Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

albalı

lat. cerasus

Gülçiçəklilər fəsiləsi, gavalılar cinsinə mənsub olan bitki.

Çəyirdəkli meyvəsi hamar səthlidir. Dünyada 150-dən artıq növü və çoxlu sortları yayılmışdır. Azərbaycan florasında 7 növü (turş gilənar, adi gilənar, cır gilənar və ya quş A.-sı və d.) yayılmışdır. Azərbaycanda geniş istifadə olunan sortları – “şpanka”, “Anadolu”, “şampan”, “Gəncə” və başqalarıdır.

Həmçinin bax:

Biologiya terminlərinin izahlı lüğəti