Orqanizmlərin hüceyrələrində oksidləşmə-reduksiya reaksiyalarını kataliz edən bir neçə dehidrogenaza fermentlərinin kofermenti.
NADF hidrogen atomunu və elektronu oksidləşən birləşmələrdən alıb, başqa maddələrə verir. N. çox enerjili maddədir.
Biologiya terminlərinin izahlı lüğətiSaplaqlarının uzunluğu suyun dərinliyindən asılı olaraq dəyişən su bitkisi.
Saplaqları bəzi hallarda 4-5 m-ə çatır. Çiçəklər yarpağın klassik metomorfoz nümunəsidir. Axşamlar çiçəklər bağlanır və suya batır. Köklərindən təbabətdə istifadə olunur.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiKarbohidratların polisaxaridlər qrupuna aid olan maddə.
Mikroskop altında ağ dənəvər tozdur. Soyuq suda həll olmur. İsti suda şişərək kolloid məhlul əmələ gətirir. N. fotosintez nəticəsində bitkilərin yarpaqlarında əmələ gəlir; kök yumrularında, köklərdə, dənlərdə ehtiyat kimi yığılır. Yodla qarışığı göy rəng verir.
Biologiya terminlərinin izahlı lüğətiPaxlalılar (kəpənəkçiçəklilər) fəsiləsinə aid olan birillik ot bitkisi cinsi.
N. zülal maddələri ilə zəngindir. Gövdəsi dırmaşandır. Yaşıl N. istehsalına görə Hindistan və Çin dünyada 1-ci yerdədir. Quru N. Kanadada, Fransada, Rusiyada və Çində istehsal edilir.
Biologiya terminlərinin izahlı lüğətilat. “nomenclatura” – siyahı, adların yazılışı
Bitki və heyvanların, geniş mənada, hər hansı bir ixtisas sahəsində işlədilən ad və terminlərin ümumi siyahısı.
Adlandırma zamanı əvvəl cins, sonra növ, daha sonra onu tədqiq edən alimin familiyası və tədqiq edildiyi tarix qeyd olunur. Məsələn, çöl göyərçini (Columba livia Gmelin, 1789), Dəməşq qızıl gülü (Rosa damescena Mill., 1754).
Biologiya terminlərinin izahlı lüğəti