Molyuskalar tipi, ikitaylı molyuskalar sinfinin nümayəndəsi.
Bədəni ikitay çanaq içərisində yerləşir. Bədəni gövdə və əzələli ayaqdan ibarətdir. Çanağın altında manti yerləşir. Çanaqların xaric rəngi qəhvəyi, içərisi isə sədəf qatı ilə ötülmüşdür. Ayağın kənarlarında olan qəlsəmələrlə tənəffüs edir. Çayların və göllərin dibində yaşayır. Azhərəkətlidir.
Biologiya terminlərinin izahlı lüğətiSərbəst oksigensiz mühitdə həyat.
Mürəkkəb qeyri-üzvi və üzvi maddələrin parçalanmasi yolu ilə həyat enerjisi alan anaerob orqanizmlər üçün anaerobioz adi yaşayış şəraitidir. Çoxhüceyrəli heyvanlarda anaerobioz onların oksigen olmayan şəraitdə yaşamasını müvvəqəti təmin edən, qeyri-fəal vəziyyətə keşməsi və maddələr mübadiləsinin kəskin zəifləməsi ilə müşayiət olunan haldır.
Biologiya terminlərinin izahlı lüğətiSürünənlər sinfi, pulcuqlular dəstəsi, yatağanlar fəsiləsindən ilan.
Uzunluğu 6-7 m, bəzən 9 m olur. Rəngi zeytunu-bozdur. Braziliya və Qviananın çay, göl və bataqlıqlarının sahillərində yaşayır. Yaxşı üzür, quraqlıq dövründə lilə girib gizlənir. Balıq, quş və məməli ilə qidalanır. Adətən, balalayır, bəzən də yumurta qoyur. Dərisi, əti və yağına görə ovlanır.
Biologiya terminlərinin izahlı lüğətiyun. “anatome” – yarmaq, kəsmək, ayırmaq
Ayrı-ayrı orqanların, orqanlar sisteminin, bütöv bir orqanizmin forma və quruluşunu öyrənən elm sahəsi.
Bir qayda olaraq anatomiya, xarici quruluşu öyrənən morfologiya elmi ilə bağlıdır. A. insanda və heyvanlarda daxili orqanları, bitkilərdə isə vegetativ və generativ orqanların anatomik quruluşunu hüceyrə və toxuma səviyyəsində öyrənir. İnsan və heyvan A.-sı orqanizmin fiziologiya və gigiyenası ilə birgə öyrənilir. Anatomiya elminin inkişaf tarixi çox qədim zamanlardan başlayır. Hələ yazı olmayan dövrlərdə insanın quruluşu haqqında səthi məlumata rast gəlinir. Bizim eradan bir neçə min il qabaq çinlilərdə və hindlilərdə heyvan orqanizminin quruluşu haqqında bəzi məlumat olmuşdur. Hindlilərin kitablarında insanın bədənində 7 qişa, 90 vətər, 900 bağ, 300 sümük, 3 maye olması haqda məlumata təsadüf edilir. Babilistan mədəniyyəti zamanı cərrahlığın yüksək dərəcədə inkişafı insan A.-sı haqqında təsəvvürlərin daha qədim olduğunu sübuta yetirir.
Biologiya terminlərinin izahlı lüğəti