Aşağı ətrafın bud ilə ayaq pəncəsi arasındakı hissəsi.
Qamış və incik sümüklərindən ibarətdir. Bu sümüklərin yuxarı və aşağı ucları bir-birinə bağlarla birləşmişdir. B. əzələləri 3 qrupa bölünür: ayaqları və barmaqları açan ön əzələ, ayağı, barmaqları və baldırı bükən arxa əzələ və ayağı bükən və yanlara hərəkət etdirən bayır əzələ. B. əzələləri qamış və incik sinirləri ilə innervasiya (sinirləndirilmə) olunmuşdur.
Biologiya terminlərinin izahlı lüğətiheracleum
Çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsi.
Gövdələri hündür, içi boş, yarpaqları iri və lələkvari bölümlü, bəzən sadədir. Çiçəyi ağ vəya sarımtıl yaşılaçalan rənglərdə ola bilər. Şərq yarımkürəsinin mülayim qurşağında 70-dən çox növü var. Yarpaq və meyvələrində efir yağı olur. Texniki, dərman, efir yağlı, ədviyyatlı, qida əhəmiyyətli, yem təbiətli və dekorasiya üçün becərilən növləri vardır. B. supu və salatı orqanizm üçün çox faydalıdır.
Biologiya terminlərinin izahlı lüğətiMüasir təsnifatda suda yaşayan heyvanlar sinifüstü.
2 sinfi var: qığırdaqlı B. və sümüklü B. Tənəffüs orqanları qəlsəmələrdir. Soyuqqanlı onurğalı heyvanlardır. Ətrafları üzgəclərə çevrilmişdir. Əksəriyyət növlərində dərinin üzəri pulcuqlarla örtülüdür. Əsasən kürü tökməklə çoxalırlar. B.-a aid olan növlər müxtəlif duzluluq dərəcəsinə malik su hövzələrində yaşayırlar.
Biologiya terminlərinin izahlı lüğəticetacea
Suda yaşayan məməli heyvan dəstəsi.
Uzunluğu 1-2 m-dən 33 m-ə qədər, çəkisi bir neçə kq-dan 150 tona qədərdir. Dəriləri çılpaqdır. Vaxtaşırı suyun üst qatlarına çıxmaqla quru atmosfer havası ilə ağciyər tənəffüsü edirlər. Ağciyərlərinin həyat tutumu və eritrositlərin oksigen birləşdirmə əmsalı yüksəkdir. Ön ətrafları üzgəclərə çevrilmişdir. Bığlı və dişli B. növləri vardır. Bığlı B. Planktonlarla qidalandığı halda, dişli B. yırtıcıdır. Qoxubilmə qabiliyyəti pis inkişaf etmişdir. Baladoğma zamanı quruya çıxmırlar.
Biologiya terminlərinin izahlı lüğətiSərçəkimilər dəstəsinin vürok fəsiləsindən oxuyan quş növü.
Uzunluğu 18-23 sm, çəkisi 50-80 q olur. Dimdiyi bərk toxum və çəyirdəyi sındırıb xırdalamağa uyğunlaşmışdır. Qanadları qısa və enlidir. Azərbaycanın dağ-meşə qurşağında yaşayır, payızda aşağı ərazilərə miqrasiya edir, oturaq quşdur. Kürtyatma zamanı ağacdakı yuvasına 4-7 yumurta qoyur. Meyvə çəyirdəyi, tumurcuq, dən və s. yediyi üçün bağlara zərər vurur.
Biologiya terminlərinin izahlı lüğətiÖrtülütoxumlu bitkilərin böyük bir qrupu. Müxtəlif fəsilələri özündə birləşdirir.
Çiçəklərində nektarlıqları yaxşı inkişaf etmişdir. Həşəratlarla çarpaz tozlanırlar. B.B. arıçılığın yem bazasıdır. Azərbaycanda 400-dən çox balverən bitki növü var.
Biologiya terminlərinin izahlı lüğətilat. balsaminaceae
İkiləpəli bölümlü ləçəkli ot bitkiləri fəsiləsi.
Yarpaqları sadə, çiçəkləri ikicinsiyyətli, qeyri-müntəzəmdir. Meyvəsi şirəli qozadır, açılarkən toxumları ətrafa səpələnir. 4 cinsi, 450–dək növü var. Tropiklərdə geniş ərazilər tutur. Əsas cinsi xınagülüdür. Azərbaycanda adi xınagülü növü becərilir.
See also:
Biologiya terminlərinin izahlı lüğətiTarixi Şeksprin şeirlərinə qədər gedib çıxan it cinsi.
1863-cü ildə bir it sərgisində nümayişindən sonra şöhrətli cinslərdən birinə çevrilmişlər. B.H. olduqca sakit, sahiblərinə qarşı duyğulu, uşaqlarla dost ola bilən cinsdir. Refleksləri zəif olsa da, qoxuduyma qabiliyyətləri olduqca yüksəkdir. Evdə yaşaması inkişafına yaxşı təsir göstərir.
Biologiya terminlərinin izahlı lüğətiXVIII əsrdə mədənindəki siçanları yox etmək istəyən bir ingilis tərəfindən yetişdirilən it cinsi.
B.T. əslində İngiltərədə kiçik bir qəsəbənin adıdır. B.T. Dandie, Dinmont, Otterhound və Whippet it cinslərinin cütləşdirilməsindən əldə edilə bilər. B.T. üçün “Aslan ürəkli, quzu görünüşlü” ifadəsini işlədirlər, çünki görünüşcə qoyuna bənzəyirlər.
Biologiya terminlərinin izahlı lüğətiXVI əsrdə Ərəbistana ruslar tərəfindən gətirilmiş it cinsi.
Sonralar B.-i Lapp cinsi ilə cütləşdirilməyə başladılar. Çəkingən, inadcıl və çox sadiq itlərdir. Evdə yaşaması inkişafına yaxşı təsir göstərir. Qoxuduyma qabiliyyəti çox yüksəkdir. Canavar ovunda uğurla istifadə edilir. Sıx şəkildə açıq havada gəzməlidir.
Biologiya terminlərinin izahlı lüğətiailuropoda melanoleuca
Yenotlar fəsiləsindən məməli heyvan.
Uzunluğu təqribən 1,5 m, çəkisi 150 kq, xəzi ağ, gözlərinin ətrafı, qulaqları, ayaqları, quyruğunun ucu və bazu nahiyəsi qaradır. Çinin dağ meşələrində yaşayır, ağaclara yaxşı dırmaşır. Əsasən, bambukun körpə zoğları ilə qidalanır.
Biologiya terminlərinin izahlı lüğətibambusoideae
Taxıllara aid yarımfəsilə.
Gövdələri oduncaqlaşmış kökümsovlu çoxillik bitkilərdir. Hündürlüyü 40 m-dən artıq, diametri 30 sm-ə yaxın olur. Yarpaqları qınlı və qısa saplaqlı, çiçəkləri 6 erkəkciklidir. Hər il və fasilələrlə çiçəkləyən növləri vardır. B.-ə 50 cinsi əhatə edən 600 növ aiddir. Qafqazın Qara dəniz sahilində becərilir.
Biologiya terminlərinin izahlı lüğəti