lat. monitor – yada salan, nəzarət edən
Təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk halda tullantılara, radiasiyaya, səs-küyə və s.-yə kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiƏtraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişdirilməsinə qarşı yönəlmiş fəaliyyət.
Ə.M.M. təbiətin qorunub saxlanması, ilk növbədə, ona ziyan gətirən zərərli antropogen müdaxilənin qarşısının alınması məqsədi güdür. Bu məqsədlə hökumətlər və ictimaiyyət tərəfindən xüsusi nəzarət proqramları həyata keçirilir, qanunlar qəbul olunur, kompleks tədbirlər görülür.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiƏsasən kalsitdən ibarət çökmə süxur.
Təmiz Ə. ağ və ya açıq-boz rənglidir. Üzvi (üzvi qalıqların toplanmasından), homogen (məhlullardan kalsitin çökməsindən) və qırıntı (daha qədim Ə.-ların parçalanma məhsulları olan qırıntıların toplanmasından) mənşəli olur. Ə.-ların əksəriyyəti dayaz dəniz hövzələrində, nadir hallarda isə qurudakı su hövzələrində üzvi qalıqların toplanmasından əmələ gəlir.
Coğrafiya terminləri lüğətiİspaniyada Əndəlis tarixi vilayətinin adından
Silikatlar sinfinə aid rombik sinqoniyalı mineral.
Sütunvarı prizmatik kristallar və ya düzgün olmayan dənələr əmələ gətirir. Rəngi boz, qırmızımtıl-boz, çəhrayı olur. Şüşə parıltılıdır. Odadavamlıdır (1850°C). Metamorfik şistlər və qneyslər üçün xarakterik mineraldır, odadavamlı törəmə kvarsitlərdə, bəzi peqmatitlərdə və səpintilərdə də rast gəlir.
Coğrafiya terminləri lüğətiXalsedonun naziklaylı növü.
Nazik və radial-şüalı kvars törəmələrinin sıx gizli kristallik aqreqatlarından ibarətdir. Ağ və qarazolaqlı növü oniks, qırmızı və ağzolaqlısı karneoloniks, qırmızımtıl-qonur və ağzolaqlısı sardoniks adlanır. Damarlarda, jeodalarda, vulkanik süxurlar arasında rast gəlir. Zərgərlikdə məmulat daşı və yarımqiymətli daş kimi işlənir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiSilisium oksidi ilə (45-55%) doymamış, Al, Ca, Fe və Mg-la zəngin maqmatik süxurlar.
Ə.S.-ın mineraloji tərkibində əsasi plagioklazlar (labrador), həmçinin silisium oksidi ilə doymamış minerallar (olivin və s.) iştirak edir. Ə.S. intruziv (qabbro, norit və s.), həm də effuziv (bazalt) ola bilər.
Coğrafiya terminləri lüğəti