Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

anatomiya

yun. “anatome” – yarmaq, kəsmək, ayırmaq

Ayrı-ayrı orqanların, orqanlar sisteminin, bütöv bir orqanizmin forma və quruluşunu öyrənən elm sahəsi.

Bir qayda olaraq anatomiya, xarici quruluşu öyrənən morfologiya elmi ilə bağlıdır. A. insanda və heyvanlarda daxili orqanları, bitkilərdə isə vegetativ və generativ orqanların anatomik quruluşunu hüceyrə və toxuma səviyyəsində öyrənir. İnsan və heyvan A.-sı orqanizmin fiziologiya və gigiyenası ilə birgə öyrənilir. Anatomiya elminin inkişaf tarixi çox qədim zamanlardan başlayır. Hələ yazı olmayan dövrlərdə insanın quruluşu haqqında səthi məlumata rast gəlinir. Bizim eradan bir neçə min il qabaq çinlilərdə və hindlilərdə heyvan orqanizminin quruluşu haqqında bəzi məlumat olmuşdur. Hindlilərin kitablarında insanın bədənində 7 qişa, 90 vətər, 900 bağ, 300 sümük, 3 maye olması haqda məlumata təsadüf edilir. Babilistan mədəniyyəti zamanı cərrahlığın yüksək dərəcədə inkişafı insan A.-sı haqqında təsəvvürlərin daha qədim olduğunu sübuta yetirir.

Biologiya terminlərinin izahlı lüğəti