ing. badlands – yararsız torpaq
Yarğan və dərələrlə kəskin parçalanmış relyef, istifadə üçün yararsız alçaq dağlıq ərazi, təpəlik.
Adətən, yarımsəhra və səhralarda, maili düzənliklərdə, yaylaların və dağların yamaclarında yumşaq süxurların eroziyaya uğraması nəticəsində, quraq iqlim şəraitində əmələ gəlir. B.-lərin geniş yayıldığı ərazilər: ABŞ, Kanada, Yeni Zelandiya, Mərkəzi Asiya, Qərbi Avstraliya və Ərəbistan yarımadası Azərbaycanda, əsasən, Qobustan, Naxçıvan və Acınohur-Ceyrançöldə geniş yayılıb.
Coğrafiya terminləri lüğətiyun. benthos – dərinlik
Dənizlərin və şirinsulu hövzələrin dibində qruntun üstündə, yaxud içində yaşayan orqanizmlərin – heyvanların və bitkilərin məcmusu.
Yosunlar, molyusklar, iynədərililər, xərçəngkimilər, süngərlər və s. B.-lara aiddir. B., adətən, dayaz sularda yaşayırlar, hərəkətli, azhərəkətli, hərəkətsiz (qrunta yapışmış) olurlar.
Coğrafiya terminləri lüğətiMeridian istiqamətində axan çayların Şimal yarımkürəsində sağ tərəfə, Cənub yarımkürəsində isə sol tərəfə meyil etməsini izah edən qanun.
Bu meyiletmə nəticəsində çaylar Şimal yarımkürəsində daha çox sağ sahili yuyur və buna görə də sağ sahil, adətən, dik, sol sahil isə yastı olur. Cənub yarımkürəsində bunun əksi müşahidə olunur. B.Q.-nu 1857-ci ildə rus alimi K.Ber müəyyən edib və bunu Yerin öz oxu ətrafında fırlanmasının meyiletmə təsiri ilə əlaqələndirib.
Coğrafiya terminləri lüğətiAyrı-ayrı ölkələrin, yaxud ölkələr qrupunun müəyyən məhsul istehsalı üzrə ixtisaslaşması və onlar arasında mübadilə.
B.C.Ə.B. labüd prosesdir. O, ayrı-ayrı ölkələr arasında təbii resursların qeyri-bərabər paylanmasından, iqlim fərqlərindən, iqtisadiyyatın strukturu və inkişaf səviyyəsi arasındakı fərqlərdən, əmək resurslarının müxtəlifliyindən, insanların tarixən formalaşmış əmək vərdişlərindən asılıdır.
Coğrafiya terminləri lüğətiUniversal ümumbəşəri təbii sərvətlərin cəmi.
B.T.R.-a Antarktidanın təbii sərvətləri, açıq dənizin canlı və cansız resursları, kosmik fəzanın təbii komponentləri, atmosfer havası daxildir. B.T.R.-dan istifadə hüququ, ilk növbədə, suveren dövlətlərə, bəzi hallarda hüquqi və fiziki şəxslərə məxsusdur (məs.: açıq dənizin resurslarından istifadə sahəsində).
Coğrafiya terminləri lüğətiOkean, dəniz və göllərin sahillərində, habelə çayların axınının qarşısında suyun qabağını kəsmək, yaxud səviyyəsini yüksəltmək üçün nəzərdə tutulmuş hidrotexniki qurğu.
B.-lər torpaqdan, daşdan, yaxud metal karkasdan və betondan tikilir, sahilləri möhkəmləndirmək, eroziyadan, suyun altında qalmaqdan qorumaq, süni göllər, su anbarları, suvarma sistemləri yaratmaq, habelə gəmiçilik şəraitini yaxşılaşdırmaq məqsədilə salınır. Onlardan su-elektrik stansiyalarında turbinləri hərəkətə gətirən su kütləsini artırmaq, suyun basqı qüvvəsini gücləndirmək üçün istifadə olunur. Süni B.-lərlə yanaşı, bəzən tektonik proseslər, torpaq və buz sürüşmələri nəticəsində təbii B.-lər də əmələ gəlir.
See also:
Coğrafiya terminləri lüğətiÇayların qarşısının süni və təbii üsullarla kəsilməsi nəticəsində yaranan göl.
Süni B.G. insanlar tərəfindən yaradılır, antropogen məşnəli olur. Təbii B.G. isə dağ uçqunları, buzlaqların hərəkəti, daha çox dağlıq ərazilərdə tektonik proseslər nəticəsində çayların yolunun tutulması zamanı əmələ gəlir.
See also:
Coğrafiya terminləri lüğətiyun. bios – həyat + yun. genes – mənşə + lat. elementum – başlanğıc, ilkin maddə
1. Orqanizmlərin əsas kütləsini təşkil edən, onların tərkibində həyat üçün zəruri bioloji funksiyalar yerinə yetirən kimyəvi elementlər.
Əsas B.E.-ə oksigen (canlı orqanizm kütləsinin 70%-ni təşkil edir), karbon (18%), hidrogen (10%), kalsium, azot, kalium, fosfor, maqnezium, kükürd, xlor, natrium, dəmir aiddir. Orqanizmdə bu və ya digər B.E.-in çatışmazlığı müxtəlif xəstəliklərin baş verməsinə səbəb olur.
2. Ölmüş orqanizmlərin çürüməsi nəticəsində yaranan maddələr.
Coğrafiya terminləri lüğətiCanlı orqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn Yer səthi formalarının cəmi.
Relyefəmələgəlmə prosesində biogen amilin, o cümlədən bitki və heyvan qalıqlarının suda da, quruda da rolu böyükdür. Heyvanların yaratdıqları çayqırağı yataqlar, mərcan qalıqlarından törəyən adalar B.R. formalarına misal ola bilər.
Coğrafiya terminləri lüğətiyun. bios – həyat + yun. geo – Yer
Canlı orqanizmlərin kimyəvi tərkibini, onların həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi prosesləri öyrənən elmi istiqamət, geokimyanın əsas sahələrindən biri.
B. Yer qabığında kimyəvi elementlərin miqrasiyası, səpələnməsi və konsentrasiyası proseslərində orqanizmlərin rolunu müəyyən edir, biogeokimyəvi vilayətləri aşkarlayır.
Coğrafiya terminləri lüğəti