Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

azimut

ər. əssəmut – istiqamət

Şimal istiqaməti ilə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə dəyişən bucaq.

A. dərəcəsi 0-360° arasında dəyişir. Bu bucaq məhəldə kompasla, planda isə transportirlə təyin edilir. Planda A.-u ölçmək üçün, ilk növbədə, şimala istiqaməti müəyyənləşdirmək lazımdır. Adətən, istiqamətlər planın kənarında oxla göstərilir.

Coğrafiya terminləri lüğəti

azonallıq

yun. a – inkar şəkilçisi + yun. zone – qurşaq

Müəyyən təbii zona üçün xarakterik olmayan, coğrafi zonallıq qanunauyğunluqları ilə izah edilə bilməyən hər hansı hadisə, proses, landşaft forması.

A., adətən, ərazinin geoloji strukturu, tektonik rejimi, relyefin xüsusiyyətləri ilə əlaqədar baş verir və dağlarda xüsusilə nəzərə çarpır; məsələn, yüksəklik ərazilərdə qeyzerlərin təsiri altında formalaşan landşaft A.-a nümunədir.

Coğrafiya terminləri lüğəti

Azor antisiklonu

yun. anti – əks + yun. kyklon – fırlanan

Şimal yarımkürəsində Atlantik okeanının subtropik rayonları üzərində yerləşən yüksək təzyiq sahəsi.

A.A. atmosferin əsas hərəkət mərkəzlərindən biridir, onun mərkəzi Azor adaları yaxınlığındadır. Burada çoxillik orta atmosfer təzyiqi yanvarda 766 mm-dən, iyulda isə 769 mm-dən yuxarı olur. A.A. qışda Şimali Afrikanın, yayda Orta və Cənubi Avropanın (o cümlədən Azərbaycanın) havasına təsir edir.

Coğrafiya terminləri lüğəti

atmosfer dövranı

Atmosferi əhatə edən hava axınları sistemi.

A.d. Yer səthində günəş radiasiyasıatmosfer təzyiqinin qeyri-bərabər paylanması və Yerin fırlanması nəticəsində yaranır. A.d.-nda coğrafi mövqeyi və xarakterindən asılı olaraq passatlar, antipassatlarmussonlar iştirak edir. Siklon antisiklonların hərəkəti ilə əlaqədar hava axınları da müəyyən edilmişdir.

Coğrafiya terminləri lüğəti

atmosfer optikası

Atmosferdən işıq keçərkən baş verən optik hadisələri öyrənən atmosfer fizikasının bölməsi.

Buraya müxtəlifrəngli hadisələrdən (dan yeri, göyqurşağı, göyün rənginin dəyişməsi) başqa mühüm praktik əhəmiyyəti olan hadisələr də (görünən və görünməyən radiasiyanın atmosfer tərəfindən səpələnməsi və şüalandırılması, işığın polyarlaşması, obyektlərin görünməsi və s.) aiddir.

Coğrafiya terminləri lüğəti

amfibollar

Süxur əmələ gətirən minerallar (dəmir, kalsium, maqnezium, nadir hallarda alüminium və qələvilərin hidrosilikatları) qrupu.

Sinqoniyamonoklinik, nadir halda rombikdir. Yaşıl, qara, göy, qonur, bəzən rəngsiz olur. Kristalları prizmatik, dənəli, iynəvarı və liflidir. A. maqmatikmetamorfik süxurlarda olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

aktinolit

yun. aktis – şüa + yun. lithos – daş

Amfibollar qrupuna aid monoklinik sinqoniyamineral; şüalı daş.

Aqreqatları iynəvarı, lifli, əksərən şüalı olur. Rəngi yaşıldır. Şüşə parıltılıdır. Bəzi növləri (nefrit) bəzək daşı kimi işlədilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

aktinometriya

yun. aktis – şüa + yun. metron – ölçü

Geofizikanın atmosferdə, hidrosferdə və Yer səthindəki şüalanmaları öyrənən bölməsi.

Dar mənada, A. meteorologiyada Yerin radiasiyasını ölçmə üsullarının məcmusudur. A.-nın əsas vəzifəsi Yer səthində və atmosferdə Günəş radiasiyasının, atmosferin radiasiya balansının ölçülməsi və tədqiqi, atmosfer, hidrosfer və Yer səthində şüa enerjisinin dəyişilməsini ölçən cihaz və üsulların işlənib hazırlanmasıdır.

Coğrafiya terminləri lüğəti

akvamarin

lat. aqua marina – dəniz suyu

Beril mineralının maviyəçalan yaşıl və ya abı rəngli şəffaf növü.

Sinqoniyaheksaqonaldır. Qiymətli daşdır.

Coğrafiya terminləri lüğəti