1. Havanın sütun və ya qıf formasında fırlanan hərəkəti.
B.-ın diametri bir neçə metrdən bir neçə 100 metrə çatır. Öz oxu ətrafında saniyədə 50-100 metr sürətlə fırlanır və bəzən 10-20 metr/san sürəti ilə yerini dəyişir. B. Yer səthinin kəskin qızması nəticəsində (məsələn, səhrada) atmosferdə havanın şaquli müvazinətinin pozulması nəticəsində əmələ gəlir. B.-ın mərkəzində olan alçaq təzyiq havanın, onunla birlikdə isə tozun, qumun yuxarı sovrulmasına, qum xortumu yaranmasına səbəb olur. Böyük dağıdıcı qüvvəyə malik B.-lar tutqun rəngdə olur, Yer səthindən buludlara qədər qalxır.
2. Suyun axında qapalı dairə üzrə fırlanan hərəkəti.
Su B.-ı çayların qarışması, yatağın genişlənməsi, axının hər hansı maneəyə rast gəlməsi, dənizlərdə və okeanlarda cərəyanların, qabarma və çəkilmə dalğalarının qarşılaşması nəticəsində yarana bilər. Su B.-larının əksəriyyəti kiçik olur, lakin suyun fırlanma sürəti böyük olduqda bəzən yüz metrlərlə dərinliyə enir, “qazan” adlanan sahələr yaradır; məsələn, Norveç yaxınlığında Malstrem B.-ında suyun fırlanma sürəti saatda 11 km-ə çatır. Belə yerlər naviqasiya üçün təhlükəlidir, B. suyun üzündəki kiçik gəmi və qayıqları sorub dərinliyə apara bilər. Su B.-ları üç qrupa bölünür: daimi, mövsümi və epizodik.
See also:
Coğrafiya terminləri lüğətiAtmosfer yağıntılarından əmələ gəlmiş, ağırlıq qüvvəsinin təsiri altında dağ yamacları və ya dərələrlə yavaş-yavaş hərəkət edən iri buz kütləsi.
B. qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerlərdə yaranır. Adətən, B. qar sərhədi ilə iki hissəyə bölünür: sərhəddən yuxarıda B.-ın qidalanma sahəsi yerləşir, burada qar yığılır və buza çevrilir (akkumulyasiya). Qar sərhədindən aşağıda isə B.-ın əridiyi və buxarlandığı (ablyasiya) sahə yerləşir. Akkumulyasiya ilə ablyasiya arasındakı nisbətdən asılı olaraq B. irəliləyə – sahəsini böyüdə, yaxud çəkilə – sahəsini azalda bilər. Təsnifatına görə B.-lar bir çox növlərə bölünür, amma əsasən, üç böyük qrupa ayrılır: dağ B.-ları – dağlarda, zirvələrdə toplanan buz kütlələridir; dağ-örtük B.-ları – keçid forması təşkil edən B.-lardır; örtük B.-ları – relyefdən asılı olmadan Antarktida materikini, Qrenlandiya adasını, Şimal və Cənub qütbləri ətrafındakı adaları tamamilə örtən B.-lardır. Müasir B.-ların ümumi sahəsi 16 mln. km², yəni planetimizdə qurunun 11%-ni təşkil edir.
See also:
Coğrafiya terminləri lüğətiQuru səthində müasir və qədim buzlaqların, əriyən buzlaq sularının fəaliyyəti nəticəsində əmələ gələn çöküntülər.
Hərəkət edən B.Ç. müxtəlif süxur qırıntılarını özü ilə aparır, onları parçalayır və öz yolu boyu, yaxud əriyib qurtardığı yerlərdə çökdürür. Aysberqlərin tərkibində olan və onların əriməsi ilə əlaqədar dəniz və okeanların dibində toplanan çöküntülərə də B.Ç. deyilir.
Coğrafiya terminləri lüğətiDağ buzlağının qar sərhədindən aşağıda, ablyasiya sahəsində yerləşən və hərəkət edən hissəsi.
B.D. yamaclar, dərələr boyu aşağı enir və burada əriyərək su hövzələrini qidalandırır, yaxud buxarlanır; məsələn, Avropanın ən böyük buzlağı, 2,5 milyon il yaşlı “əriyən əbədilik” adlandırılan Yostedalsbreenin (Norveç) 50 B.D. var.
See also:
Coğrafiya terminləri lüğətilat. erosio – yuyulma, dağılma
Yüksək dağlıq zonada buz kütlələrinin tədricən aşağı sürüşərək yolunda rastlaşdığı dağ süxurlarını parçalaması, relyefin kələ-kötürlüklərini qismən hamarlaması prosesi.
Buzlağın hərəkəti nəticəsində onun yatağı dərinləşir və troq dərələrinin yaranmasına səbəb olur. Azərbaycanda B.E. Böyük və Kiçik Qafqaz dağlarında 3500-m.-dən yüksək ərazilərdə müşahidə olunur.
Coğrafiya terminləri lüğəti1. Buzların əriməsi nəticəsində yaranmış və buzlaqlardan qidalanan göllər.
Belə dağ gölləri çox yerlərdə, məsələn, Kareliyada silsilə təşkil edir.
2. Hərəkət edən buzlaqların yaratdığı relyef formalarının su ilə dolması nəticəsində əmələ gəlmiş göllər.
Bu mənada B.G. termini çox geniş izah olunur və moren gölləri də onlara aid edilir.
Coğrafiya terminləri lüğətiYerin geoloji tarixində iqlimin kəskin soyuması, qütb enlikləri ilə yanaşı, mülayim enliklərin də buz örtüyü altında qalmasıyla səciyyələnən böyük mərhələlər.
Bu mərhələlər vaxtaşırı təkrarlanıb və hər biri milyon, yüz min illərlə davam edib, Yer səthində fundamental dəyişikliklərə səbəb olub. Kembriyəqədərki eonda, Paleozoyda da B.D.-nin olduğu məlumdur, lakin yalnız ən müasir tarixi mərhələnin – Dördüncü dövr buzlaşmaları nisbətən yaxşı öyrənilib. Sonuncu buzlaşma dövrünün təxminən 110 min il əvvəl başladığı və 15-12 min il əvvəl bitdiyi güman edilir.
See also:
Coğrafiya terminləri lüğətiYerin geoloji tarixində buzlaşma dövrləri arasında qalan zaman intervalları.
Bu intervallar iqlimin istiləşməsi, mülayim qurşaqların buzlarının əriməsi, yeni süxurların formalaşması, flora və faunanın inkişafı ilə səciyyələnir. Yerin geoloji tarixinin son mərhələsində – Dördüncü dövrdə buzlaşma və buzlaqlararası epoxalar əvvəlkilərə nisbətən yaxşı öyrənilib. Araşdırmalar göstərir ki, bu mərhələdə B.D. get-gedə qısalıb: 100 min il – 44 min il – 23 min il – 19 min il. Sonuncu B.D. təxminən 15-12 min il bundan əvvəl başlanıb.
See also:
Coğrafiya terminləri lüğətiyun. beryllos
Silikatlar sinfinə aid heksaqonal sinqoniyalı mineral.
Müxtəlif rəngdə olur. Prizmatik, iynəvarı kristallar əmələ gətirir. Kvars, turmalin, flüorit və s. ilə birlikdə tapılır. Qranit peqmatitlərində, qreyzenlərdə, skarnlarda, metasomatik tipli pnevmatolit-hidrotermal yataqlarda əmələ gəlir. Berillium almaq üçün mühüm mineraldır. Təmiz, şəffaf növü qiymətli bəzək daşıdır.
See also:
Coğrafiya terminləri lüğətifransız alimi J.B.Bionun şərəfinə adlandırılmışdır
Silikatlar sinfinə (mika qrupu) aid monoklinik sinqoniyalı mineral.
Vərəqvarı və lövhəvi kristallar əmələ gətirir. Rəngi qara-qonur, nadir halda tünd-yaşıl olur. Əsasən, metamorfik və maqmatik süxurları əmələ gətirən minerallardandır.
Coğrafiya terminləri lüğəti