Buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid olan dəstə.
G. 2 sistematik qrupa bölünür: parazit G. və əsl G. Bədəni 2 hissədən ibarətdir: xortum və bədən. Torpaq G.-i (zirehli G.) torpağın münbitləşməsində iştirak edir. Lələkyeyən G. quşların lələkləri üzərində və lələk boşluğunda yaşayır. Tor gənəciyi bitkinin hüceyrə şirəsilə qidalanır. Anbar G.-i müxtəlif taxıl məhsullarına zərər vurur. Qoturluq G.-i dəri içində yol açır, orada qidalanır, yumurta qoyub artır. Qansoran G. növləri: iksoid (inək, qoyun, keçi və at), qamazid (toyuq və vəhşi quşlar) və arqazid (toyuq və qoyun). G. brusselyoz, taun, gənə ensefaliti və yatalağını, spiroxetoz və bir çox başqa xəstəliklərin törədicilərini insanlar və heyvanlar arasında yayır.
Biologiya terminlərinin izahlı lüğətilat. cerasus
Gülçiçəklilər fəsiləsi, gavalılar cinsinə mənsub olan bitki.
Çəyirdəkli meyvəsi hamar səthlidir. Dünyada 150-dən artıq növü və çoxlu sortları yayılmışdır. Azərbaycan florasında 7 növü (turş G., adi G., cır G. və ya quş albalısı və d.) yayılmışdır. Azərbaycanda geniş istifadə olunan sortları – “şpanka”, “Anadolu”, “şampan”, “Gəncə” və başqalarıdır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti