yun. ephemeros – birgünlük, ömrüaz
Qısamüddətli həyat sürən bitkilər və bəzi heyvanlar.
Səhra, yarımsəhra, bozqır və düzən sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiya dövrü qısa olan birillik bitkilər qrupu. Yazda və payızda torpaqda nəmlik çox olduqda E. inkişaf edib çiçəkləyir və toxum verir, quraqlıq düşdükdə isə quruyub sakitlik mərhələsinə keçir. Belə həyat tərzi onların kserofit hala keçməsinin qarşısını alır. Ona görə də E. mezofit və ya ksero-mezofit qrupa daxil olur. E. iki qrupa bölünür: tipik E. və qış E.-i.
Biologiya terminlərinin izahlı lüğəti