Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

albit

lat. albus – ağ

Plagioklaz qrupuna aid ağ rəngli mineral.

Sinqoniyatriklinikdir. Kristalları, əsasən, lövhəli, bəzən dənəlidir. Şüşə parıltılıdır. Turşqələvi maqmatik süxurlar, peqmatitlər üçün xarakter mineraldır.

Coğrafiya terminləri lüğəti

albitofir

Porfir quruluşlu paleotip effuziv süxur.

Fenokristalları və əsas kütləsi, əsasən albitdən, qismən rəngli minerallardan ibarət olur. Tərkibində kvars olduqda kvarslı A. adlanır. A. açıq boz rənglidir.

Coğrafiya terminləri lüğəti

alevrit

yun. aleuron – un

Çökmə qırıntı süxur.

Dənələri (0,01-0,1 mm) gil dənələrindən iri, qum dənələrindən kiçikdir. A. neft və qazın kollektor süxurlarındandır.

Coğrafiya terminləri lüğəti

alloklazit

Tərkibi kobaltla zəngin olan mineral.

Sinqoniyarombikdir. Rəngi çəhrayımtıl, göyümtül olur. Metal parıltılıdır. Hidrotermal mənşəlidir. Kobalt metalı, davamlı göy və yaşıl rənglər, xüsusi poladlar istehsalında işlədilir.

Coğrafiya terminləri lüğəti

almandin

Qranatlar qrupuna aid kubik sinqoniyamineral.

Rəngi qırmızı, qonuru-qırmızı, qara olur. Kontakt-metasomatik mənşəlidir. Alüminium və dəmirlə zəngin süxurların metamorfizmləşməsindən əmələ gəlir. Abraziv material və qiymətli daş kimi istifadə edilir.

Coğrafiya terminləri lüğəti

andradit

Portuqaliya mineraloqu d' Andradanın şərəfinə adlandırılmışdır

Qranatlar qrupuna aid mineral.

Rəngi sarı, qonur, qonuru-qırmızı, qara və s. olur. Abraziv materialdır. Saf növləri bəzək daşı kimi işlədilir.

Coğrafiya terminləri lüğəti

ametist

yun. ametystos – keflənməyən, ayıq; keçmişdə keflənməyə qarşı dərman hesab edilirmiş

Mineral; kvarsın bənövşəyi növü.

A. peqmatitlərdə, kvars damarlarında tapılır. Ən yaxşı nümunələri bəzək daşı kimi işlədilir.

Coğrafiya terminləri lüğəti

andezin

Plagioklaz qrupuna aid süxur əmələ gətirən mineral.

Tərkibində 30-50% anortit molekulu var. Sinqoniyatriklinikdir. Dənəli aqreqatlar, nadir hallarda kristal formada tapılır. Ağ və bozumtul rəngdə olur. Şüşə parıltılıdır. Maqmatik, xüsusilə orta maqmatik süxurlar (andezit, diorit və s.) üçün xarakterikdir.

Coğrafiya terminləri lüğəti

anortit

yun. anorthos – çəp

Plagioklazlar qrupuna aid triklinik sinqoniyamineral.

Kristalları prizmatik, lövhəvidir. Rəngsiz, ağ, bozumtul, sarımtıl və s. olur. Şüşə parıltılıdır. Əsasi və ultraəsasi maqmatik süxurları (bazalt, qabbro və s.) əmələ gətirən mühüm minerallardandır. Xalis A. az tapılır.

Coğrafiya terminləri lüğəti

augit

yun. auge – parıltı

Piroksenlər qrupuna aid süxur əmələ gətirən mineral.

Sinqoniyamonoklinikdir. Kristalları qısa sütunvarı, lövhəvidir. Rəngi qara, yaşılı qara, nadir hallarda tünd yaşıl və qonur olur. Şüşə parıltılıdır.

Coğrafiya terminləri lüğəti

alunit

fr. alunite, alun – zəy

Sulfatlar qrupuna aid triqonal sinqoniyamineral; zəy daşı.

Kristallarına az təsadüf edilir. Adətən xırdadənəli, bəzən lifli aqreqatlar şəklində tapılır. Rəngi bozumtul, sarımtıl və ya qırmızımtıl ağdır. Şüşə parıltılıdır.

Coğrafiya terminləri lüğəti

alümosilikatlar

lat. aluminium + lat. silex – çaxmaq daşı

Süxur əmələ gətirən mineral qrupu; silisium 4-oksidin alüminiumla zəngin birləşmələri.

A.-ı silikatlar sinfindən 1891-ci ildə akademik V.İ.Vernadski ayırmışdır. A. adi silikatlardan tərkiblərində alüminiumun olması və açıq rəngləri ilə fərqlənir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

alyaskit

ilk dəfə tapıldığı Alyaska yarımadasının adından

Qələvi çölşpatlarından (ortoklaz, albit və s.) və kvarsdan ibarət qranit qrupuna aid ultraturş maqmatik süxur.

Kristallik-dənəli və porfir quruluşludur. Rəngi açıq-qəhvəyi və bozdur. Tərkibində rəngli mineralların olmaması ilə qranitdən fərqlənir.

Coğrafiya terminləri lüğəti

amfibolit

Əsasən, amfibollarplagioklazlardan ibarət metamorfik süxur.

A. əsasi və orta maqmatik süxurların, qismən çökmə süxurların dəyişməsindən əmələ gəlir. Qara rəngli növləri məmulat daşı və üzlük material kimi işlədilir.

Coğrafiya terminləri lüğəti