci ildən etibarən qarnizonlarda xüsusi məktəblər fəaliyyət göstərib. 1805-ci ildən isə bu məktəblərdə təhsil alanlar K. adlandırılıb. 1856-cı ildə həmin qayda ləğv edilib.
Tarix terminləri lüğəti