yun. autarkeia – öz-özünü təminetmə
Digər dövlətlərlə mübadiləni minimuma endirmək məqsədilə bir ölkə və ya region çərçivəsində qapalı təsərrüfat sisteminin yaradılmasına yönəlmiş iqtisadi siyasət.
A.-da dövlət bütün zəruri mallara olan tələbatı daxili istehsal hesabına təmin etməyə çalışır. Sözün əsl mənasında A. yalnız kapitalizməqədərki formasiyalarda, məsələn, feodalizmdə natural təsərrüfatın hökmranlığı şəraitində mövcud olub. Müasir dövrdə müharibə və ya iqtisadi blokada vəziyyətinə düşən ölkələrdə A. siyasətindən istifadə etmək məcburiyyətində qalırlar. Bütövlükdə isə o, beynəlxalq əmək bölgüsünün tələblərinə uyğun gəlmir. Doğrudur, A.-nın müəyyən elementləri bir sıra qapalı ticari-iqtisadi qurumların (Avropa İqtisadi Birliyi, Avrasiya İqtisadi Birliyi və s.) fəaliyyətində özünü göstərir: həmin birliklər belə üsullarla daxili bazarı yad istehsalçılardan qorumağa çalışırlar.
Tarix terminləri lüğətiyun. autochthon – yerli, əzəli sakin
Müəyyən ərazinin mənşəcə yerli, köklü əhalisi.
Qədim yunan qaynaqlarında başqa yerdən köçüb gəlməmiş, ölkə ərazisində ən qədim zamanlardan yaşayan əhali qrupu A. adlandırılır. A. latınca aborigen termininin sinonimidir. Xarici, xüsusilə də ingilisdilli ədəbiyyatda A. termini çox nadir hallarda işlənir və «yerli əhali» mənasını verən indígena (isp.), les indigènes (fr.), indigenous peoples (ing.) məfhumları ilə əvəzlənir.
Tarix terminləri lüğətiyun. autos – özü + kephale – başçı, rəhbər
Müstəqil, özünü idarə edən, baxımsız.
A. termini, əsasən, pravoslav kilsələrə münasibətdə onların ali kilsə hakimiyyətlərindən tam müstəqilliyini vurğulamaq üçün istifadə olunur. İlk A. kilsələr ayrı-ayrı patriarxatlıqların Bizansın ali imperator və kilsə hakimiyyətindən azad olmaq cəhdlərinin nəticəsi kimi yaranıb. Pravoslav kilsələrinə A. statusunun verilməsi qaydaları indiyə kimi dəqiq müəyyənləşməyib və mübahisələr doğurur. Məsələn, Ukrayna pravoslav kilsəsi özünü müstəqil elan etsə də, bu fakt Rus pravoslav kilsəsi tərəfindən qəbul olunmur. Hazırda Konstantinopol, rus, yunan, gürcü, rumın, bolqar, serb və b. pravoslav kilsələri A. hesab edilir.
Tarix terminləri lüğətiyun. autos – özü + kratos – hakimiyyət
Ali hakimiyyətin qeyri-məhdud və nəzarətsiz olaraq bir şəxsə mənsub olduğu dövlət idarəçiliyi forması, mütləqiyyət.
Qədim Şərqin despotik monarxiyaları, ayrı-ayrı qədim yunan şəhərlərində müstəbidlərin idarəçiliyi, Roma və Bizans imperiyaları, yeni dövrün mütləq monarxiyaları A.-nın formaları hesab oluna bilər. Müasir ədəbiyyatda hər hansı ölkə rəhbərinin bütün nümayəndəli orqanların nəzarətindən kənar ali hakimiyyəti ilə xarakterizə olunan siyasi rejimlərə də A. deyilir.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. autonomia – özünüidarə
Geniş mənada hər hansı orqanın, təşkilatın, ərazinin, etnik və digər birliyin qabaqcadan müəyyənləşmiş prinsiplər çərçivəsində özünüidarə hüququ.
Subyektinə görə A. iki tipdə olur: təşkilatlar və etnik birliklər üçün. Öz fəaliyyətinin spesifikliyinə görə bir çox təşkilatlara (müəssisələrə, banklara, elmi mərkəzlərə, universitetlərə və s.) müstəqil şəkildə operativ və təcili qərarlar qəbul edə bilmək üçün A. verilir. Eyni zamanda dövlətin hər hansı milli-ərazi vahidinə müəyyən məsələləri ölkə konstitusiyası çərçivəsində müstəqil həll etmək məqsədilə daxili özünüidarə hüququ verilə bilər.
Tarix terminləri lüğətilat. autoritas – hakimiyyət, nüfuz
Hakimiyyətin əsasən və ya tamamilə bir nəfərin (prezidentin, monarxın, baş nazirin), yaxud bir qrup şəxsin əlində cəmləşməsi ilə xarakterizə olunan siyasi rejim forması.
A.-də demokratik qərarlar ya çıxarılmır, ya da saxta xarakter daşıyır, hakimiyyəti xalq yaratmır və ona nəzarət etmir. Seçkilər, referendumlar əksər hallarda formal mahiyyət kəsb edir, saxtalaşdırılır. A.-də real idarəçilik mexanizmi və gerçək ictimai-siyasi münasibətlər qüvvədə olan konstitusiya normaları, o cümlədən qanunlarla ziddiyyət təşkil edir, sonuncular tədricən antidemokratik ruhda dəyişdirilir. A. həm kifayət qədər mötədil (məs.: 1958–1969-cu illərdə Fransada general de Qollun rejimi), həm də açıq hərbi diktatura formasında ola bilər. Lakin bütün hallarda belə rejimlərdə hakimiyyət cəmiyyət üzərində tam və hərtərəfli nəzarəti ələ keçirə bilmir, bu cəhəti ilə də A. totalitarizmdən fərqlənir.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. avunculus – dayı
Dayı ilə bacıoğlu arasında xüsusi münasibətlərə əsaslanan ənənə.
A.-ın mahiyyətini bacıoğlunun dayının daimi himayəsi və müdafiəsi altında olması, onun vərəsəsi və ya vərəsələrindən biri hüququna yiyələnməsi və s. təşkil edir. Güman edilir ki, A. cəmiyyətin ana nəslindən ata nəslinə keçid dövründə yaranıb. İnsanın ana nəslinə daha yaxın olmasının göstəricisi olan A.-a bir çox qədim xalqlarda, eləcə də müasir dövrdə Okeaniya və Afrikada yaşayan tayfalar arasında rast gəlinir. Bəzi mülahizələrə görə, “Yaxşı igid dayısına çəkər”, “Vuran igid dayısına baxmaz” və s. atalar sözləri A.-ın vaxtilə Azərbaycanda da yayıldığını göstərir.
Tarix terminləri lüğətiər. – Allahın nişanəsi
Müsəlman hüququ məsələləri üzrə müstəqil qərar qəbul etmək səlahiyyətinə malik olan şiə müctəhidlərinə verilən ən yüksək titul.
A. termini hələ X əsrdə dövriyyəyə daxil olsa da, müasir mənasında XIX əsrin II yarısından işlənməyə başlanıb, XX əsrin 40-ci illərindən isə daha geniş yayılıb. A. titulu daşıyan din xadimlərinə bir sıra ölkələrin şiə icmalarında (məs.: İraq və Livanda) rast gəlmək olar. İranda isə islam inqilabı dövründə 30-a yaxın A. olub. Sonrakı illərdə onların sayı xeyli azalıb. İran islam inqilabının lideri Ruhullah Xomeyni də A. titulu daşıyıb.
Tarix terminləri lüğəti1. İrqi, milli, dini, cinsi, siyasi, sosial mənsubiyyətinə və digər əlamətlərinə görə müəyyən qrup vətəndaşların hüquqlarının məhdudlaşdırılması, yaxud ləğvi, onlara qarşı neqativ və ədalətsiz münasibət, zorakılıq.
İrqi və milli mənsubiyyətinə görə vətəndaşların təqib olunması, onların seçki hüququndan məhrum edilməsi, eyni işə görə qadınlara kişilərə nisbətən az əməkhaqqı verilməsi, siyasi baxışlarına əsasən insanların dövlət qulluğunda çalışmasına qadağalar qoyulması və s. A.S.-yə nümunə ola bilər.
2. Beynəlxalq münasibətlərdə bir dövlətin vətəndaşı, nümayəndəsi, yaxud təşkilatına başqa dövlətin vətəndaşı, nümayəndəsi, yaxud təşkilatına nisbətən az hüquq verilməsi.
Dövlət ona qarşı yönəldilən A-S.-ə retorsiya formasında cavab verir.
Tarix terminləri lüğətiAzərbaycanlılardan təşkil olunmuş və 1941–1945-ci illərdə Almaniyanın tərəfində bolşevizmə qarşı vuruşmuş silahlı birləşmələrin ümumi adı.
Digər milli legionlarla yanaşı, A.L.-nun da yaradılması haqqında qərar Almaniya rəhbərliyi tərəfindən 1941-ci ilin noyabrında qəbul olunub. İlk hərbi hissələr isə artıq həmin ilin sonunda, əsasən, həmin dövrdə alman həbs düşərgələrində əsir həyatı sürən azərbaycanlılardan təşkil edilib. 1943-cü ilin axırına yaxın A.L.-nun tərkibində 15 səhra batalyonu, 21 tikinti və təchizat hissəsi fəaliyyət göstərib, onların sıralarında 25 mindən 35 minədək döyüşçü olub. Legionun rəhbəri Ə.Fətəlibəyli-Düdənginski (1908–1954) deyib: “Biz nasional-sosializm və Almaniya uğrunda deyil, müstəqil və azad Azərbaycan uğrunda bütün bəşəriyyətin ən böyük bəlası olan kommunizmə qarşı vuruşmuşuq”.
Tarix terminləri lüğəti1927-ci il fevralın 26-da İstanbulda yaradılmış və Azərbaycanın müstəqilliyi ideyasını dəstəkləyən partiya və təşkilatların mühacir nümayəndələrindən ibarət qurum.
Azərbaycanın istiqlalı uğrunda mühacirətin fəaliyyətini vahid mərkəzdən idarə etmək məqsədilə yaradılıb. AMM 30-cu illərin sonuna kimi Azərbaycan mühacirətinin sovet rejiminə qarşı mübarizəsinə rəhbərlik edib. AMM-ə “Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadə (1884–1955) başçılıq edib. Tarixi ədəbiyyatda “Milli Mərkəz” də adlandırılır və ya qısaldılmış formada AMM yazılır. Son illərə kimi hesab olunurdu ki, 1924-cü ildə yaranıb. Həmin səbəbdən də əksər ədəbiyyatda bu tarix elə indi də 1924 göstərilir. Lakin Fransada yaşayan və Qafqaz mühacirətinin tarixi ilə məşğul olan gürcü tədqiqatçısı Mamuliyanın Paris arxivində aşkarladığı və Rəsulzadəyə aid olan sənəddə göstərilir ki, AMM 1927-ci ilin fevralında yaranıb. Bütövlükdə mühacirətin fəaliyyəti kimi, AMM-nin də fəaliyyəti 30-cu illərin sonunda bitib. Müharibənin nəticələri SSRİ-nin dağılmasına və kommunist rejiminin süqutuna olan ümidləri puç etdiyinə görə digər sovet xalqları kimi, Azərbaycan mühacirətinin də xeyli passivləşməsinə gətirib çıxarıb. Faktik olaraq az-çox kütləvi hərəkat kimi mühacirətin mövcudluğuna son qoyulub.
Tarix terminləri lüğətiAzərbaycan türklərinin milli identikliyinin və milli dövlətçiliyinin əsasını təşkil edən siyasi-ideoloji baxışlar sistemi.
A. ideologiyası XX əsrin ikinci onilliyində Azərbaycan türklərinin milli inkişafının əsas istiqamətlərini müəyyənləşdirən konsepsiya şəklində M.Ə.Rəsulzadə tərəfindən işlənib. O, “A. nədir?” sualını belə cavablandırıb: “A. demək, istiqlalçılıq deməkdir. Bir istiqlalçılıq ki, tarixin ən böyük müəssisəsi olan millətin dövlət olmaq üzrə müzəffər yürüşü deməkdir. A. eyni zamanda bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır”.
Tarix terminləri lüğəti