Məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid olan cins.
D.-ın ölçüləri müxtəlif olur. Adi maralın uzunluğu 250-265 sm, yerdən yalına qədər 135-155 sm, kütləsi 300-340 kq olduğu halda, buxara maralın bədəninin uzunluğu 78-86 sm, yerdən olan hündürlüyü 56-60 sm və kütləsi 75-100 kq-dır. Nəcib maralın 15-18 növaltı məlumdur. Onlar iri addımlarla addımlayırlar. Sıçrayışları 5-6 metrdir, yaxşı üzürlər. Yaxşı iybilmə və səs eşitmə qabiliyyəti var. Bir dəstədə 3-6 baş maral olur.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiQuşlar sinfindən ailə.
D. böyük və orta ölçülü quşlardır. Böyük ölçülülər 20-23 kq, kiçikləri isə 1-2 kq-dır. D. çox yeriyir, bərk qaçır və düşməndən ustalıqla gizlənir. Yemlənmədə bitkilərə üstünlük verirlər. Açıq yerlərdə – çöllərdə, savannalarda, səhra və yarımsəhralarda yaşayırlar. Ailənin 24 növü məlumdur.
Biologiya terminlərinin izahlı lüğətiyun. ephemeros – birgünlük, ömrüaz
Qısamüddətli həyat sürən bitkilər və bəzi heyvanlar.
Səhra, yarımsəhra, bozqır və düzən sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiya dövrü qısa olan birillik bitkilər qrupu. Yazda və payızda torpaqda nəmlik çox olduqda E. inkişaf edib çiçəkləyir və toxum verir, quraqlıq düşdükdə isə quruyub sakitlik mərhələsinə keçir. Belə həyat tərzi onların kserofit hala keçməsinin qarşısını alır. Ona görə də E. mezofit və ya ksero-mezofit qrupa daxil olur. E. iki qrupa bölünür: tipik E. və qış E.-i.
Biologiya terminlərinin izahlı lüğəti